• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

İlham Əliyev Ərdoğanı təbrik etdi

Gündəm

27-02-2025, 10:26

İlham Əliyev Ərdoğanı təbrik etdi
Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıb.

Xəbər verilir ki, təbrik məktubunda deyilir:

"Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Türkiyə Respublikasının ictimai-siyasi həyatında və dövlət idarəçiliyində artıq 25 ilə yaxın bir dövr ərzində müstəsna yer tutan, daim yenilənməkdə, inkişafda və yüksəlişdə olan Ədalət və İnkişaf Partiyasının Böyük Qurultayında partiyanın Sədri vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi və bütün partiyadaşlarınızı səmimi-qəlbdən təbrik edirəm.

Qurucusu olduğunuz partiyanın üzvlərinin Sizə layiq olduğunuz böyük etimadı təkrarən nümayiş etdirməsi uzun illər boyu ölkənizin rifahı və tərəqqisi, qardaş Türkiyə xalqının firavanlığı, eləcə də bütün Türk dünyasının yüksəlişi naminə yorulmaq bilmədən həyata keçirdiyiniz fədakar fəaliyyətə qədirbilənliklə verilən yüksək qiymətdir.

Bu xüsusda, Ədalət və İnkişaf Partiyasının Böyük Qurultayında müəyyən olunmuş yeni hədəflərin və qəbul edilmiş əhəmiyyətli qərarların qardaş Türkiyə xalqı üçün xeyirli və uğurlu olacağına, Türkiyəni daha da irəli aparacağına əminliyimi ifadə etmək istərdim.

Danılmaz faktdır ki, ötən illər ərzində rəhbərliyinizlə Ədalət və İnkişaf Partiyasının öz prinsip və amallarına daim sadiq qalaraq atdığı addımlar sayəsində ölkənizin dövlətçiliyi daha da möhkəmlənmiş, sarsılmaz xalq-iqtidar birliyi formalaşmış, eləcə də Türkiyə qlobal güc mərkəzinə – dünyanın ən aparıcı və qüdrətli dövlətlərindən birinə çevrilmişdir. Təsadüfi deyil ki, Siz bütün Türk dünyasında öz Vətənini, xalqını sevən müdrik və qətiyyətli lider kimi tanınır və sevilirsiniz. Dost və qardaş Azərbaycanda da Sizin uğurlarınız böyük fərəh hissi ilə qarşılanır və daim təqdir olunur.

Bu gün ortaq tariximizdən, zəngin milli-mənəvi dəyərlərimizdən və xalqlarımızın mətin iradəsindən qaynaqlanan Azərbaycan–Türkiyə qardaşlığı, birliyi və strateji müttəfiqliyi unikal xarakter daşımaqla hərtərəfli inkişaf edir, bölgədə sabitliyin və təhlükəsizliyin bərqərar olmasına töhfələr verir. Əminəm ki, bu sarsılmaz bağlar birgə səylərimizlə “Bir millət, iki dövlət” prinsipinə uyğun olaraq bundan sonra da daim möhkəmlənəcəkdir.

Əziz Qardaşım,

Bir daha Sizə, eləcə də Ədalət və İnkişaf Partiyasının hər bir üzvünə ən səmimi salamlarımı və təbriklərimi çatdırır, Sizə möhkəm cansağlığı, partiyanın işinə böyük uğurlar, qardaş Türkiyə xalqına sülh və firavanlıq arzulayıram".

Oxunub: 218
Paylaş:
Digər xəbərlər

Siyasət

18-06-2020, 17:31

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib

Gündəm / Dünya

15-05-2023, 08:22

İlham Əliyev Ərdoğanı təbrik etdi

Gündəm

30-08-2022, 10:06

İlham Əliyev Ərdoğanı təbrik etdi

Gündəm

29-10-2023, 06:39

İlham Əliyev Ərdoğanı TƏBRİK ETDİ

Siyasət

6-07-2020, 17:37

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təşəkkür edib

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
18-08-2026, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
Hadisə
21-08-2026, 09:00
Gürzəni öldürən Neftçala sakini özü də öldü
19-08-2026, 16:44
Kamilə Babayevanın anasının meyiti evində aşkarlanıb
19-08-2026, 10:01
Qusarda qəza - ölən var
Son xəbərlər
  • 21-08-2026, 15:58
    Şəxsiyyəti müəyyənləşdirilən şəhid Cümşüd Məmmədovun nəşinin qalıqları Laçında dəfn olunub.
  • 21-08-2026, 11:09
    Bu il onların pensiyası artacaq
  • 21-08-2026, 10:43
    Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Azərbaycanın beynəlxalq mövqeyini keyfiyyətcə yeni mərhələyə yüksəltmişdir.
  • 21-08-2026, 10:26
    78 nömrəli avtobusun marşrutu dəyişdi
  • 21-08-2026, 10:23
    Yeni Klinikanın direktor müavini ABŞ-yə köçür - “Green Card” udubmuş
  • 21-08-2026, 09:18
    Dünya bazarında neft ucuzlaşdı
  • 21-08-2026, 09:03
    Qənirə Paşayevaya həsr olunan beynəlxalq tədbir keçiriləcək
  • 21-08-2026, 09:00
    Gürzəni öldürən Neftçala sakini özü də öldü
  • 21-08-2026, 08:56
    Xankəndi, Xocalı və Ağdərəyə yeni köç: 87 ailə sevindi
  • 21-08-2026, 08:54
    Xəzərdə seysmik aktivlik niyə azalıb? - AÇIQLAMA
  • 21-08-2026, 08:51
    Azərbaycanda turizmdən ən çox qazanan şəhərlər - SİYAHI
  • 21-08-2026, 04:02
    “Nar” inklüziv məşğulluğun təşviqinə töhfə verir – VİDEO
  • 20-08-2026, 11:13
    Rusiyanın PUA-sı Rumıniya və Moldova hava məkanına girdi
  • 20-08-2026, 09:59
    Ermənistan qadın hərbçiləri Azərbaycanla sərhədə GÖNDƏRİR
  • 20-08-2026, 09:57
    Dünya bazarında qızıl ucuzlaşdı
  • 20-08-2026, 08:59
    Azərbaycanda həbsxanadan çıxan şəxslərə bu qədər pul verilir - RƏSMİ
  • 20-08-2026, 08:55
    "Qarabağ" bu gün pley-off oyununa çıxır
  • 19-08-2026, 16:44
    Kamilə Babayevanın anasının meyiti evində aşkarlanıb
  • 19-08-2026, 11:23
    Azərbaycanın CNN-ə qarşı iddiası - Məhkəmə hansı qərarı verəcək?
  • 19-08-2026, 11:11
    5 itkin-şəhidimiz dəfn olunacaq- FOTOLAR
  • 19-08-2026, 10:44
    Azərbaycanlı vəkil ABŞ-də hüquq doktoru oldu
  • 19-08-2026, 10:39
    Eks-müdafiə naziri Ukraynada seçki keçirməyə çağırdı
  • 19-08-2026, 10:32
    Abituriyentlərin diqqətinə! İxtisas seçimi bu gün başa çatır
  • 19-08-2026, 10:28
    İran parlamentinin sədri İraqa getdi
  • 19-08-2026, 10:24
    Rusiya Ermənistanla bağlı qərarını açıqladı
  • 19-08-2026, 10:18
    Dünya bazarlarından Azərbaycan büdcəsi üçün şad xəbər
  • 19-08-2026, 10:01
    Qusarda qəza - ölən var
  • 19-08-2026, 09:59
    Daha bir bloger saxlanıldı
  • 19-08-2026, 09:20
    Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
  • 18-08-2026, 16:47
    Prezident təqaüdçüləri ailə qururlar
  • 18-08-2026, 16:33
    Yeni səfir azərbaycanca ilk paylaşımını etdi
  • 18-08-2026, 15:35
    Prezident Britaniya səfirinin etimadnaməsini qəbul edib
  • 18-08-2026, 15:11
    Qalibaf Hörmüz boğazı ilə bağlı İranın şərtlərini açıqladı
  • 18-08-2026, 14:56
    İtkin düşən hərbçinin taleyi 44 il sonra bəlli oldu
  • 18-08-2026, 14:36
    Azərbaycanda neçə çoxuşaqlı ana var? - AÇIQLANDI
Daha çox
21-08-2026, 15:58
Şəxsiyyəti müəyyənləşdirilən şəhid Cümşüd Məmmədovun nəşinin qalıqları Laçında dəfn olunub.
19-08-2026, 11:11
5 itkin-şəhidimiz dəfn olunacaq- FOTOLAR
21-08-2026, 10:43
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Azərbaycanın beynəlxalq mövqeyini keyfiyyətcə yeni mərhələyə yüksəltmişdir.
18-08-2026, 12:28
Azərbaycanın dünya birliyinə inteqrasiyası və beynəlxalq əməkdaşlığın inkişafı
19-08-2026, 09:59
Daha bir bloger saxlanıldı
18-08-2026, 14:36
Azərbaycanda neçə çoxuşaqlı ana var? - AÇIQLANDI
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə