• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Şəmkirçay Sutəmizləyici Qurğular Kompleksinin fəaliyyəti - GÖRÜNTÜ

Cəmiyyət

Bugün, 15:36

Şəmkirçay Sutəmizləyici Qurğular Kompleksinin fəaliyyəti - GÖRÜNTÜŞəmkirçay su anbarında suyun daxili mənbələr hesabına formalaşması ölkəmizin su təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır. 2014-cü ildə istismara verilmiş və ümumi tutumu 164 milyon kubmetr olan Şəmkirçay su anbarı 714 400 hektar kənd təsərrüfatı ərazisinin suvarılması ilə yanaşı, qərb bölgəsində yaşayan əhalinin içməli su təchizatını da təmin edir.

ADSEA-dan bildirilib ki, su anbarının yaxınlığında məhsuldarlığı saniyədə 1,6 kubmetr olan sutəmizləyici qurğular kompleksi fəaliyyət göstərir. Şəmkirçay Sutəmizləyici Qurğular Kompleksi 2020-ci il martın 3-də Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Kompleksin əsas hissəsini təşkil edən süzgəclər binası, ümumi tutumu 7500 kubmetr olan 3 su anbarı, 2 idarəetmə və 6 siyirtmə kamerası, inzibati və yardımçı binalar inşa edilib.

Layihəyə əsasən qurğunun su təminatı Şəmkirçay su anbarından ayrılan suvarma kanalı hesabına aparılır. Kanaldan lazımi həcmdə suyun götürülməsi üçün sugötürücü qurğu inşa edilib. Burada suda olan iri hissəciklərin tutulması üçün barmaqlıqlar, suyun idarə olunması üçün siyirtmə, eləcə də təmizləyici qurğuya ötürülən suyun həcmini ölçmək məqsədilə sərfölçən quraşdırılıb. Daşıyıcı xətlə qurğuya ötürülən su ilk olaraq zərərsizləşdirilir və süzgəclər binasının paylama kamerasına daxil olur. Burada suyun təmizlənməsi və süzülməsi məqsədilə 14 bölmədən ibarət 7 süzgəc bloku inşa edilib.

Sutəmizləyici Qurğular Kompleksinin rəisi Namiq Məmmədov bildirib ki, Şəmkirçay Sutəmizləyici Qurğular Kompleksində emal olunan su qurğuda layihələndirilmiş 7 ədəd qum süzgəcindən keçir: "Qum süzgəcinin daxili də kvars qumundan və fraksiyalardan ibarətdir. Hər bir süzgəcin süzmə qabiliyyəti saatda 800 kubmetrdir. Ümumi gücü isə saatda 5600 kubmetrdir. Emal olunan su qum süzgəcindən və təkrar zərərsizləşmədən keçərək anbarlara toplanır və tələbatçılara verilir. Süzgəclərdə 72 saatdan bir geriyuma prosesi aparılır. Proses SCADA sistemi vasitəsilə avtomatik idarə olunur. Suyun təhlükəsizliyinin təmin olunması məqsədilə kompleksdə zərərəsizləşdirmə məntəqəsi inşa edilib, burada 4 ədəd dozalama avadanlığı, 3 ədəd nasos və analizator quraşdırılıb. Suyun bulanıqlığı, qalıq xlorun miqdarı, hidrogen göstəricisi, temperatur və elektrik keçiriciliyi müəyyən olunur".

Namiq Məmmədov SCADA sistemi haqqında ətraflı məlumat verərək bildirib ki, bu sistem vasitəsilə geriyuma prosesinə, suyun texniki parametrlərinə və eləcə də qurğunun ən əsas vacib olan enerji sisteminə nəzarət olunur: "Enerji sistemi də avtomatik sistemdir".

Emal prosesinin fasiləsizliyini təmin etmək üçün süzgəclər reqlamentə uyğun olaraq yuyulur. Bu məqsədlə qurğuda 3 ədədi işlək və biri ehtiyat olmaqla məhsuldarlığı saatda 1500 kubmetr olan su nasosları və ümumi gücü saatda 6600 kubmetr olan 2 ədəd kompressor quraşdırılıb.

Şəmkirçay sutəmizləyici qurğusunda emal olunan suyun Gəncə şəhərinə nəqli üçün 27,5 km uzunluğunda magistral su kəməri çəkilib və şəhərdəki anbar kompleksinə qoşulub. Samux şəhərini içməli su ilə təmin etmək üçün isə Gəncə su anbarından şəhərə 10 kilometr magistral su kəməri inşa edilib. Bu kəmərdən Samux rayonunun ətraf kəndlərinin, eləcə də Göygöl rayonunun bir sıra kəndlərinin su təchizatını yaxşılaşdırmaq məqsədilə çıxışlar verilib. Eyni zamanda qurğudan Şəmkir şəhərinədək 17,5 kilometr uzunluğunda magistral su kəməri tikilərək şəhər şəbəkəsinə birləşdirilib. Sutəmizləyici qurğudan Gəncə, Şəmkir və Samux şəhərlərinə suyun verilməsi təmin olunub.

Oxunub: 0
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

5-06-2026, 10:49

Ağstafanın Köçvəlili kəndinə içməli su verildi

Gündəm

24-12-2023, 18:30

Xaçınçay su anbarı istifadəyə verildi

Cəmiyyət

26-08-2026, 09:02

Azərbaycanda yeni qayda: Sentyabrın 1-dən ödənişli olacaq – FOTO

Gündəm

29-09-2023, 15:47

Azərbaycan Sərsəng su anbarını nəzarət GÖTÜRDÜ

Cəmiyyət

9-02-2023, 10:49

Şahin Mustafayev və Muxtar Babayev Naxçıvana getdi

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
18-08-2026, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
Hadisə
4-09-2026, 09:50
Xırdalanda obyektdə yanğın
3-09-2026, 14:08
Günəşdə yeni güclü alışmalar gözlənilir
2-09-2026, 09:10
Goranboydakı partlayışda yaralanan yoxdur - YENİLƏNİB
Son xəbərlər
  • Bugün, 15:49
    Məktəbə hazırlıq çanta və forma ilə bitmir – Pediatrdan çağırış
  • Bugün, 15:45
    Moskva və Kiyevdəki danışıqların əsas mövzusu açqlanıb
  • Bugün, 15:36
    Şəmkirçay Sutəmizləyici Qurğular Kompleksinin fəaliyyəti - GÖRÜNTÜ
  • Bugün, 14:59
    İpoteka Fondunun yeni sədri kimdir? - DOSYE
  • Bugün, 14:45
    Prezident İpoteka Fondunun sədrini dəyişdi - SƏRƏNCAM
  • 5-09-2026, 12:34
    Ali məktəblərə qəbul imtahlarında yüksək nəticə əldə etmiş tələbələrlə görüş keçirilmişdir.
  • 5-09-2026, 02:04
    Ağdamda yaşayan qazinin müraciəti: “İş qurmaq istəyirəm, amma yer verilmir”
  • 4-09-2026, 16:32
    Soçiyə hücuma görə 100-dən çox reys ləğv olundu
  • 4-09-2026, 16:21
    Hava kəskin dəyişir: Güclü yağış, dolu və sel GƏLİR
  • 4-09-2026, 16:07
    Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Xəzər rayonunda keçirildi. 04.09.2026
  • 4-09-2026, 11:48
    Həkimlərin maaşı pasiyentin qiymətindən də asılı olaraq artacaq - AÇIQLAMA
  • 4-09-2026, 11:23
    Tramp kürəkənini Kiyev və Moskvaya göndərəcək
  • 4-09-2026, 09:50
    Xırdalanda obyektdə yanğın
  • 4-09-2026, 09:44
    Neft bazarında gərginlik artır: “Brent” 96 dollara yüksəldi
  • 4-09-2026, 09:42
    Tramp ABŞ Ordusunun yeni rəhbərini təyin etdi
  • 4-09-2026, 09:36
    "Qəbələ" "İmişli"yə, "Kəpəz" "Şamaxı"ya qarşı
  • 4-09-2026, 09:30
    İlham Əliyev Melonini təbrik etdi
  • 4-09-2026, 09:13
    Bakıda bu yollardan keçənlər tıxacda qalacaq - SİYAHI
  • 4-09-2026, 08:43
    Bəzi ərazilərdə İŞIQ OLMAYACAQ
  • 4-09-2026, 08:38
    Bakıda 15 bina söküləcək – SİYAHI
  • 3-09-2026, 15:28
    Bakıda Formula 1 yarışları ilə bağlı bir ilk - Bu tarixlərdə keçiriləcək
  • 3-09-2026, 15:24
    Rusiyanın daha bir generalı güllələndi
  • 3-09-2026, 14:55
    Bakıda bir sıra məktəblərdə dərslər onlayn olacaq
  • 3-09-2026, 14:38
    Bu qurumda dövlət qulluqçusu statusu ləğv olunur
  • 3-09-2026, 14:18
    Sədrin köməkçisi idi, şöbə müdiri təyin edildi
  • 3-09-2026, 14:08
    Günəşdə yeni güclü alışmalar gözlənilir
  • 3-09-2026, 14:04
    3 uşağı olan ailələrə şad xəbər - müavinət verilə bilər
  • 3-09-2026, 14:00
    “Münaqişənin sülh yolu ilə həlli üçün şanslar var”
  • 3-09-2026, 11:48
    Ceyhun Bayramov litvalı həmkarı ilə danışdı - əsas gündəm bu oldu
  • 3-09-2026, 11:30
    İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
  • 3-09-2026, 10:28
    Qızıl bazarında şok artım - yeni rekord
  • 3-09-2026, 10:11
    Zakir Fərəcov yüksək bal toplayan məzunlarla görüşdü
  • 3-09-2026, 10:01
    "Əminəm ki, Ermənistanın Aİ-yə üzvlük həvəsi tezliklə keçəcək"
  • 3-09-2026, 09:57
    Tramp: İsrail narahat olmamalıdır, mən onun qayğısına qalacağam
  • 3-09-2026, 09:54
    Azərbaycanın qurtuluş yolunun başlandığı gündür
Daha çox
4-09-2026, 16:07
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Xəzər rayonunda keçirildi. 04.09.2026
5-09-2026, 12:34
Ali məktəblərə qəbul imtahlarında yüksək nəticə əldə etmiş tələbələrlə görüş keçirilmişdir.
2-09-2026, 17:02
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Nərimanov rayonunda keçirildi. 02.09.2026
1-09-2026, 09:45
Azərbaycan–Ermənistan münasibətlərində sülh gündəliyi yeni mərhələyə keçir.
5-09-2026, 02:04
Ağdamda yaşayan qazinin müraciəti: “İş qurmaq istəyirəm, amma yer verilmir”
2-09-2026, 21:50
Vaqif Həsənov Müşfiqabad qəsəbəsində Ağdam sakinləri ilə səyyar görüş keçirib
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə