Bakı və Abşeron yarımadasında oktyabrın 2-si səhər və axşam yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısa müddətdə leysan xarakterli olacağı ehtimalı var.