Yaponiyanın Kyuşu adasındakı Kumamoto prefekturasında baş verən güclü zəlzələ nəticəsində həlak olanların sayı 28 nəfərə çatıb.
Xəbər veriliir ki, bu barədə NHK telekanalı məlumat yayıb.
Yaponiya hökumətinin baş katibi Minoru Kihara keçirdiyi mətbuat konfransında bildirib ki, cümə axşamı yerli vaxtla saat 06:30-a olan məlumata əsasən, Kyuşu bölgəsində baş verən ardıcıl zəlzələlər nəticəsində 28 nəfər həyatını itirib.
Bundan əvvəl ölənlərin sayının 18 nəfər olduğu açıqlanmışdı.
Qeyd edək ki, çərşənbə axşamı seysmoloqlar Kumamoto prefekturasında 7,1 maqnitudalı zəlzələ qeydə alıblar. Yeraltı təkanlar ən güclü şəkildə Uki və Kikava şəhərlərində hiss olunub.
Yaponiyada 7,1 bal gücündə zəlzələ: ölənlərin sayı 28-ə çatdı