• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Aşıq Şəmşirin 132 illiyi qeyd edildi

Gündəm

19-03-2025, 15:09

Aşıq Şəmşirin 132 illiyi qeyd edildi

Aşıq Şəmşirin anadan olmasının 132-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Dovletxeberleri xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin və “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin Təşkilatçılığı ilə Natəvan zalında Dədə Şəmşirin anadan olmasının 132-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə “Aşıq Şəmşir” Mədəniyyət Ocağının Sədri Cavid Qurbanov, Xalq şairi Sabir Rüstəmxanlı, Professor Şahlar Əsgərov, Azərbaycan Yazıçılar Birliyinin sədrinin müavini, Mətbuat Şurasının sədri Rəşad Məcid, Azərnəşrin baş redaktiru Əlövsət Ağalarov, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, şair, əməkdar jurnalist Adil Cəmil, Modern.az internet portalının rəhbəri, Əməkdar jurnalist Elşad Eyvazlı, Dədə Ələsgər Ocağ İctimai Birliyinin sədri Xətai Ələsgər, filologiya üzrə fəlsəfə doktoru İlham Məmmədli, BDU-nun dekanı Ələmdar Cabbarlı, tibb üzrə fəlsəfə doktoru Nağdəli Zamanov, Dədə Şəmşir Ocağından ziyalı Bəhlul Qocayev, Professor İradə Köçərli, Əməkdar müəllim, şəhid atası Mirsəyyaf Zamanll, şair Əyyub Cabbarov, əməkdar mədəniyyət işçisi aşıq Ədalət Dəlidağlı, Folklor inistutunun aparıcı elmi işçisi Səbinə İsayeva, ziyalılardan Adil Şükürov, Mayıl Adilov, şair Adil Həmid, Vuqar İsayev, Dədə Şəmşirin nəvələri Kəmalə Əmrahova, Pərviz Qurbanov, Kəlbəcər rayon orta məktəblərinin direktorları: Esmira Hüseynova, Həqiqət Şükürova, Heyran Əlizadə, Şahnaz Cəfərova və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azərbaycan Yazıçılar Birliyinin sədrinin müavini, Mətbuat Şurasının sədri Rəşad Məcid, tədbiri açıq elan edərək Dədə Şəmşirin yaradıcılığı haqqında ətraflı məlumat verərək bildirdi ki, özündən sonra zəngin irs qoyub getmiş Dədə Şəmşirin yaradıcılığı sevilə-sevilə öyrənilməklə yanaşı, hazırda bu barədə bir-birindən maraqlı tədqiqat əsərləri yazılmaqdadır.

Tədbirin aparıcısı əməkdar jurnalist, şair Adil Cəmil Dədə Şəmşirin zəngin yaradıcılığı haqqında məlumat verərək qeyd etdi ki, Azərbaycan ədəbiyyatının və aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Şəmşirin (Dədə Şəmşirin) anadan olmasında 132 il ötür. Dədə Şəmşirin qələmə aldığı qoşma, gəraylı, təcnis, divani, bayatı, rübai, qəzəl və müxəmməslərlə Kəlbəcər ədəbi mühitini, eləcə də yazılı və şifahi poeziyamızın ən önəmli cəhətlərini ustalıqla mənimsəyən söz sənətkarı kimi öz məktəbini yaratmışdı.

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri Dədə Şəmşirin nəvəsi Cavid Qurbanov çıxış edərək bildirdi ki, Ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışaraq vurğulayıb ki, Heydər Əliyev fenomeninə məxsus iti zəka, müdrik uzaqgörənlik və əzmkarlıq Milli Qurtuluşumuzun əsasını qoydu. Ulu öndər Heydər Əliyevin vəsiyyətlərini sədaqətlə həyata keçirən Prezident İlham Əliyev onun yarımçıq qoyduğu bütün işləri uğurla başa çatdırmışdır! Vətən müharibəsində və antiterror əməliyyatlarında otuzillik işğala qəhrəmanlıqla son qoymuş, ölkənin ərazi bütövlüyünü bərpa etmişdir. İndi isə Qarabağın və Şərqi Zəngəzurun bərpası və dirçəldilməsi prosesi sürətlə və uğurla davam etdirilir. Cavid Qurbanov həmçinin qeyd edib ki, Birinci vitse -prezident Mehriban xanım Əliyeva mədəniyyətimizin, incəsənətimizin, tarixi irsimizin böyük təbliğatçısı və hamisidir. Məhz onun təşəbbüsü ilə bizim milli sərvətimiz olan aşıq sənəti UNESCO dünya qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir”.

Xalq şairi Sabir Rüstəmxanlı, Millət vəkili Jalə Əliyeva, Professor Şahlar Əsgərov, Azərnəşirin baş redaktoru Əlövsət Ağalarov, professor İradə Köçərli, filologiya üzrə fəlsəfə elmləri doktoru İlham Məmmədli, Dədə Ələsgər İctimai Ocağı Birliyinin sədri Xətai Ələsgər, Şair Əyyub Cabbarov, Əməkdar müəllim şair Mirsəyyaf Zamanlı, tibb elmləri üzrə fəlsəfə doktoru Nağdəli Zamanov, folklor İnsititunun əməkdaşı Səbinə İsayeva, Əməkdar mədəniyyət işçisi Aşıq Ədalət Dəlidağlı qeyd etdilər ki, Dədə Şəmşir qələmə aldığı qoşma, gəraylı, təcnis, divani, bayatı, rübai, qəzəl və müxəmməslərlə Kəlbəcər ədəbi mühitini, eləcə də yazılı və şifahi poeziyamızın ən önəmli cəhətlərini ustalıqla mənimsəyən söz sənətkarı kimi öz məktəbini yaratmışdı. Onun 40-dan artıq şagirdi vardı. İlk dəfə musiqişünas Əminə Eldarova Aşıq Şəmşirin ifasında 75 aşıq havasını lentə köçürüb. İndi Azərbaycan Dövlət Radiosunun qızıl fondunda mühafizə olunan bəzi lent yazıları aşığın Əminə xanım tərəfindən 1958-ci ildə yazılan saz havalarıdır. Aşıq Şəmşirin “Şerlər” adlı ilk kitabı 1959-cu ildə “Akademiya” nəşriyyatı tərəfindən buraxılıb. Sonralar müəyyən fasilələrlə ustad sənətkarın “Qoşmalar”, “Seçilmiş əsərləri”, “Dağ havası”, “Şerlər”, “Öyüdlər” və s. kitabları işıq üzü görüb. Aşıq Şəmşirin klassik ifa tərzi, bənzərsiz səs tembri ona böyük şöhrət gətirdi. Aşıq şəmşir şair, bəstəkar, ifaçı idi. O, saz havasını sözə, sözü də havaya kökləyir, şeirin heç kimin görmədiyi, ruhu dilləndirən yeni mənalarını aşılayırdı. Aşıq Şəmşir həm də dərin istedada malik dastan söyləyən olmuşdur. Aşıq Şəmşir saz-söz sənətinə göstərdiyi xidmətlərə görə Azərbaycanın “Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülmüş, 1973-cü ildə Ulu Öndər Heydər Əliyevin imzaladığı qərara əsasən, Aşıq Şəmşirin 80 illik yubileyi geniş qeyd olunmuş və ustad aşıq "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir. 1980-ci ildə isə daha bir qərara əsasən, Kəlbəcərin Mədəniyyət evinə Aşıq Şəmşirin adı verilmişdir. Ulu Öndər Heydər Əliyevin 2003-cü ildə imzaladığı Sərəncama əsasən, şair Aşıq Şəmşirin 110 illik yubileyi dövlət səviyyəsində qeyd edilmiş, Göygöl rayonundakı 7 illik Uşaq Musiqi məktəbinə, küçələrdən birinə Aşıq Şəmşirin adı verilmiş, həmçinin büstü ucaldılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci il tarixli Sərəncamı ilə Aşıq Şəmşirin 125 illiyi geniş qeyd edilmişdir. Uzun illərdir Mədəniyyət Nazirliyi tərəfindən uğurla həyata keçirilən gənc aşıqların Aşıq Şəmşir adına respublika saz-söz müsabiqəsi və saz-söz festivalları sayəsində gənc istedadlar üzə çıxarılmışdır.Artıq Qarabağımız, Kəlbəcərimiz Dədə Şəmşirin uyuduğu Ağdaban kəndi azaddır! İnşallah yaxın gələcəkdə Dədə Şəmşirin yurdunda Dədə Şəmşir adına Saz-Söz bayramları keçiriləcəkdir!

Oxunub: 134
Paylaş:
Digər xəbərlər

Gündəm

9-01-2024, 19:15

06.01.2024-cü il tarixində Göygöl rayon Heydər Əliyev Mərkəzində Şəhid atası, tanınmış şair, puplisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar müəllim Mirsəyyaf Zamanlının “Dərdin adamı” adlı növbəti şeirlər kitabının təqdimatı keçirilib.

Cəmiyyət

30-12-2023, 19:44

Dədə Şəmşir ruhunun daşıyıcısı Qənbər Şəmşiroğlunu rəhmət və hörmətlə anırıq

Cəmiyyət / Mədəniyyət

2-12-2023, 22:51

Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Şəmşirin anadan olmasının 130 illiyi qeyd edilib.

Gündəm

27-04-2023, 10:37

Sumqayıtda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan konfrans keçirilib

Gündəm

4-12-2022, 11:00

Görkəmli ictimai xadim, şair, nasir, publisist Qənbər Şəmşiroğlunun anadan olmasının 89-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Şou Biznes
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Ülviyyə Namazovadan efir qadağası qoyulmasına REAKSİYA
"Mən efirlərə QADAĞA QOYMUŞAM"
Talıb Taledən efir qadağası iddiası ilə bağlı AÇIQLAMA -ÖZƏL/VİDEO
Mədəniyyət
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
18-12-2025, 19:26
Mədəniyyət Nazirliyi kimlərdən kitab alıb? - TAM SİYAHI
Hadisə
Dün, 11:35
Bakıda şagird məktəbdə özünə xəsarət yetirdi - VİDEO
23-04-2026, 10:28
Daha bir şagird məktəbdə BIÇAQLANDI
22-04-2026, 09:24
Xüsusi internat məktəbinin yataqxanasında yanğın - Video
Son xəbərlər
  • Dün, 15:51
    Kamran Əliyev İran səfirini qəbul etdi
  • Dün, 15:47
    Əli Əsədov səfirlə müzakirə apardı
  • Dün, 15:45
    Müəllimlərin işə qəbulu ilə bağlı ödənişin məbləği TƏSDİQLƏNDİ
  • Dün, 12:26
    Dünən həbs edilənlər arasında rəislər də var - Ümumi 8 vəzifəli şəxs...
  • Dün, 12:24
    Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək - 2750 manat
  • Dün, 11:35
    Bakıda şagird məktəbdə özünə xəsarət yetirdi - VİDEO
  • Dün, 11:33
    Milli Məclis yenidən toplaşır - Gündəlikdə vacib məsələr var
  • Dün, 11:32
    DİN əməliyyta keçirdi - Həbs edilənlər var
  • Dün, 11:29
    Parlament bu tarixdə MSK-nın yeni üzvlərini seçəcək
  • 23-04-2026, 20:11
    Qarabağ qazisi Xəzər TV qarşısında etiraz etdi, məsələ operativ həll olundu
  • 23-04-2026, 15:50
    Metro tam gücü ilə fəaliyyətə başladı - Rəsmi
  • 23-04-2026, 15:44
    Dövlət qurumunda korrupsiya əməliyyat: saxlanılanlar var
  • 23-04-2026, 14:36
    7-ci mikrorayonda illərlə həll olunmayan problem: Sakinlər çirkab içində yaşamağa məcburdur
  • 23-04-2026, 14:19
    Sabah bütün sosial ödənişlər yekunlaşacaq
  • 23-04-2026, 14:17
    Sabah 25 dərəcə isti olacaq
  • 23-04-2026, 11:32
    Laçın kanat yolunun inşası bu tarixdə başa çatacaq - VİDEO
  • 23-04-2026, 11:30
    "Yeni Klinika"nın rəhbərliyi bu şəxsə verildi
  • 23-04-2026, 11:12
    V qrupun keçid balları enəcək
  • 23-04-2026, 10:50
    Nazirlikdən yağış və sel XƏBƏRDARLIĞI
  • 23-04-2026, 10:38
    Nazir məktəb direktorları ilə görüşdü - FOTO
  • 23-04-2026, 10:28
    Daha bir şagird məktəbdə BIÇAQLANDI
  • 23-04-2026, 10:24
    Məktəblərdə kütləvi yoxlamalar BAŞLADI
  • 23-04-2026, 10:13
    "Smart kart tipli" qaz sayğacları dəyişdiriləcək
  • 23-04-2026, 09:47
    Jurnalistin meyiti tapıldı
  • 23-04-2026, 09:36
    Fəxrəddin Manafov Macarıstan Azərbaycan Evində qonaq olub
  • 23-04-2026, 09:29
    Mənzənnə: avro, rubl ucuzlaşdı, dollar, lirə isə....
  • 22-04-2026, 11:07
    İki güləşçimiz final görüşünə çıxır
  • 22-04-2026, 11:05
    Bazar günü 55 mindən çox şagird imtahan verəcək
  • 22-04-2026, 11:02
    Kapital Bank-ın ümumi aktivləri açıqlandı
  • 22-04-2026, 10:59
    Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətində araşdırma aparır
  • 22-04-2026, 10:51
    BŞTİ-də yeni təyinat - Foto
  • 22-04-2026, 10:31
    Vəkil olmaq istəyənlərin NƏZƏRİNƏ!
  • 22-04-2026, 10:14
    Latviya Prezidenti Fəxri xiyabana getdi
  • 22-04-2026, 09:39
    Latviya Prezidenti Azərbaycana rəsmi səfərə gəldi
  • 22-04-2026, 09:31
    Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ
Daha çox
20-04-2026, 18:58
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi, politoloq Ramilə Sultan (Eminli)
20-04-2026, 19:04
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Sumqayıt şəhərində keçirildi. 20.04.2026
22-04-2026, 01:41
70-C ilə işdən çıxarılan həkim yenidən necə fəaliyyətə qayıdıb? – Vuqar Səfərovla bağlı araşdırma
21-04-2026, 15:10
Həsrət bitdi: 332 nəfər Ağdama köçürüldü
21-04-2026, 12:57
Qobuda 16 saylı bağça ilə bağlı ciddi iddialar: qida təminatı sual altındadır
23-04-2026, 14:36
7-ci mikrorayonda illərlə həll olunmayan problem: Sakinlər çirkab içində yaşamağa məcburdur
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə