• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

COP29 Azərbaycan jurnalistlərinə yeni fürsətlər verdi

Cəmiyyət

18-11-2024, 09:15

COP29 Azərbaycan jurnalistlərinə yeni fürsətlər verdi
Ölkəmizdə keçirilən COP29 beynəlxaqla konfransı digər sahələr kimi, mediaya da töhfə verir. Tədbir çərçivəsində jurnalistlərimiz əcnəbi qonaqlarla ünsiyyətdə olur, xarici dillərdə müsahibələr alırlar.

COP29 yekun nəticədə Azərbaycan mediası və jurnalistlərinə nə qazandıracaq?

Azərbaycan Mətbuat Şurasının sədri, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid bildirdiyinə görə, COP29 başlamazdan öncə və açılış günündə medianın fəaliyyətini diqqətlə izləyib:


“Artıq bir həftə geridə qalıb. Bu günlərdə Azərbaycan mətbuatı COP29-u layiqincə və səviyyəli şəkildə işıqlandırmağa nail olub. Əlbəttə ki, belə səviyyəli beynəlxalq tədbirə gələn qonaqlarla ünsiyyət qurmaq, xarici dillərdə müsahibə almaq Azərbaycan mediasının yeni bir təcrübəsidir. Elə bilirəm ki, jurnalistlərimiz bunun öhdəsindən layiqincə gəlirlər. Mən həm Dövlət Televiziyasında, həm də digər televiziyalarda xarici qonaqlarla ünsiyyəti, müsahibələri izləyirəm və yüksək qiymətləndirirəm. Eyni zamanda, bu günlərdə bizim yeni Anewz kanalı da açıldı. Həmin kanal ingilisdillidir. Onların da əməkdaşlarının ingilis dilində aldıqları müsahibələrə, həmsöhbətləri ilə ünsiyyətinə diqqətlə fikir verirəm. Elə bilirəm ki, Azərbaycanın media subyektləri, jurnalistləri bu yüksək səviyyəli tədbirdə jurnalistikamızı layiqincə təmsil edirlər”.



R.Məcid qeyd edib ki, jurnalistlərimizin qarşısında bir neçə məqam var:


“Birincisi, şübhəsiz ki, tədbirin mahiyyətinin, söylənilən fikirlərin, ideyaların daha sadə şəkildə ictimaiyyətə çatdırılmasıdır. Eyni zamanda, dəvət olunan 70 mindən artıq qonağın, tanınan simaların Azərbaycanla bağlı fikirlərini, düşüncələrini oxuculara çatdırmaq məqsədi önəmlidir. Bu da bir fürsətdir ki, bizim media nümayəndələri xaricdəki həmkarları ilə ünsiyyət qursunlar, tanış olsunlar, Azərbaycan haqqında yazılan dezinformasiyaların mahiyyətini onlara başa salsınlar. Bu mənada mən jurnalistikamızın COP29-da iştirakını çox yüksək qiymətləndirir və bu beynəlxalq mühüm tədbiri yaxşı işıqlandırdıqlarını düşünürəm”.


Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, Əməkdar jurnalist Vüqar Zifəroğlu bildirib ki, COP29 kimi qlobal əhəmiyyətli bir tədbirin Azərbaycanda keçirilməsi ölkə mediası üçün olduqca ciddi, bir sıra mühüm üstünlüklər təmin edir:


“Azərbaycanda COP29-un keçirilməsi ilk növbədə yerli medianın beynəlxalq ekoloji problemlər və həll yolları barədə daha geniş məlumat almasına imkan yaradır. Mediada yayılan materiallar təkcə Azərbaycan deyil, həm də beynəlxalq auditoriya üçün maraqlı ola bilər. Ümumiyyətlə, belə genişmiqyaslı tədbirlər ekoloji problemlərə diqqət çəkmək və bu mövzunun ictimaiyyət arasında daha çox müzakirə edilməsinə şərait yaradır. Azərbaycan mediası bu fürsətdən istifadə edərək həm ölkə daxilində, həm də xaricdə maarifləndirici materiallar hazırlaya bilər. Media işıqlandırması zamanı yeni texnologiyalar və innovativ yanaşmalar tətbiq edilə bilər. Canlı yayım, sosial media kampaniyaları və interaktiv məzmun vasitəsilə daha geniş auditoriyaya çatmaq mümkündür”.



Onun sözlərinə görə, belə mötəbər tədbirlərin keçirilməsi Azərbaycan KİV-lərinə dünya media məkanında yer almaq imkanı yaradır:


“Beynəlxalq jurnalistlərin ölkəyə axını yerli media materiallarını qlobal mənada geniş auditoriyaya çatdırmaq şansını artırır. Buna paralel olaraq COP29 zamanı beynəlxalq media nümayəndələri ilə əməkdaşlıq etmək imkanları yaranır. Bu, Azərbaycan mediası üçün uzunmüddətli tərəfdaşlıqlar qurmaq baxımından faydalıdır. Başqa bir məqam odur ki, COP29 çərçivəsində media üçün təşkil olunan seminar və tədbirlər jurnalistlərin ekoloji mövzularda ixtisaslaşmasına kömək edir. Bu isə həm də yerli jurnalistlərin peşəkar səviyyəsini yüksəldir”.


V.Zifəroğlu qeyd edib ki, belə tədbirlərin ölkənin müasir imicini dünyaya təqdim etməkdə mühüm rol oynadığını xüsusi vurğulamaq lazımdır:


“Azərbaycan mediası bu hadisəni işıqlandırarkən milli mədəniyyət, ənənələr və ölkənin qlobal məsələlərdəki mövqeyi haqqında məlumat yaymaq imkanı da əldə etmiş olur.

Beləliklə, COP29 Azərbaycanın həm diplomatik, həm də informasiya mühitində güclənməsi üçün mühüm fürsət yaradır. Bu, həm də yerli medianın qlobal standartlara uyğunlaşmasına və beynəlxalq səviyyədə tanınmasına xidmət edir”.

Oxunub: 130
Paylaş:
Digər xəbərlər

Gündəm

14-11-2024, 09:44

COP29 çərçivəsində Maliyyə Günü keçirilir

Dünya

31-10-2024, 10:48

Mirzoyandan COP29-da iştirakla bağlı daha bir açıqlama

Gündəm / Siyasət

29-10-2024, 09:29

Putin COP29-a gələcək? - Peskovdan yeni AÇIQLAMA

Gündəm

22-10-2024, 11:54

COP29-a hazırlıq işləri son mərhələdədir - İlham Əliyev

Gündəm

15-10-2024, 11:19

COP29-da 100-dən çox lider iştirak edəcək - RƏSMİ

Şou Biznes
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Ülviyyə Namazovadan efir qadağası qoyulmasına REAKSİYA
"Mən efirlərə QADAĞA QOYMUŞAM"
Mədəniyyət
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
18-12-2025, 19:26
Mədəniyyət Nazirliyi kimlərdən kitab alıb? - TAM SİYAHI
Hadisə
24-06-2026, 09:21
Türkanda avtomobil piyadanı vuraraq öldürdü
23-06-2026, 16:58
Azərbaycanlı tələbə faciəvi şəkildə vəfat etdi
23-06-2026, 14:11
İmişlidə bir neçə ticarət obyekti yanır
Son xəbərlər
  • Bugün, 16:27
    Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Bərdə rayonunda keçirildi. 02.07.2026
  • Bugün, 16:18
    DİM - imtahanında başqasının yerinə girmək istəyən şəxs saxlanıldı
  • Bugün, 14:43
    Polis Günü qutlu olsun! - Dövlətin və xalqın sarsılmaz dayağı
  • Bugün, 02:05
    Qobuda qanunsuz tikinti iddiası: İcra başçısı Abdin Fərzəliyevdən açıqlama gözlənilir
  • Dün, 21:07
    Qazi Ceyhun Ağayev saxlanılıb – səbəbi hələlik açıqlanmayıb
  • Dün, 16:47
    İranda matəm elan olundu
  • Dün, 16:45
    TƏBİB-in şöbə müdiri vəzifəsindən ayrıldı
  • Dün, 16:38
    Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Tərtər rayonunda keçirildi. 01.07.2026
  • Dün, 14:40
    Müəllimlərin işə qəbulu imtahanının vaxtı AÇIQLANDI
  • Dün, 14:38
    Bu həftə 41 mindən çox abituriyent imtahanı verəcək
  • Dün, 09:18
    Dünya Çempionatında bugünkü oyunların TƏQVİMİ
  • 30-06-2026, 17:06
    Akademik şəhadətnamələr üçün müraciət tarixi uzadıldı
  • 30-06-2026, 17:05
    İmtahan nəticələri açıqlandı
  • 30-06-2026, 17:02
    DTX-ə daha bir səlahiyyət verildi
  • 30-06-2026, 12:19
    18 yaşadək uşaqlara sosial şəbəkələrlə bağlı yeni qaydalar müəyyənləşdi
  • 30-06-2026, 12:17
    Məcburi köçkünlərə sosial dəstək yeni modelə keçir
  • 30-06-2026, 11:25
    Azərbaycan 151 illik Metrik Konvensiyaya qoşulur
  • 30-06-2026, 11:20
    Bu müəllimlər bir daha sertifikasiya imtahanına girməyəcək
  • 30-06-2026, 11:19
    Deputatlar 14 məsələni müzakirə etməyə başladı
  • 30-06-2026, 10:37
    Nazirdən müəllimlərin əməkhaqqı ilə bağlı AÇIQLAMA
  • 29-06-2026, 17:02
    Leysan yağış, dolu yağacaq - XƏBƏRDARLIQ
  • 25-06-2026, 16:56
    26 iyun - Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü çərçivəsində Laçın rayonu üzrə silsilə tədbirlər keçirilmişdir.
  • 25-06-2026, 10:58
    Dənizdə batan Vüqarın da meyiti tapıldı
  • 25-06-2026, 10:53
    Milli Ordu Quruculuğunda Dönüş: Tarixin Şanlı Səhifələrindən Zəfərə Doğru
  • 25-06-2026, 09:17
    Yaponiyada 7.2 bal gücündə zəlzələ oldu: Xəsarət alanlar var
  • 25-06-2026, 09:15
    Aşura günü münasibətilə ölkədə qanvermə aksiyaları keçirilir - ÜNVANLAR
  • 25-06-2026, 09:11
    Təhsil xəritəsi - ən çox, ən az şagird və məktəbi olan regionlar
  • 25-06-2026, 09:10
    "Brent" ucuzlaşdı
  • 25-06-2026, 09:02
    Bəzi yollarda tıxac yarandı - SİYAHI
  • 25-06-2026, 09:00
    TƏBİB rəhbəri daha 3 direktoru işdən çıxardı
  • 25-06-2026, 08:58
    Bu ölkədə pensiya yaşı 70-ə qaldırılır
  • 25-06-2026, 08:55
    Süni intellektlə ətir hazırlandı
  • 25-06-2026, 08:54
    Dünya çempionatı: Mərakeş Haitiyə qalib gəldi
  • 25-06-2026, 08:52
    Şəhid övladları qəbul imtahanında yüksək nəticə göstəriblər
  • 24-06-2026, 17:00
    Ceyhun Bayramov Polşaya getdi
Daha çox
Dün, 16:38
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Tərtər rayonunda keçirildi. 01.07.2026
Dün, 21:07
Qazi Ceyhun Ağayev saxlanılıb – səbəbi hələlik açıqlanmayıb
Bugün, 16:27
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Bərdə rayonunda keçirildi. 02.07.2026
Bugün, 02:05
Qobuda qanunsuz tikinti iddiası: İcra başçısı Abdin Fərzəliyevdən açıqlama gözlənilir
29-06-2026, 17:02
Leysan yağış, dolu yağacaq - XƏBƏRDARLIQ
30-06-2026, 17:05
İmtahan nəticələri açıqlandı
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə