• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Xocalı soyqırımı bəşəriyyətə qarşı yönəlmiş faciədir.

Gündəm

24-02-2025, 20:36

Xocalı soyqırımı bəşəriyyətə qarşı yönəlmiş faciədir.
Xocalı soyqırımı bəşəriyyətə qarşı yönəlmiş faciədir.

33 il əvvəl- 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə soyuq qış gecəsində erməni cəlladları Xocalı şəhərində heç bir günahı olmayan dinc insanları, o cümlədən qocaları, qadınları və uşaqları yalnız azərbaycanlı olduqları üçün xüsusi amansızlıqla qətlə yetirməklə insanlıq tarixinə qara ləkələr vurdular. Xocalı soyqırımı, təkcə azərbaycanlılara qarşı deyil, bütün bəşəriyyətə, insanlığa qarşı törədilmiş tarixi bir cinayətdir. Buna görə də bu qanlı cinayətin təşkilatçıları və icraçıları – Ermənistanın keçmiş siyasi və hərbi rəhbərliyi beynəlxalq hüquq qarşısında cavab verməli və öz layiqli cəzalarını almalıdırlar. Cəzasızlıq mühitinin nəticəsidir ki, həmin şəxslər və onların təsiri altında olan revanşist çevrələr bu gün də iki ölkə arasında və regionda sülhün bərqərar olması istiqamətində görülən işlərə, o cümlədən beynəlxalq ictimaiyyətin təşəbbüslərinə mane olmağa çalışırlar.
33 il keçməsinə baxmayaraq Xocalının işğalı zamanı erməni faşistlərindən və imperiya ordusunun 366-cı motoatıcı alayının narkotik qəbul etmiş əsgərlərinin Xocalının əliyalın sakinlərinə qarşı törətdikləri vəhşiliklər unudulmur. Əksinə olaraq, illər keçdikcə qaysaq bağlamayan yaralar göynəyir, Azərbaycan xalqına qarşı soyqırımı törədənlərə nifrət artır. İkinci Qarabağ müharibəsində qalib gələn Azərbaycan Ordusu Ermənistan silahlı birləşmələrini darmadağın etməklə 33 il bundan əvvəl qətlə yetirilən 613 Xocalı sakininin qisasını aldı.
Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayətin beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almasını xüsusi diqqət mərkəzində saxlayır.
Hal-hazırda Xocalı soyqırımını dünyada 9 ölkə və ABŞ-nin 21 ştatı tam və ya parlament səviyyəsində qətliam kimi tanıyıb.
Ali Baş Komandan, Prezident İlham Əliyevin, Heydər Əliyev Fondunun Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində apardıqları təbliğatı döyüş meydanında, düşməni təslimçiliyə məcbur etməklə davam etdirən, “qana-qan” deyən Azərbaycan əsgərlərinin işğaldan azad edilmiş ərazilərdə dalğalandırdıqları üçrəngli bayraqlarımız soyqırımı qurbanlarına xalqımızın vəfa borcudur. Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın qısamüddətli müharibə ilə işğaldan azad olunması 1992-ci ilin 26 fevralında Bakıdan kömək gözləyən xocalıları təpədən dırnağa qədər silahlanmış erməni quldurları ilə təkbətək qoyan o dövrdəki iqtidara, hələ nizami ordu kimi formalaşmamış, təcrübəsiz gənclərdən ibarət könüllü dəstələri cəbhə bölgəsindən uzaqlaşdıraraq əraziləri ermənilərə təhvil verənlərə, satanlara tarixi dərs idi.
Vətən müharibəsində XXI əsrin müharibəsinin döyüş taktika və strategiyasını çaldığı qələbə nümayiş etdirən Rəşadətli Azərbaycan Ordusu havadarları hesabına Xocalıda qətliam törədən erməni vəhşilərini it kimi qovdu. İkinci Qarabağ müharibəsi davam etdiyi müddətdə döyüş bölgəsindən xeyli aralıda yerləşən Gəncəni, Tərtəri, Bərdəni və digər yaşayış məntəqələrini raket atəşinə tutan erməni vandalları Xocalıda dinc əhaliyə qarşı törətdikləri vəhşilikləri təkrarladılar. Həmin şəhərlərə yağdırılan mərmilər xalqımızın inamını sarsıtmadı. Bütün dünya ictimaiyyəti gördü ki, xain düşməni susduran azərbaycanın güclü iradəsi, qüdrətli ordusu vardır.
Xocalı şəhərinin 2023-cü ilin sentyabrın 19-da Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan tamamilə təmizlənmişdir. Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 2023-cü ilin oktyabrın 15-də Xocalı şəhərində Azərbaycanın üçrəngli bayrağını ucaltmaqla soyqırımı qurbanlarının qanının yerdə qalmadığını, onların qisasının alındığını sübut etdi.
Xocalıya həyat qayıdır, şəhər yenidən dirçəlir. Xocalı sakinləri 32 ildən sonra, ötən ilin 28 May Müstəqqillik günündə doğma torpaqlarına qayıtmağın sevincini yaşadılar.
Artıq 4 ilə yaxındır ki, Xocalı qurbanlarının xatirəsi həmişəkindən fərqli olaraq qələbə əhval-ruhiyyəsi ilə qeyd edilir. Məcburi köçkün, qaçqın sözləri Böyük Qayıdış ifadəsi ilə əvəz olunur. İşğaldan azad olunmuş torpaqlarımıza əsl sahiblərinin köçü başlanır. Uzun illər doğmalarının taleyindən narahat olan Xocalı qurbanlarının ruhları rahatlıq tapır. Şəhidlərimizin xatirəsi sevinc göz yaşları ilə yad edilir. Onu da qeyd edim ki, indiyədək Xocalıda 44 ailənin, 169 nəfərin daimi məskunlaşması təmin edilmişdir.
Azərbaycan xalqı heç bir zaman Xocalıda baş verən dəhşətləri unutmayacaq. Nə qədər illər keçsə də, Xocalı faciəsini heç zaman unutmayacağıq. Xocalı soyqırımı zamanı qətlə yetirilmiş soydaşlarımızın əziz xatirəsini faciənin 33-cü ildönümündə dərin hüznlə və böyük ehtiramla yad edərək Uca Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa diləyirəm.

Heç kim unudulmur, heçnə yaddan çıxmır! Ronahi” Kurd Mədəniyyət Mərkəzi İctimai Birliyinin Sədri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Zabit Məmmədov

Oxunub: 391
Paylaş:
Digər xəbərlər

Gündəm

26-02-2024, 14:01

Xocalı soyqırımı - tarixdə insanlığa qarşı törədilmiş ən qəddar qətliamdır.

Cəmiyyət

21-02-2020, 11:10

Xocalı faciəsi qurbanlarının xatirəsi Gürcüstanın Kaspi rayonunda ehtiramla yad olunub

Dünya

25-02-2024, 22:57

Xocalının azad olunması soyqırımı qurbanlarına vəfa borcumuzdur - BƏYANAT

Gündəm

26-02-2022, 05:26

Xocalı soyqırımından 30 il ÖTÜR

Gündəm

26-02-2023, 01:05

Xocalı soyqırımından 31 il ÖTÜR

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
18-08-2026, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
Hadisə
Dün, 09:00
Gürzəni öldürən Neftçala sakini özü də öldü
19-08-2026, 16:44
Kamilə Babayevanın anasının meyiti evində aşkarlanıb
19-08-2026, 10:01
Qusarda qəza - ölən var
Son xəbərlər
  • Dün, 15:58
    Şəxsiyyəti müəyyənləşdirilən şəhid Cümşüd Məmmədovun nəşinin qalıqları Laçında dəfn olunub.
  • Dün, 11:09
    Bu il onların pensiyası artacaq
  • Dün, 10:43
    Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Azərbaycanın beynəlxalq mövqeyini keyfiyyətcə yeni mərhələyə yüksəltmişdir.
  • Dün, 10:26
    78 nömrəli avtobusun marşrutu dəyişdi
  • Dün, 10:23
    Yeni Klinikanın direktor müavini ABŞ-yə köçür - “Green Card” udubmuş
  • Dün, 09:18
    Dünya bazarında neft ucuzlaşdı
  • Dün, 09:03
    Qənirə Paşayevaya həsr olunan beynəlxalq tədbir keçiriləcək
  • Dün, 09:00
    Gürzəni öldürən Neftçala sakini özü də öldü
  • Dün, 08:56
    Xankəndi, Xocalı və Ağdərəyə yeni köç: 87 ailə sevindi
  • Dün, 08:54
    Xəzərdə seysmik aktivlik niyə azalıb? - AÇIQLAMA
  • Dün, 08:51
    Azərbaycanda turizmdən ən çox qazanan şəhərlər - SİYAHI
  • Dün, 04:02
    “Nar” inklüziv məşğulluğun təşviqinə töhfə verir – VİDEO
  • 20-08-2026, 11:13
    Rusiyanın PUA-sı Rumıniya və Moldova hava məkanına girdi
  • 20-08-2026, 09:59
    Ermənistan qadın hərbçiləri Azərbaycanla sərhədə GÖNDƏRİR
  • 20-08-2026, 09:57
    Dünya bazarında qızıl ucuzlaşdı
  • 20-08-2026, 08:59
    Azərbaycanda həbsxanadan çıxan şəxslərə bu qədər pul verilir - RƏSMİ
  • 20-08-2026, 08:55
    "Qarabağ" bu gün pley-off oyununa çıxır
  • 19-08-2026, 16:44
    Kamilə Babayevanın anasının meyiti evində aşkarlanıb
  • 19-08-2026, 11:23
    Azərbaycanın CNN-ə qarşı iddiası - Məhkəmə hansı qərarı verəcək?
  • 19-08-2026, 11:11
    5 itkin-şəhidimiz dəfn olunacaq- FOTOLAR
  • 19-08-2026, 10:44
    Azərbaycanlı vəkil ABŞ-də hüquq doktoru oldu
  • 19-08-2026, 10:39
    Eks-müdafiə naziri Ukraynada seçki keçirməyə çağırdı
  • 19-08-2026, 10:32
    Abituriyentlərin diqqətinə! İxtisas seçimi bu gün başa çatır
  • 19-08-2026, 10:28
    İran parlamentinin sədri İraqa getdi
  • 19-08-2026, 10:24
    Rusiya Ermənistanla bağlı qərarını açıqladı
  • 19-08-2026, 10:18
    Dünya bazarlarından Azərbaycan büdcəsi üçün şad xəbər
  • 19-08-2026, 10:01
    Qusarda qəza - ölən var
  • 19-08-2026, 09:59
    Daha bir bloger saxlanıldı
  • 19-08-2026, 09:20
    Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
  • 18-08-2026, 16:47
    Prezident təqaüdçüləri ailə qururlar
  • 18-08-2026, 16:33
    Yeni səfir azərbaycanca ilk paylaşımını etdi
  • 18-08-2026, 15:35
    Prezident Britaniya səfirinin etimadnaməsini qəbul edib
  • 18-08-2026, 15:11
    Qalibaf Hörmüz boğazı ilə bağlı İranın şərtlərini açıqladı
  • 18-08-2026, 14:56
    İtkin düşən hərbçinin taleyi 44 il sonra bəlli oldu
  • 18-08-2026, 14:36
    Azərbaycanda neçə çoxuşaqlı ana var? - AÇIQLANDI
Daha çox
Dün, 15:58
Şəxsiyyəti müəyyənləşdirilən şəhid Cümşüd Məmmədovun nəşinin qalıqları Laçında dəfn olunub.
19-08-2026, 11:11
5 itkin-şəhidimiz dəfn olunacaq- FOTOLAR
18-08-2026, 12:28
Azərbaycanın dünya birliyinə inteqrasiyası və beynəlxalq əməkdaşlığın inkişafı
Dün, 10:43
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Azərbaycanın beynəlxalq mövqeyini keyfiyyətcə yeni mərhələyə yüksəltmişdir.
19-08-2026, 09:59
Daha bir bloger saxlanıldı
18-08-2026, 14:36
Azərbaycanda neçə çoxuşaqlı ana var? - AÇIQLANDI
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə