• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

"Müəllim video çəkmək üçün plan qurub" - İmişlinin icra nümayəndəsi DANIŞDI

Cəmiyyət

19-09-2024, 10:19

"Müəllim video çəkmək üçün plan qurub" - İmişlinin icra nümayəndəsi DANIŞDI
Sentyabrın 16-da İmişli rayonu Aranlı kənd 1 nömrəli tam orta məktəbinin ibtidai sinif müəllimi Leyla Nəcəfquluyeva ilə icra nümayəndəsi arasında mübahisə yaranıb. Bununla bağlı sosial şəbəkələrdə video paylaşılıb.



Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yaydığı məlumatda bildirilib ki, Leyla Nəcəfquliyeva 16 sentyabr 2024-cü il tarixində saat 08:00 radələrində sinif rəhbəri olduğu IIIb sinif şagirdlərinin bir qismini təhsildən yayındırıb.



Leyla Nəcəfquliyevanın həmin gün məktəbin həyətinin giriş qapısı qarşısında şagirdləri yerdə əyləşdirərək dərs keçməsi onun şəxsi mənafeyi naminə şagirdlərdən alət kimi istifadə etməsi kimi qiymətləndirlib. Onun “Təhsilverənlərin etik davranış Qaydaları”nı kobud şəkildə pozduğu da vurğulanıb. Buna görə də müəllimlə bağlınmış əmək müqaviləsinə 17 sentyabr 2024-cü il tarixdə xitam verilib.



İnsidentdə iştirak edən İmişli rayon icra hakiminin Aranlı kənd nümayəndəsi Əlhümbət Alıkişiyevlə əlaqə saxlayıb.



O bildirib ki, sentyabrın 16-sı səhər saatlarında məktəbin gözətçisi zəng edərək Leyla Nəcəfquliyevanın uşaqları məktəbin önünə yığıb dərs keçməyə başladığını deyib:




“O gecədən valideynlərə zəng edib ki, uşaqlarınızı sabah məktəbə göndərin, əgər bunu etməsəniz, guya, məktəb açılmayacaq. Mən də xəbər tutan kimi məktəbə gəlib bunun düzgün olmadığını bildirdim. Qeyd etdim ki, bizim məktəbin açılması sabah üçün (sentyabrın 17-də - red.) nəzərdə tutulub. Uşaqların valideynlərini çağırdım, bəziləri uşaqlarını apardı, qalanını isə sanki müəllim əsir götürmüşdü. Bundan sonra mən oradan uzaqlaşdım”.



İcra nümayəndəsi bildirib ki, qeyd edilən müəllim əvvəlcədən video çəkmək üçün plan qurub:



“Onun qızı 7-8-ci sinifdə oxuyur. Orta məktəb şagirdi necə cəsarət edə bilər ki, icra nümayəndəsini lentə alsın?! Mən ona dedim ki, dövlətimiz məktəb binasına xərc çəkib, sabah da açılış olacaq. Sən hansı haqla bu uşaqları bura yığıb təxribat yaradırsan?! Mənə deyir məktəb tikdirəcəyəm. Sən kimsən ki, məktəb tikdirəsən? Mənim icra nümayəndəsi olmağım bir yana, mən onun atası ilə yaşıdam. Gələndə ayağa qalxmaq nəzakətini belə göstərmədi".



Əlhümbət Alıkişiyevin sözlərinə görə, həmin kənddə 2 məktəb var: "Digəri 6-7 il əvvəl tikilib təhvil verildi. Bizim məktəb isə 1960-cı illərdən tikilən məktəb idi. Döşəməsi, şəraiti pis vəziyyətdə idi. Əvvəldən də deyilirdi ki, burada məktəb tikiləcək. Məktəbin tikintisi başlanan zaman da Leyla müəllim ortaya düşdü ki, bu məktəbdə sanitar qovşaq yoxdur. 4 sanitar qovşaq vardı, ancaq müəllim olmadığını iddia edirdi. Həmin məktəbdə 500-ə yaxın şagird oxuyur. Mən düşünürəm ki, o vəzifəyə gəlmək üçün bunları edir. Tez-tez dilə gətirir ki, məktəbi mən direktordan daha yaxşı idarə edərəm. Əgər bacarırsansa, get imtahan ver, direktor ol. Bu gün dövlətimizdə hər şey üçün şərait yaradılıb. İstənilən şəxs biliyinə, bacarığına güvənirsə layiq olduğu vəzifəni əldə edir”.



Ə.Alıkişiyev qeyd edib ki, Leyla Nəcəfquliyevanın əsli Füzulidəndir: “Oradan qaçqın düşüb Arxangelskə gediblər. Sonra Bakıya qayıdıb təhsilini bitirdikdən sonra təyinatla bizim kəndə gəldi. Onun qaynatası 31 il məktəb direktoru və seçki məntəqəsinin sədri olub. Sonuncu seçkilərdə də Leyla müəllimə deputatlığa namizəd olmuşdu. Səs toplaya bilmədi və seçilmədi. O kimə arxayındır, bilmirəm, Allah axırını xeyir eləsin”.

Oxunub: 175
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

18-09-2024, 16:33

"Müəllimin bu hərəkəti qəbuledilməzdir" - İmişlinin deputatından REAKSİYA

Gündəm

19-09-2024, 09:44

Məktəblilərdən Leyla Əliyevaya hədiyyə

Sosial

19-05-2022, 13:36

Azərbaycanda müəllim şagirdi belə döydü: Araşdırma başladı - BİABIRÇI VİDEO

Hadisə

23-01-2024, 10:10

XI sinif şagirdi məktəbin həyətində QƏTLƏ YETİRİLDİ

Cəmiyyət

6-04-2024, 15:51

Həmin məktəbin direktoruna xəbərdarlıq EDİLDİ

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
18-08-2026, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
Hadisə
Dün, 09:00
Gürzəni öldürən Neftçala sakini özü də öldü
19-08-2026, 16:44
Kamilə Babayevanın anasının meyiti evində aşkarlanıb
19-08-2026, 10:01
Qusarda qəza - ölən var
Son xəbərlər
  • Dün, 15:58
    Şəxsiyyəti müəyyənləşdirilən şəhid Cümşüd Məmmədovun nəşinin qalıqları Laçında dəfn olunub.
  • Dün, 11:09
    Bu il onların pensiyası artacaq
  • Dün, 10:43
    Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Azərbaycanın beynəlxalq mövqeyini keyfiyyətcə yeni mərhələyə yüksəltmişdir.
  • Dün, 10:26
    78 nömrəli avtobusun marşrutu dəyişdi
  • Dün, 10:23
    Yeni Klinikanın direktor müavini ABŞ-yə köçür - “Green Card” udubmuş
  • Dün, 09:18
    Dünya bazarında neft ucuzlaşdı
  • Dün, 09:03
    Qənirə Paşayevaya həsr olunan beynəlxalq tədbir keçiriləcək
  • Dün, 09:00
    Gürzəni öldürən Neftçala sakini özü də öldü
  • Dün, 08:56
    Xankəndi, Xocalı və Ağdərəyə yeni köç: 87 ailə sevindi
  • Dün, 08:54
    Xəzərdə seysmik aktivlik niyə azalıb? - AÇIQLAMA
  • Dün, 08:51
    Azərbaycanda turizmdən ən çox qazanan şəhərlər - SİYAHI
  • Dün, 04:02
    “Nar” inklüziv məşğulluğun təşviqinə töhfə verir – VİDEO
  • 20-08-2026, 11:13
    Rusiyanın PUA-sı Rumıniya və Moldova hava məkanına girdi
  • 20-08-2026, 09:59
    Ermənistan qadın hərbçiləri Azərbaycanla sərhədə GÖNDƏRİR
  • 20-08-2026, 09:57
    Dünya bazarında qızıl ucuzlaşdı
  • 20-08-2026, 08:59
    Azərbaycanda həbsxanadan çıxan şəxslərə bu qədər pul verilir - RƏSMİ
  • 20-08-2026, 08:55
    "Qarabağ" bu gün pley-off oyununa çıxır
  • 19-08-2026, 16:44
    Kamilə Babayevanın anasının meyiti evində aşkarlanıb
  • 19-08-2026, 11:23
    Azərbaycanın CNN-ə qarşı iddiası - Məhkəmə hansı qərarı verəcək?
  • 19-08-2026, 11:11
    5 itkin-şəhidimiz dəfn olunacaq- FOTOLAR
  • 19-08-2026, 10:44
    Azərbaycanlı vəkil ABŞ-də hüquq doktoru oldu
  • 19-08-2026, 10:39
    Eks-müdafiə naziri Ukraynada seçki keçirməyə çağırdı
  • 19-08-2026, 10:32
    Abituriyentlərin diqqətinə! İxtisas seçimi bu gün başa çatır
  • 19-08-2026, 10:28
    İran parlamentinin sədri İraqa getdi
  • 19-08-2026, 10:24
    Rusiya Ermənistanla bağlı qərarını açıqladı
  • 19-08-2026, 10:18
    Dünya bazarlarından Azərbaycan büdcəsi üçün şad xəbər
  • 19-08-2026, 10:01
    Qusarda qəza - ölən var
  • 19-08-2026, 09:59
    Daha bir bloger saxlanıldı
  • 19-08-2026, 09:20
    Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
  • 18-08-2026, 16:47
    Prezident təqaüdçüləri ailə qururlar
  • 18-08-2026, 16:33
    Yeni səfir azərbaycanca ilk paylaşımını etdi
  • 18-08-2026, 15:35
    Prezident Britaniya səfirinin etimadnaməsini qəbul edib
  • 18-08-2026, 15:11
    Qalibaf Hörmüz boğazı ilə bağlı İranın şərtlərini açıqladı
  • 18-08-2026, 14:56
    İtkin düşən hərbçinin taleyi 44 il sonra bəlli oldu
  • 18-08-2026, 14:36
    Azərbaycanda neçə çoxuşaqlı ana var? - AÇIQLANDI
Daha çox
Dün, 15:58
Şəxsiyyəti müəyyənləşdirilən şəhid Cümşüd Məmmədovun nəşinin qalıqları Laçında dəfn olunub.
19-08-2026, 11:11
5 itkin-şəhidimiz dəfn olunacaq- FOTOLAR
18-08-2026, 12:28
Azərbaycanın dünya birliyinə inteqrasiyası və beynəlxalq əməkdaşlığın inkişafı
Dün, 10:43
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Azərbaycanın beynəlxalq mövqeyini keyfiyyətcə yeni mərhələyə yüksəltmişdir.
19-08-2026, 09:59
Daha bir bloger saxlanıldı
18-08-2026, 14:36
Azərbaycanda neçə çoxuşaqlı ana var? - AÇIQLANDI
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə