• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Təhlükəsizlik orqanlarının yaradılmasının 104 illiyi qeyd edildi

Gündəm

28-03-2023, 19:43

Təhlükəsizlik orqanlarının yaradılmasının 104 illiyi qeyd edildi

Təhlükəsizlik orqanlarının
Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 104 illiyi təntənəli şəkildə qeyd edilib.



Xebernur.com xəbər verir ki, bu barədə DTX-nin Mətbuat xidməti məlumat yayıb.



Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin 1997-ci il mart ayının 23-də imzaladığı müvafiq sərəncamla 28 mart tarixi Azərbaycan Respublikasının təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi təsis edilib.



Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 104-cü ildönümü və peşə bayramı ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin rəhbər əməkdaşları Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək önünə əklil qoymuş, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildirmişlər. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilərək məzarı üzərinə gül dəstələri düzülmüşdür.



Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) şəxsi heyəti Şəhidlər xiyabanını da ziyarət etmiş, qəhrəman Vətən övladlarının və Birinci Qarabağ müharibəsi zamanı şəhid olmuş təhlükəsizlik orqanları əməkdaşlarının məzarlarının üzərilərinə gül dəstələri düzülmüş, Xidmətin adından “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulmuşdur.



Tədbirin DTX-nin akt zalında keçirilmiş rəsmi hissəsində DTX-nin rəhbər şəxsləri və əməkdaşları, Azərbaycan təhlükəsizlik orqanlarının veteranları, DTX-nin Heydər Əliyev adına Akademiyasının kursantları iştirak etmişlər.



Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən və Dövlət Himni səsləndirildikdən sonra DTX-nin rəisi general-polkovnik Əli Nağıyev çıxış edərək şəxsi heyətə və veteranlara peşə bayramı münasibətilə təbriklərini çatdırmışdır. Xidmət rəisi bir əsrdən çox yaşı olan təhlükəsizlik orqanlarının təşəkkülündən geniş söhbət açmış, bu orqanların inkişafında və milli maraqlara xidmət edən təşkilat kimi formalaşmasında Ulu Öndərin əvəzsiz xidmətlərini qeyd etmişdir. Heydər Əliyevin sovetlər dönəmi kimi çətin bir vaxtda xüsusi xidmət orqanlarının milliləşdirilməsi prosesini cəsarətlə və uğurla apardığını, azərbaycanlı kadrları bu mühüm qurumda yüksək vəzifələrə irəli çəkdiyini vurğulamışdır.



General-polkovnik Əli Nağıyev bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi altında və birbaşa göstərişləri əsasında fəaliyyətini müasir çağırışların tələblərinə uyğun qaydada quran DTX-də bu gün də Ümummilli Lider Heydər Əliyevin təhlükəsizlik orqanlarında təməlini qoyduğu peşəkarlıq məktəbi layiqincə davam etdirilir, Azərbaycanda sabitlik və əmin-amanlıq etibarlı şəkildə qorunub saxlanılır.



DTX-nin maddi-texniki bazasının daha da möhkəmləndirilməsindən, əməkdaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasından və sosial müdafiəsinin gücləndirilməsindən də bəhs edən Xidmət rəisi bütün bunların dövlət başçısının dəstəyi nəticəsində mümkün olduğunu söyləmişdir.



Çıxışında dünyada gedən və ciddi təlatümlərlə müşayiət olunan geosiyasi proseslərə də toxunan general-polkovnik Əli Nağıyev Azərbaycana qonşu olan bəzi dövlətlərin hazırda respublikamızın təhlükəsizliyinə qarşı yönələn məkrli əməllərindən danışaraq qeyd etmişdir ki, həmin dövlətlərin xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin və təxribatlarının qarşısı qətiyyətlə alınır və ölkəmizdə hökm sürən təhlükəsizlik mühiti daima etibarlı şəkildə qorunur.



Xidmət rəisi Əli Nağıyev eyni zamanda xüsusi qeyd etmişdir ki, Müzəffər Ali Baş Komandanın yüksək sərkərdəlik məharəti, Azərbaycan Ordusunun rəşadəti sayəsində işğaldan azad olunmuş və hazırda genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığı ərazilərə “Böyük Qayıdış” proqramı əsasında vətəndaşlarımızın köçürülməsi prosesinin müvəffəqiyyətlə gerçəkləşdirilməsi üçün digər dövlət orqanları kimi DTX tərəfindən də bütün imkanlar səfərbər olunacaqdır.



Daha sonra tədbirdə çıxış edənlər Ulu Öndərin təhlükəsizlik orqanlarında 25 illik xidməti fəaliyyəti dövründə nümayiş etdirdiyi peşəkarlıq nümunələrindən, Heydər Əliyevin birbaşa rəhbərliyi altında uğurla keçirilmiş əməliyyatlar, eləcə də müasir dövrdə təhlükəsizlik orqanlarının qarşısında duran vəzifələr barədə fikirlərini bölüşmüşlər.



Çıxışlar bitdikdən sonra xidmətdə əldə etdikləri nailiyyətlərə görə fərqlənmiş əməkdaşlara mükafatların təqdim olunması mərasimi keçirilmişdir.



Tədbirdə şəxsi heyət adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə müraciət oxunmuş, ölkə başçısına göstərdiyi etimada, diqqət və qayğıya görə xüsusi minnətdarlıq ifadə olunmuş, DTX-nin əməkdaşlarının milli maraqların və təhlükəsizliyin keşiyində daim ayıq-sayıq duracaqları, bu müqəddəs missiyanın yerinə yetirilməsi üçün bundan sonra da var-qüvvə ilə çalışacaqları qətiyyətlə bildirilmişdir.



Sonda DTX-nin “Real” TV ilə birgə hazırladığı “La Vira - məxfi menyu” sənədli filmi nümayiş olunmuşdur.



Tədbirin bədii hissəsi DTX-nin Mədəniyyət Mərkəzində tanınmış mədəniyyət və incəsənət xadimlərinin ifasında konsert proqramı ilə davam etmişdir.

Oxunub: 331
Paylaş:
Digər xəbərlər

Gündəm

2-10-2022, 08:18

Bu gün Azərbaycanda prokurorluq işçilərinin peşə bayramıdır

Gündəm

1-10-2022, 17:19

Prokurorluq orqanlarının yaradılmasından 104 il ötür - VİDEO

Gündəm

22-11-2021, 17:57

Laçınlılar ədliyyə işçilərinin peşə bayramını qeyd etdilər

Gündəm

1-10-2021, 18:19

1 Oktyabr - Prokurorluq işçilərinin peşə bayramı qeyd edildi

Siyasət

10-05-2020, 14:09

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər - YENİLƏNİB

Şou Biznes
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Ülviyyə Namazovadan efir qadağası qoyulmasına REAKSİYA
Mədəniyyət
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
Hadisə
Dün, 09:15
60 yaşlı kişi keçmiş kürəkənini GÜLLƏLƏDİ
26-07-2026, 12:55
Şəkidə qəzada ölən 24 yaşlı Mahirin - Fotosu
26-07-2026, 12:52
Qəbələdə "Aquapark" yanır
Son xəbərlər
  • Bugün, 10:11
    Sabiq deputata vəzifə verildi
  • Bugün, 09:55
    Tələbələrin kirayə dərdi: Mənzillər bahalaşır!
  • Bugün, 09:32
    2025-ci ildə təxminən 500 milyon manatlıq 1360 satınalma ləğv edilib - Vüqar Gülməmmədov
  • Bugün, 09:31
    Qadın güləşçilərimiz dünya çempionatında mübarizəyə qoşulurlar
  • Bugün, 09:25
    Brent yenidən dəyər itirdi: 89 dollara düşdü
  • Bugün, 09:24
    Günəşi palçıqla örtmək olmaz Kürdlər tarixdə: kürdofoblara cavab
  • Bugün, 09:20
    Rəsmi məzənnələr açıqlandı: avro bahalaşdı, dollar isə...
  • Bugün, 09:18
    "Qarabağ" bu gün həlledici oyununa çıxır
  • Bugün, 09:15
    Ermənistan və Rusiya bir-birindən nə istəyir və Qazaxıstanın bununla nə əlaqəsi var?
  • Bugün, 09:08
    Peşə təhsili alanlara hərbi xidmətdən möhlət veriləcək? - Rəsmi
  • Bugün, 09:03
    Yaponiyada zəlzələ qurbanlarının 28 nəfər oldu
  • Bugün, 09:01
    Bakının əsas yollarında TIXAC var
  • Dün, 16:30
    “Qarabağ” Bolqarıstana yola düşdü
  • Dün, 16:27
    İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib
  • Dün, 15:00
    İşdən çıxarılan məmura yeni vəzifə verdi
  • Dün, 14:03
    Rayonlarda leysan olacaq, dolu düşəcək - Xəbərdarlıq
  • Dün, 14:01
    Tək oğullara hərbi xidmətdə hansı güzəştlər veriləcək? - AÇIQLAMA
  • Dün, 09:34
    Evi yararsız vəziyyətə düşən ailə üçün çadır quruldu - VİDEO
  • Dün, 09:31
    Anar Bayramov bu tibb mərkəzinə direktor təyin etdi
  • Dün, 09:28
    Daha bir bələdiyyə sədri saxlanıldı
  • Dün, 09:22
    Portuqaliyada azərbaycanlı gənc itkin düşdü
  • Dün, 09:21
    “Brent” nefti bahalaşdı
  • Dün, 09:15
    60 yaşlı kişi keçmiş kürəkənini GÜLLƏLƏDİ
  • Dün, 09:12
    Azərbaycanın Gürcüstandakı ilk səfiri vəfat etdi
  • Dün, 09:10
    Parlament jurnalistləri üçün qaydalar sərtləşdi: ciddi geyimdə gəlin!
  • Dün, 09:09
    Paytaxtın 4 əsas yolunda TIXAC var
  • Dün, 09:07
    Müəllimlərə imtiyazlar verin! - ÇAĞIRIŞ
  • Dün, 09:06
    Azərbaycanın lider universitetlərinin siyahısı
  • Dün, 09:04
    ABŞ-də Milli Kəşfiyyatın direktoru o oldu
  • Dün, 09:00
    Yaponiyada ölənlərin sayı 13-ə çatdı
  • Dün, 08:58
    Çempionlar Liqasında 2-ci təsnifat mərhələsi - NƏTİCƏLƏR
  • Dün, 08:57
    Bu gün hava necə olacaq?
  • 28-07-2026, 20:25
    Qarabağ qazisi Bəhruz Məmmədovla bağlı iddialar: “Qazilərə qarşı belə münasibət qəbuledilməzdir”
  • 28-07-2026, 16:20
    Müəllimlərin nəzərinə: sertifikatlaşdırmada səhv AŞKARLANIB
  • 28-07-2026, 14:47
    Azərbaycanın Tacikistana yeni səfiri təyin olundu
Daha çox
24-07-2026, 15:37
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Qaradağ rayonunda keçirildi. 24.07.2026
24-07-2026, 14:29
“Space TV”nin bank hesablarına həbs qoyuldu
24-07-2026, 16:16
İki prokuror vəzifədən azad edildi, 8-i cəzalandırıldı
24-07-2026, 16:22
Dövlət Proqramı üzrə təqaüdçülərin siyahısı müəyyən olundu
24-07-2026, 22:13
Bakıda güclü yanğın - POLİS YOLU BAĞLADI - YENİLƏNİB
24-07-2026, 11:00
Qarabağ və Şərqi Zəngəzurda şəffaf işləməyənləri ciddi cəza gözləyir
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə