• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Bakıdakı ermənilərin növbəti məhkəməsi - Yeni faktlar açıqlandı

Gündəm

7-03-2025, 10:53

Bakıdakı ermənilərin növbəti məhkəməsi - Yeni faktlar açıqlandı
Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində cinayət işləri üzrə məhkəmə prosesinin baxış iclası martın 6-da davam etdirilib.



Xəbər verilir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, habelə müdafiələri üçün vəkillərlə təmin olunub.



Təqsirləndirilən şəxslər və onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, habelə dövlət ittihamını müdafiə edən prokurorlar iclasda iştirak ediblər.



Məhkəmə iclasında sədrlik edən hakim əvvəlcə təqsirləndirilən şəxs Bako Sahakyana hüquqlarının müdafiəsi üçün dövlət hesabına əlavə vəkil təyin olunması barədə məlumat verərək, müdafiəçisini ona təqdim edib. Bako Saakyan yeni müdafiəçiyə etiraz etmədiyini bildirib.



Məhkəmə iclasının sədri dindirməni başlayarkən təqsirləndirilən şəxslərin hər birinə onlara elan olunmuş ittiham və həmin ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün əhəmiyyətli olan digər hallar barədə ifadə verməyi təklif edib.



Budəfəki məhkəmə iclasında təqsirləndirilən şəxslər Davit Manukyan, Qurgen Stepanyan, Davit Allahverdiyan, Melikset Paşayan, Qarik Matrosyan, Levon Balayan, Madat Babayan sərbəst ifadə veriblər.



Sərbəst ifadə verən Ermənistanda anadan olmuş, Ermənistan Respublikasının vətəndaşı, Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu olmuş, general-mayor ali hərbi rütbəsində xidmət etmiş, qondarma rejimin qanunsuz silahlı birləşmələrində “komandanın 1-ci müavini”, Ermənistan Respublikasının Müdafiə Nazirliyinin Baş qərargahında Kadrlar idarəsinin rəisi, korpus komandiri işləmiş təqsirləndirilən şəxs *Davit Manukyan ifadəsində Azərbaycan Silahlı Qüvvələrinə qarşı döyüşdüyünü etiraf edib. O, hərbçi olduğunu, Ermənistanda xidmət etdiyini, həmçinin Birinci və İkinci Qarabağ müharibələri zamanı Ermənistan ordusunun tərkibində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə qarşı vuruşduğunu bildirərək deyib: “Birinci müharibə zamanı xidməti mövqeyim, vəzifəm olmayıb. İkinci müharibə zamanı isə olub. Amma bütün bunlar mənim xidməti öhdəliklərimdən qaynaqlanıb. Xüsusilə müharibənin planlaşdırılması... Mənim öhdəliklərimdə, vəzifə borcumda aydın şəkildə yazılıb: “Döyüş hazırlığı ilə məşğul olmaq”. Orada müharibənin planlaşdırılması yoxdur. Bu, anlaşılan deyil, əlaqəsizdir”.



O, Birinci Qarabağ müharibəsi zamanı sıravi əsgər olduğunu xatırladaraq bildirib: “Mən siravi əsgər statusunda olmuşam, döyüş əməliyyatlarında iştirak etmişəm. 1993-cü il fevralın 28-də Ağdərə istiqamətində yaralanmışam. 1994-cü ildə yenidən xidmətə qayıtmışam...Müharibədən sonra da xidmətə davam etmişəm, zabit rütbəsi almışam”.



Təqsirləndirilən şəxs qondarma rejimin “Təhlükəsizlik Şurası”nın iclaslarında iştirak etmədiyini vurğulayaraq deyib: “İclaslarda əsas üzv, müşahidəçi qismində iştirak etməmişəm, onun keçirildiyi barədə də məlumatım olmayıb”.



O, 44 günlük müharibə zamanı avtomobilinin “Bayraktar” PUA-sı ilə vurulduğunu da bildirərək qeyd edib: “Sürücüm yaralandı, mən isə 20 metr aralıda olduğumdan xəsarət almadım”.



Davit Manukyan 2021-ci ilin dekabrında hərbi xidmətdən məzuniyyətə çıxdığını, 2022-ci ilin yanvarında isə vəzifəsini təhvil verdiyini, habelə Ermənistan Resublikasının vətəndaşlarının qondarma rejimin “ordusu”nda hərbi xidmət keçdiyini qeyd edərək diqqətə çatdırıb: “Bir qədər geriyə qayıdım. Orduda 2020-ci ildən sonra kifayət qədər ixtisarlar baş verdi. Diviziyanı da ixtisar aparıb briqada səviyyəsinə saldılar”.



O, həmçinin 2020-2023-cü illər ərzində Qarabağda təxminən 10 minədək hərbi qulluqçunun olduğunu deyib. Bundan başqa, istintaq dövründə müstəntiqlərlə çox yaxşı əməkdaşlıq etdiyini söyləyib.



Təqsirləndirilən şəxs evində tapılmış silahlar barədə də danışıb: “Mənim Xankəndidəki mənzilimdə iki silahım olub. Biri tapança, o birisi isə yivli ov tüfəngi. Hər iki silah Ermənistan Respublikasının Polis İdarəsində qeydiyyatdadır.



Təqsirləndirilən şəxs Qurgen Stepanyan 2005-2007-ci illərdə Hadrutda müddətli hərbi xidmət keçidiyini, 2023-cü ildə isə döyüş postuna aparıldığını bildirərək deyib: “Sentyabrın 19-da postdan Xankəndiyə qaçmağa başladıq, yolda sizin hərbçilərlə qarşılaşdıq, onlara təslim olduq”.



Təqsirləndirilən şəxs Davit Allahverdiyan isə sərbəst ifadəsi zamanı ilkin istintaqda bütün suallara cavab verdiyini və məhkəmə istintaqı zamanı da cavab verəcəyini bildirib. “Mənə qarşı münasibət insani, yaxşı olub, buna görə təşəkkür edirəm. İndi də bütün suallara cavab verməyə hazıram”, - deyə o əlavə edib.



Digər təqsirləndirilən şəxs Melikset Paşayan ifadəsində ittihamlarla tanış olduğunu bildirib. O, sovet ordusunda xidmət etdiyini, 1993-cü ildə Azərbaycana qarşı döyüşlərdə iştirak etmək üçün qondarma rejimin “hərbi komissarlığı”ndan çağırış aldığını söyləyərək deyib: “1994-cü il atəşkəsinə qədər mən ancaq Ağdamda mövqe qorumuşam. 2020-ci ildə 44 günlük müharibə zamanı isə kənddəki oğlanlarla qərara gəlib mövqeləri qorumağa getdik. Üç-dörd həftə mövqe qoruduq”.



Melikset Paşayan 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror tədbirləri zamanı barmağından yaralandığını, sonra isə tutulduğunu bildirib.


Ətraflı
Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.

Təqsirləndirilən şəxs Qarik Matrosyan ifadəsində Birinci Qarabağ müharibəsində Ağdam rayonunda ön postlarda olduğunu etiraf edərək bildirib: “İkinci Qarabağ müharibəsində isə Əsgəran rayonunda olmuşuq. 44 günlük müharibə zamanı da orada olmuşam”.



Təqsirləndirilən daha bir şəxs Levon Balayan ifadəsində 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatları zamanı Ermənistan dövlətinin nəzarətində olan qondarma rejimin “ordusu”nda xidmət etdiyini söyləyib.



Təqsirləndirilən şəxs Madat Babayan isə 1992-ci ildə Xocalıda olduğunu etiraf edib. O vurğulayıb: “1992-ci ildə Xocalıda olmuşam. Məni çağırdılar getdim. Dedilər burada meyitlər var, gəl dəfn edək. Mən də aparıb yerini göstərdim”.



Ardınca təqsirləndirilən şəxs Bako Sahakyan söz istəyərək qısa çıxış edib. O, Ermənistanın rəhbərliyi və nəzarəti altında fəaliyyət göstərən qondarma rejimin “prezidenti” kimi gördüyü işlərdən danışıb. Habelə ibtidai istintaq dövründə verilən sualları cavablandırması üçün ona geniş imkanların yaradıldığını qeyd edib.



Bundan sonra məhkəmədə sənədlərin tədqiqi mərhələsi başlayıb.



Dövlət ittihamını müdafiə edən Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev Qarabağın Azərbaycanın suverən ərazisi olmasını və Ermənistanın Qarabağı öz ərazisinə birləşdirmək niyyətini təsdiq edən tarixi sənədləri, yəni:



- DQMV Vilayət Xalq Deputatları Sovetinin “Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR-dən Ermənistan SSR-ə verilməsi barədə Azərbaycan və Ermənistan SSR Ali sovetlərinə Müraciət haqqında” 1988-ci il 20 fevral tarixli qərarı;



- “DQMV-nin Azərbaycan SSR-in tərkibindən çıxarılaraq Ermənistan SSR-in tərkibinə verilməsi və bu barədə SSRİ Ali Sovetinə müraciət edilməsi haqqında” Ermənistan SSR Ali Sovetinin 1988-ci il 15 iyun tarixli qərarı;



- SSRİ Ali Soveti Rəyasət Heyətinin “DQMV-nin Ermənistan SSR-in tərkibinə verilməsi haqqında Ermənistan SSR Ali Sovetinin 1988-ci il 15 iyun tarixli qərarının və DQMV Vilayət Xalq Deputatları Sovetinin 1988-ci il 20 fevral tarixli vəsatətinin SSRİ Konstitusiyasına zidd olması barədə” 1988-ci il 18 iyul tarixli qərarı;



- SSRİ Konstitusiyasının 78-ci maddəsi;



- Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə barəsində Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli qərarı;



- 1991-ci il 2 sentyabr tarixli “Dağlıq Qarabağ Respublikasının elan edilməsi haqqında qərar və bəyannamə”ni və digər sənədləri təqdim edib.



Bundan sonra Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli və dövlət ittihamçısı Fuad Musayev Ermənsitan SSR-in ərazisində və Azərbaycan SSR-in tərkib hissəsi olan Qarabağda Ermənistan tərəfindən yaradılan və onun rəhbərliyi ilə fəaliyyət göstərən cinayətkar birliyin özəyini təşkil edən, 1980-cı illərdə Qarabağda və Ermənistanda yaradılmış 40-a qədər “Böyük Tiqran”, “David Sasunski”, “Arçiv”, “Daşnaksakaner”, “Şuşa”, “Sasun”, “Maral”, “Ağdərə bölüyü”, “Xankəndi alayı”, “Sisiyan bölüyü”, “Hadrut bölüyü”, “Sasna Srer bölüyü”, “Xaçlılar”, “Erkrap-Könüllülər dəstəsi”, “Malatiya”, “Arabo”, “Muş” və digər qanunsuz silahlı birləşmələrin yaradılması, məqsədləri, fəaliyyəti və rəhbərlərinə dair sənədləri təqdim ediblər.



Ardınca təqsirləndirilən şəxs Arkadi Qukasyana tədqiq edilmiş sənədlərə münasibət bildirməsi, qeyd olunan qanunsuz silahlı birləşmələrin rəhbərləri və iştirakçıları, Ermənistanla əlaqələri, fəaliyyəti, onun bu birləşmələrin fəaliyyətində iştirakı, Ermənistanda və Azərbaycan Respublikasının suveren ərazisi olan Qarabağda yaradılmış “Krunq” təşkilatında fəaliyyəti ilə əlaqədar həbs edilməsi, “böyük Ermənistan” və “Miatsum” cinayətkar ideologiyaları barədə suallar verilib.



Təqsirləndirilən şəxs “Krunq” təşkilatının fəaliyyətində iştirak etmədiyini, həmin dövrdəki həbsinin bu təşkilatdakı fəaliyyətinə görə olmadığını, sadalanan qanunsuz silahlı birləşmələrin rəhbərlərinin adlarının hər kəsə məlum olduğunu, o cümlədən bu gün məhkəmədə tədqiq edilən sənədlərdə bu şəxslərin adının qeyd olunduğunu, lakin özünün həmin adları çəkməyəcəyini bildirib.



Məhkəmənin növbəti iclası martın 10-na təyin olundu. Növbəti proses təqsirləndirlən şəxslərə sualların verilməsi ilə davam etdiriləcək.



Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyət baxımından verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz vədigərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə ittiham olunur.



Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiriyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırım), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

Oxunub: 166
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

6-03-2025, 15:02

Erməni generalı Azərbaycana qarşı döyüşdüyünü məhkəmədə etiraf etdi

Cəmiyyət

10-02-2025, 09:13

Bu gün Vardanyanın növbəti məhkəməsi keçiriləcək

Gündəm

6-11-2023, 09:23

Xaçaturyan yenidən hakim qarşısına çıxarılır

Dünya

24-10-2023, 09:59

Bu gün Vaqif Xaçaturyan yenidən hakim qarşısına çıxacaq

Gündəm

24-08-2022, 20:50

İlkin Süleymanovun məhkəməsi bir aylıq fasilədən sonra davam etdirilib

Şou Biznes
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Ülviyyə Namazovadan efir qadağası qoyulmasına REAKSİYA
"Mən efirlərə QADAĞA QOYMUŞAM"
Mədəniyyət
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
18-12-2025, 19:26
Mədəniyyət Nazirliyi kimlərdən kitab alıb? - TAM SİYAHI
Hadisə
24-06-2026, 09:21
Türkanda avtomobil piyadanı vuraraq öldürdü
23-06-2026, 16:58
Azərbaycanlı tələbə faciəvi şəkildə vəfat etdi
23-06-2026, 14:11
İmişlidə bir neçə ticarət obyekti yanır
Son xəbərlər
  • Bugün, 17:06
    Akademik şəhadətnamələr üçün müraciət tarixi uzadıldı
  • Bugün, 17:05
    İmtahan nəticələri açıqlandı
  • Bugün, 17:02
    DTX-ə daha bir səlahiyyət verildi
  • Bugün, 12:19
    18 yaşadək uşaqlara sosial şəbəkələrlə bağlı yeni qaydalar müəyyənləşdi
  • Bugün, 12:17
    Məcburi köçkünlərə sosial dəstək yeni modelə keçir
  • Bugün, 11:25
    Azərbaycan 151 illik Metrik Konvensiyaya qoşulur
  • Bugün, 11:20
    Bu müəllimlər bir daha sertifikasiya imtahanına girməyəcək
  • Bugün, 11:19
    Deputatlar 14 məsələni müzakirə etməyə başladı
  • Bugün, 10:37
    Nazirdən müəllimlərin əməkhaqqı ilə bağlı AÇIQLAMA
  • Dün, 17:02
    Leysan yağış, dolu yağacaq - XƏBƏRDARLIQ
  • 25-06-2026, 16:56
    26 iyun - Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü çərçivəsində Laçın rayonu üzrə silsilə tədbirlər keçirilmişdir.
  • 25-06-2026, 10:58
    Dənizdə batan Vüqarın da meyiti tapıldı
  • 25-06-2026, 10:53
    Milli Ordu Quruculuğunda Dönüş: Tarixin Şanlı Səhifələrindən Zəfərə Doğru
  • 25-06-2026, 09:17
    Yaponiyada 7.2 bal gücündə zəlzələ oldu: Xəsarət alanlar var
  • 25-06-2026, 09:15
    Aşura günü münasibətilə ölkədə qanvermə aksiyaları keçirilir - ÜNVANLAR
  • 25-06-2026, 09:11
    Təhsil xəritəsi - ən çox, ən az şagird və məktəbi olan regionlar
  • 25-06-2026, 09:10
    "Brent" ucuzlaşdı
  • 25-06-2026, 09:02
    Bəzi yollarda tıxac yarandı - SİYAHI
  • 25-06-2026, 09:00
    TƏBİB rəhbəri daha 3 direktoru işdən çıxardı
  • 25-06-2026, 08:58
    Bu ölkədə pensiya yaşı 70-ə qaldırılır
  • 25-06-2026, 08:55
    Süni intellektlə ətir hazırlandı
  • 25-06-2026, 08:54
    Dünya çempionatı: Mərakeş Haitiyə qalib gəldi
  • 25-06-2026, 08:52
    Şəhid övladları qəbul imtahanında yüksək nəticə göstəriblər
  • 24-06-2026, 17:00
    Ceyhun Bayramov Polşaya getdi
  • 24-06-2026, 16:52
    Nigar Fərhad vətəndaşın 3200 manatını mənimsəyib? - ŞİKAYƏT
  • 24-06-2026, 15:50
    Pulsuz təhsil dünyanın heç yerində yoxdur - Emin Əmrullayev
  • 24-06-2026, 15:19
    Direktor olmaq istəyənlərin nəzərinə! - qeydiyyat başlayır
  • 24-06-2026, 15:03
    Sahibə Qafarova İƏTPİ-nin 20-ci sessiyasında çıxış etdi
  • 24-06-2026, 14:52
    Prezident Numan Kurtulmuşu qəbul etdi
  • 24-06-2026, 13:31
    Fərid Ədilov səsvermənin ilk mərhələsində iştirakçı dövlətlərin əksəriyyətinin etimadını qazanaraq, 130 səslə Komitəyə üzv seçilib.
  • 24-06-2026, 12:07
    Qarabağ Universitetində yeni təyinat
  • 24-06-2026, 11:25
    İllik inflyasiya hədəfi - Açıqlandı
  • 24-06-2026, 11:21
    Maşın və ev sahibləri üçün yeni qaydalar - ANONS
  • 24-06-2026, 11:18
    Sahibə Qafarova İslam ölkələrinə çağırış etdi
  • 24-06-2026, 09:37
    Valyuta bazarında son vəziyyət: avro gerilədi...
Daha çox
25-06-2026, 08:58
Bu ölkədə pensiya yaşı 70-ə qaldırılır
25-06-2026, 10:53
Milli Ordu Quruculuğunda Dönüş: Tarixin Şanlı Səhifələrindən Zəfərə Doğru
25-06-2026, 09:15
Aşura günü münasibətilə ölkədə qanvermə aksiyaları keçirilir - ÜNVANLAR
24-06-2026, 13:31
Fərid Ədilov səsvermənin ilk mərhələsində iştirakçı dövlətlərin əksəriyyətinin etimadını qazanaraq, 130 səslə Komitəyə üzv seçilib.
25-06-2026, 10:58
Dənizdə batan Vüqarın da meyiti tapıldı
25-06-2026, 16:56
26 iyun - Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü çərçivəsində Laçın rayonu üzrə silsilə tədbirlər keçirilmişdir.
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə