İranın sərbəst valyuta bazarında ABŞ dollarının məzənnəsi ilk dəfə 200 min tümən həddini keçərək İran valyutası üçün yeni antirekord müəyyənləşdirib.
Yerli mediaya istinadən xəbər verir ki, dolların məzənnəsi sərbəst bazarda 200 min tüməni ötüb. Bu, İran rialının dəyər itirməsinin yeni mərhələyə keçdiyini göstərir.
Eyni zamanda, dövlət tərəfindən müəyyən edilən rəsmi məzənnə sərbəst bazardakı göstəricidən xeyli aşağıdır və təxminən 160 min tümən təşkil edir.
Dolların rekord səviyyəyə yüksəlməsi İranda inflyasiya və alıcılıq qabiliyyəti ilə bağlı narahatlıqları daha da artırır.