• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Qarabağ zəfərinin müəllifi Müzəffər Ali Baş Komandan və Azərbaycan Ordusudur

Gündəm

8-08-2024, 15:15

Qarabağ zəfərinin müəllifi Müzəffər Ali Baş Komandan və Azərbaycan Ordusudur
44 günlük Vətən müharibəsi və 23 saatlıq antiterror tədbirləri Azərbaycanın üzləşdiyi 30 illik işğala
son qoymaqla yanaşı, ərazi bütövlüyünün, suverenliyin və konstitusiya quruluşunun tam təsbiti ilə
yekunlaşdı. 200 illik məkrli və qanlı tarixə malik erməni separatizmini də "dəmir yumruq" birdəfəlik məhv
etdi.
Bu hərbi zəfər bütünlüklə tariximizin ən əlahiddə şanlı nailiyyətidir. Eyni zamanda ən qüdrətli
dövrünü yaşayan Azərbaycanın yaratdığı yeni reallıqlar kontekstində regional liderliyini, qlobal nüfuzunu,
beynəlxalq miyqasda mühüm iqtisadi-siyasi aktor kimi artan rolunu şərtləndirən əsas göstəricidir.
Qarabağa Azərbaycan əsgəri girib
Qarabağ zəfəri tariximizdə zaman ayırıcısı xəttinə çevrilib. Necə ki, 4 il öncəyədək prosesləri
"müstəqillikdən əvvəl - müstəqillikdən sonra" dövrləri ilə təsnifatlaşdırırdıqsa, artıq tariximizə "zəfərdən
öncə - zəfərdən sonra" ayrımı ilə yanaşırıq.
Elə indidən tam əminliklə demək olar ki, əsrlər sonra varislərimiz də minillikləri ehtiva edən
tariximizi məhz 2020-ci ilin noyabr zaman ayrımı ilə təhlil edəcək.
Çünki hərbi zəfər tariximizdə yeni başlanğıc dövrüdür, yeni mərhələnin miladıdır.
Qarabağda əldə edilən hərbi qələbənin tarixi mahiyyəti onu müstəqilliyin qazanılmasının strateji
əhəmiyyəti ilə bir sıraya yüksəldib. Dövlətimizin və xalqımızın müqəddəratını təmin edən bu iki əsas amil
- müstəqillik və Zəfər biri-birini tamamlayır, möhkəmləndirir və Prezidentin elan etdiyi yeni tarixi dövrə
qədəm qoyarkən, Azərbaycanın yeni inkişaf hədəf-doktrinasının etibarlı bünövrəsini təşkil edir.
Bəs, bu qələbənin müəllifi kimdir, zəfəri şərtləndirən səbəb nədir?
Prezident İlham Əliyevin bu suala cavabını çıxışlarından iqtibasla verək:
"Qələbənin müəllifi şanlı ordumuzdur, igid əsgərimizdir, qəhrəman xalqımızdır"... "Biz bu qələbəni
həm peşəkarlıq, qəhrəmanlıq hesabına, eyni zamanda milli ruh hesabına qazanmışıq"...
Yəni Prezident qələbənin müəllifinin Ordu və xalq olduğunu bəyan edir. Lakin Azərbaycan
vətəndaşları yeganə olaraq məhz bu məsələdə öz Lideri ilə tam razılaşmır, onun qənaətini sonadək
bölüşmür. 1991-1993-cü illərin sarsıdıcı məğlubiyyətlərinə, torpaqlarımızın rüsvayçı şəkildə tərk
edilməsinə bir daha nəzər salarkən və ayrı-ayrı ölkələrin tarixini səthi də olsa vərəqləyərkən, tam aydın olur
ki, əsas məsələ, müstəqil dövlətə və orduya sahib olmaq deyil. Əsas məsələ bu dövləti və ordunu vahid,
qüdrətli gücə çevirən, onların resurslarını düzgün yönləndirib ölkəni və xalqı təhlükələrdən qoruyan liderə
sahib olmaqdır.
Prezidentimiz təvazökarlıq etsə də (bu mövzuya yenidən toxunacağıq!), xalqımız - kiçiyindən
böyüyünədək hər kəs bilir və əsrlər sonra da hər kəs biləcək ki, məhz İlham Əliyevin Sərkərdəlik - Müzəffər
Komandanlıq missiyası məğlub ordunu qəhrəman Silahlı Qüvvələrə, zəif və təslim respublikanı qüdrətli
dövlətə çevirdi.
Vətəndaşlarımız qələbəni şərtləndirən əsas, daha doğrusu, yeganə amili Heydər Əliyev kursunun -
İlham Əliyev fəaliyyətinin məntiqi nəticəsində görür.
Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu müstəqil dövlət quruculuğu prosesinin Prezident İlham
Əliyev tərəfindən məharətlə davam etdirilməsi, dövlət rəhbərimizin qüdrətli liderliyi, yüksək siyasi və
diplomatik məharəti, mükəmməl idarəçiliyi və digər bənzərsiz xüsusiyyətləri güclü dövlət konsepsiyasının
uğurla reallaşmasını təmin etdi. Azərbaycanın effektiv daxili və xarici siyasəti, sosial, iqtisadi, hüquqi,
mədəni və digər sahələrdə, həmçinin demokratik dövlət və sivil vətəndaş cəmiyyəti quruculuğunda əldə
etdiyi nailiyyətlər də bu prosesə mühüm töhfə oldu. Bu komponentlər Azərbaycanı regionun lider ölkəsinə
çevirməklə yanaşı, ona beynəlxalq miqyasda böyük nüfuz qazandırdı.
Bu nailiyyətlər silsiləsində ordu quruculuğu və milli müdafiə sənayesində əldə edilən tarixi uğurlar,
yüksək inkişaf göstəriciləri, eyni zamanda Silahlı Qüvvələrimizin və hərbi arsenalımızın davamlı olaraq
modernləşməsi, ən müasir yenilikləri mənimsəməsi xüsusi əhəmiyyət kəsb edirdi. Əslində, bu sahə
Prezident İlham Əliyevin milli inkişaf prioritetləri sırasında ilk yerdə dayanırdı, - desək yanılmarıq. Nəticə
etibarilə Azərbaycan Respublikası öz vətəndaşlarının möhkəm birliyinə əsaslanaraq, güclü siyasi, iqtisadi,
hərbi potensialı ilə qarşısında duran taleyüklü tarixi vəzifələri müstəqil şəkildə, təkbaşına icra etmək imkanı
əldə etdi.
…Və İlham Əliyevin Müzəffər Komandanlığı ilə Azərbaycan əsgəri 2020-ci ilin 27 sentyabrından
noyabrın 9-dək Zəfər yürüşü ilə torpaqlarımızı 30 illik işğaldan azad etdi. 2023-cü ilin sentyabrında həyata
keçirilmiş birgünlük antiterror əməliyyatı isə daxilimizdəki separatizmə birdəfəlik son qoymaqla
suverenliyimizin və ərazi bütövlüyümüzün bərpasını təmin etdi.
…Ağdama, Füzuliyə, Laçına, Cəbrayıla, Zəngilana, Qubadlıya, Kəlbəcərə, Şuşaya, Hadruta,
Xocalıya, Ağdərəyə, Əsgərana, Xankəndiyə YALNIZ VƏ YALNIZ İLHAM ƏLİYEVİN MÜZƏFFƏR
KOMANDANLIĞI İLƏ AZƏRBAYCAN ƏSGƏRİ GİRDİ!
Necə deyərlər, Nida!
Stəkanda "yaradılan fırtına"
"Nida"ya çevrilən bu ali həqiqətə xələl gətirmək üçün zəfərdən dərhal sonra dünya erməniliyi yeni
məkrli kampaniyaya başladı. Dünyanın dörd bir tərəfindən lobbilərinin dəstəyi azmış kimi, hələ güclü
fövqəldövlətlərin də maliyyə, hərbi, siyasi yardımını arxalarına alıb Azərbaycan torpaqlarını işğal edən,
sonrakı 30 ildə yenə də bu bədnam xarici köməklə Qarabağı cəhənnəmə çevirənlər Azərbaycanın ədalətli
savaşına kölgə salmağa çalışdılar. Gah hansısa xarici qoşunlardan, gah xarici muzdlu döyüşçülərdən
danışdılar…
Prezident İlham Əliyevə bu barədə xarici media mənsubları tərəfindən dəfələrlə suallar verilib. Onun
cavabı hər zaman konkretdir: "İddialarını əsaslandırmaq üçün heç olmasa bir fakt göstərsinlər".
Yəni bu qədər sadə: fakt göstər və isbat et. Faktın yoxdursa, demək, dediklərin yalandır, böhtandır,
qərəzdir.
Fakt isə, həqiqətən də, yoxdur. Hətta süni zəka texnologiyaları ilə də bir yalan uydura bilmirlər…
Təəssüf ki, bu yalan kampaniyasına bəzən dost ölkələrdən də qatılanlar olur. Məsələn, 2001-2004-
cü illərdə qardaş Türkiyənin Azərbaycanda səfiri olmuş Ünal Çeviközün hələ müharibənin gedişində
verdiyi bəyanat hər birimizdə məyusluq doğurmuşdu. "Türkiyənin Azərbaycana silah yardımı etməsi,
muzdlu döyüşçülər göndərməsi və Qarabağın Azərbaycanın öz gücünə azad olunmadığı" barədə həm ağ,
həm də zil qara yalanı utanmadan söyləyən bu şəxsdən, əslində, başqa nəisə gözləmək də olmazdı. 2009-
cu ildə böyük səylə aparılan və Türkiyənin diplomatiya tarixinin ən qaranlıq, ləkəli səhifəsi olan
Ermənistanla normallaşma prosesinin əsas icraçılarından olan bu adam sonradan müxalif CHP-yə keçəndə
də mövqeyini dəyişmədi.
Hazırda isə Türkiyənin bəzi ictimaiyyət dairələrində, media quruluşlarında Azərbaycanın
torpaqlarının işğaldan azad edilməsində digər ölkələrin iştirakı barədə iddialar irəli sürülür.
Və yenə də təəssüf ki, türk mediası cəmiyyəti narahat edən mövzuları unudaraq, yeni süni gündəm
yaradıb. İsrail dövlətinə hərbi müdaxilə ediləcəyi və "Qarabağa vaxtilə girdikləri kimi Yerusəlimə də
girəcəkləri" iddia edilən məlum bəyanatın şərhi qərəzli istiqamətdə aparılır, həqiqət təhrif olunur, aşkar
ermənipərəst mövqe bildirilir.
Ermənilərin yalanını başa düşdük, lap elə Ünal Çeviközün böhtanını da anladıq - onların niyyəti,
məqsədi məlumdur. Ancaq bu böhtanı söyləyənlər arasında dost besab etdiyimiz insanların da olması
həqiqətən də üzücüdür.
Hər iki ölkənin ziyalıları, siyasətçiləri, media təmsilçiləri, ictimai fəalları xalqlarımızın daha da
yaxınlaşmasına, onlar arasında ən kiçik bir anlaşılmazlığı da dərhal aradan qaldırmağa çalışmalıdır. Bu,
mənəvi borca, vətəndaş öhdəliyinə çevrilməlidir. Bu istiqamətdə Azərbaycanda və vətəndaşlarımız
arasında hansısa bir zidd fəaliyyətə rast gəlinməyib.
Qardaş ölkədə isə bəzən bunun əksini görürük. Uzun illərin sınağından çıxan etibarlı əməkdaşlığa,
qardaşlığa xələl gətirən hərəkətlərin müəllifləri təəssüf ki, əslində, bunu təmin etməli insanlar olur.
Heç bir əsası olmayan, yalan üzərində qurulan və "stəkanda fırtına yaratmağa" çalışılan bu
"təşəbbüslər" dar gündə biri-birinə arxa-dayaq olan xalqların maraqlarına ən böyük zərərdir.
Azərbaycanla Türkiyənun gücü onların vəhdətində, vahid mövqedən çıxış etmələrində, eyni siyasi
düşüncə və fəaliyyətə malik olmalarındadır. Buna kölgə salmağa çalışanlar nəticə etibarilə, öz dövlətlərinin
də gücünə, mövqeyinə zərbə vururlar.
Qardaşlıq səmimi və qarşılıqlı olmalıdır
İki dövlətin münasibətlərinə kölgə düşməsin deyə, dəfələrlə gözardı etdiyimiz, görməzdən
gəldiyimiz məqamlar olub. Amma bu məsələnin üstündən indi keçmək düzgün olmaz. "Türkiyə
Azərbaycana Vətən müharibəsində nə kimi yardım edib?" sualına (əslində, bu ritorik sualdır!) bir daha
cavab axtaraq.
Azərbaycan-Türkiyə münasibətləri, əlbəttə ki, dünyada az rastlanan əməkdaşlıq formatıdır və vahid
kökə malik azərbaycanlılarla türklərin sınaqdan çıxmış qardaşlığına əsaslanır. Xalqımız Çanaqqalada
minlərlə şəhid verdi, hətta ucqar kəndlərdən insanlarımız son tikələrini belə yardıma göndərdi. Sovet
Azərbaycanının qurulduğu ilk günlərdə N.Nərimanovun dəstəyilə Türkiyəyə pul, qızıl və yanacaq
yardımını göndərən yalnız biz olduq. Son illərdə yanğında, zəlzələdə də dövlət və xalq olaraq daim
Türkiyənin yanında olduq, hər cür kömək göstərdik. Əlbəttə ki, 106 il öncə Bakının azad olunmasında türk
əsgərlərinin iştirakını da unutmuruq.
İlham Əliyevin tapşırığı ilə Qəhrəmanmaraş bölgəsində zəlzələdən zərər çəkənlərə ilkin
qiymətləndirilməsi 100 milyon dollardan artıq olan min evlik şəhərin salınması Prezidentdən sıravi
vətəndaşa qədər hər bir azərbaycanlının Türkiyə sevgisinin simvoludur.
Yalnız bunlarmı?
Heydər Əliyevin "Bir millət - iki dövlət" konsepsiyasını Prezident İlham Əliyev beynəlxalq
miqyasda da genişləndirib, əməkdaşlığı "Bir Dövlət" zirvəsinə daşıyıb.
Praqada Türkiyəni təkləyəndə "Bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən
buradayam" - deyərək hayqıran və türk düşmənlərini rüsvay edən Azərbaycan Lideri daim Türkiyə
dövlətinin ən böyük təəssübkeşi, mühafizi, dəstəkçisi kimi qəbul olunub.
Yeni siyasi dövrdə türk dövlətləri birliyinin yaradıcısı kimi tanınan, Naxçıvanda bu qurumun təsisinə
nail olan İlham Əliyev Mərkəzi Asiyanın türk ölkələri ilə Türkiyəni yaxınlaşdıran, onların fəaliyyət
birliyinə nail olan liderdir.
Az qala müharibə vəziyyətində olan Rusiya ilə Türkiyə münasibətlərini normallaşdırmaq üçün İlham
Əliyevin aylar sürən zəhmətini, əməyini, qeyri-adi diplomatik bacarığını unutmaq olarmı?
Yaxud Qarabağ və Şərqi Zəngəzurun quruculuğunda böyük transmilli türk holdinqləri ilə yanaşı,
onlarla digər türk şirkətləri, minlərlə türk mühəndis, usta çalışır. Azərbaycan dövləti qardaş ölkənin özəl
sektoruna bu prosesdə iştiraka, yəni mənfəət əldə etməyə, Türkiyə büdcəsinə külli miqdarda vəsaitin daxil
olmasına geniş şərait yaradır.
Türk şirkətləri üçün belə münbit şərait başqa hansı ölkədə var? Qardaşıqsa, əslində, məhz elə bizdə
olmalıdır.
Ancaq qardaşlıq da bir qapıya oynanılan futbol yarışına çevrilməməlidir, qarşılıqlı öhdəliklər,
mənəvi vəzifələr unudulmamalıdır.
Bəli, Vətən müharibəsinin gedişində Türkiyənin Azərbaycana mühüm siyasi, mənəvi dəstəyi olub.
Prezident İlham Əliyevin diplomatik fəaliyyəti sayəsində dostlarımızın sayı son onillikdə çox artıb və savaş
müddətində Avropadan Asiyaya, ərəb ölkələrindən türk dövlətlərinədək genişmiqyaslı dəstəkçi, dost
ölkələr haqq mücadiləmizi dəstəkləyib. Bu dövlətlərin ön sırasında isə Türkiyə ilə Pakistan dayanıb.
Xalqımız bu dövlətlərin bayrağını və liderlərinin şəkillərini həmin günlərdə və sonra da ən hündür
yerlərdə asdılar. Bu gün də şəhidlərimizin məzarı üstündə Türkiyə bayrağı dalğalanır. Hətta inzibati və
rəsmi normalara uyğun olmasa da, dövlət və qeyri-hökumət binalarının önündə, kabinetlərdə də Türkiyə
bayrağına mütəmadi rast gəlinir.
Prezident İlham Əliyev bu siyasi, mənəvi dəstəyə minnətdarlığını hər fürsətdə ifadə edir: "44 gün
ərzində bizə ən böyük dəstək verən qardaş Türkiyəyə öz dərin təşəkkürümü bildirmək istəyirəm. Qardaş
Türkiyə və qardaş türk xalqı müharibənin ilk saatlarından Azərbaycanla həmrəy oldular, Azərbaycana öz
dəstəyini göstərdilər. Türkiyə rəhbərliyi və əziz qardaşım Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən
verilən açıqlamalar bizə çox böyük siyasi dəstək oldu, bizə əlavə güc verdi və biz bunu heç vaxt
unutmayacağıq. 44 günlük Vətən müharibəsi bütün dünyaya Türkiyə-Azərbaycan birliyini bir daha
göstərdi".
Yaxud Prezidentin Pakistanla bağlı fikirlərinə nəzər salaq: "İşğal dövründə Pakistan hər zaman
yanımızda olan bir sıra ölkələrdən biri olmuşdur. İkinci Qarabağ müharibəsi - Vətən müharibəsi zamanı
siyasi dəstək və Azərbaycanın haqlı mövqeyini dəstəkləyən Pakistanın yüksəkrütbəli rəsmilərinin birmənalı
bəyanatları bizə əlavə güc-qüvvət verdi. Pakistan məhz işğala görə Ermənistanla diplomatik münasibətləri
qurmayan ölkədir. 2020-ci ilin noyabrında Qələbəmizi qeyd etdiyimiz zaman xalqımızın əllərində
Azərbaycan, Pakistan və Türkiyənin bayraqları var idi. Bu, bizim münasibətlərimizi unikal edir".
Hər bir sursatın dəyərini son qəpiyinədək ödəmişik!
Məqalənin girişində Prezident təvazökarlığından danışdıq. İlham Əliyev dövlət başçısı kimi
fəaliyyətə başlayan gündən, daha dəqiq desək, dəqiqədən etibarən Xankəndidə keçirəcəyi hərbi parada
gedilən yolun təməlini qoydu. Və nəticədə yalnız Azərbaycanın deyil, Türk, İslam dünyasının son əsrdə ən
böyük hərbi zəfərini qazandı.
Ancaq təvazökarlığından öz Müzəffər Komandanlığını ötən 4 il ərzində bir dəfə də xatırlatmadı.
Görüşlərdə bu barədə vətəndaşlar danışanda nəzakətlə sözlərini kəsdi, qələbənin müəllifinin yalnız
ordumuz və xalqımız olduğunu dönə-dönə dedi.
Qələbənin sahibi çox olar, məğlubiyyət isə yetim qalar - bu deyim Azərbaycanın Vətən savaşındakı
qələbəsinə də təəssüf ki, şamil oluna bilər.
Xalqımızın, ordumuzun, Komandanımızın halal qələbəsinə sahiblənmək, onu öz adına çıxarmaq
cəhdlərini bütün Azərbaycan görür və məyusluqla, dərin təəssüflə izləyir.
Erməninin rəzil yalanını qardaşlarımızdan da eşitdikdə qəlbimiz sınır, inciyirik, gözləmədiyimiz
yerdən duyduğumuz bu sözləri ağır mənəvi zərbə kimi qarşılayırıq.
Azərbaycanın zəfərinin nəticələri, məhz nəticələri bütün türk dünyasına məxsusdur, amma müəllifi
onlar, o cümlədən Türkiyə deyil axı...
Qardaş Türkiyədə verilən məlum bəyanatlar, açıqlamalar 44 günlük müharibənin gerçəkliklərini açıq
şəkildə təhrif edir. Ən əsası isə, erməni dəyirmanına su tökür!
Atalarımız deyib ki, sağ əlin verdiyini sol əl bilməz, qardaş qardaşa elədiyi ilə öyünməz. Hətta
hipotetik şəkildə fərz edək ki, Türkiyə Vətən savaşında siyasi-mənəvi dəstəkdən başqa, əlavə də hər hansı
bir dəstək göstərib. Bunu açıq bəyan edib, Ermənistanın və dünya erməniliyinin, o cümlədən ABŞ, Fransa
və digər məlum dövlətlərin və qüvvələrin manipulyasiyalarına niyə əsas verilməlidir?
Türkiyənin və ya hər hansı başqa ölkənin Azərbaycan torpaqlarının işğaldan azad olunmasında
iştirakını, siyasi və mənəvi dəstəkdən başqa digər yardımlar, xüsusilə hərb meydanında köməklik
göstərdiyini iddia etmək kökündən yanlışdır. Bilərəkdən, yaxud bilməyərəkdən ortaq düşmənimiz olan
dünya erməniliyinə dil verməkdir!
Türkiyə ordusunun və ya hansısa muzdluların Vətən müharibəsində "iştirakı" barədə ağızdolusu
danışanlar və yazanlar bir fakt da göstərə bilmir. Yaxud mahiyyətinə görə heç də 44 günlük müharibədən
geri qalmayan antiterror əməliyyatlarında hər hansı ölkənin iştirakı heç müzakirə mövzusu olmamalıdır.
Türkiyədən səslənən üzücü bəyanatlarda Azərbaycana guya göstərilən təmənnasız hərbi sursat
yardımından da danışılır. Savaşdan 15 il öncədən etibarən Prezident İlham Əliyev tərəfindən həm milli
müdafiə sənayesinin təkmilləşdirilməsi və yeniləndirilməsi, həm də hərbi arsenalımızın dünyanın ən son
texnoloji innovasiyalarını əks etdirən hər cür silah-sursat və texnika ilə təmini üçün sistemli, ardıcıl
fəaliyyət yürüdüldü. Bir neçə ölkə ilə, o cümlədən Türkiyəylə hərbi-texniki əməkdaşlıq həyata keçirildi.
Müharibə dövründə bu əməkdaşlığın müxtəlif nümunələrindən istifadə olundu. Güclü aviasya hücum və
müdafiə sistemimizdə Türkiyənin "Bayraqdar"ı da iştirak edirdi. Ancaq bu sistem yalnız "Bayraqdar"lardan
ibarət deyildi.
Digər tərəfdən, İlham Əliyevin "Bu qələbəni qazanan texniki vasitələr yox, əsgər və zabitlərimizdir.
Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər" -
fikrindən sonra bu barədə danışmaq, ümumiyyətlə, əbəsdir…
Yeri gəlmişkən, "hərbi arsenala yardım" kimi sırınan informasya da yanlışdır. Onların hamısı hərbi
əməkdaşlığın ticarət bölümünə aid məsələlərdir.
Yəni aldığımız hər güllənin, sursatın, texnikanın dəyərini son qəpiyinədək ödəmişik, cənablar!..
Türkiyə mediası nə deyir?
Sevindirici haldır ki, Türkiyə mediasında bu süni yolla yaradılan ajiotaja sağlam mövqe, əsl qardaşlıq
təəssübkeşliyi ilə yanaşanlar az deyil.
Türkiyənin ən çoxtirajlı, nüfuzlu "Sözçü" qəzetində Emin Çolaşan "Beləsini heç görməmişdik" adlı
köşə yazısında qeyd edir: "Ola bilər ki, biz Azərbaycana silah, texnika və sair göndərmişik, bəs bunun
Qarabağa girməklə nə əlaqəsi var?"
"Yeni Çağ" qəzetinin "İsrail Türkiyəyə çoxdan girib" sərlövhəli məqaləsində yazılır: "Əvvəla, rəsmi
açıqlamalara görə, Türkiyə Qarabağa girməyib, Ermənistanla müharibədə Azərbaycana İHA dəstəyi verib.
Halbuki İsrail də öz Heronlarını Azərbaycana verib. Bu halda Türkiyə və İsrail Qarabağda müttəfiq idi".
"Sabah" qəzetində "Gözlənilən" başlıqlı məqalədə qeyd olunur: "Türkiyə beynəlxalq hüququ
tanımayan Ermənistanın Qarabağdakı işğalına son qoymaq üçün Azərbaycana dəstək verib. Liviyada da
beynəlxalq hüquq çərçivəsində legitim dövlətin dəstəklənməsinə dəstək verilib".
"Star" qəzetində yazılır: "Qarabağ və Liviyaya girdiyimiz kimi İsrailə də açıq şəkildə girəcəyik"
açıqlamasına gəlincə, bəzi insanlar bundan olduqca narahat oldu. İsrailin mövqeyi lakmus kağızı kimi hər
kəsi və hər niyyəti ortaya qoyur. Azərbaycan Prezidenti İlham Əliyev həmişə deyir: "Türkiyə olmayan
yerdə Azərbaycan var, Azərbaycan olmayan yerdə Türkiyə var". Beləliklə, "Biz birik" deyir!"
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəsmisi də bu barədə informasiyaları təkzib edib:
"Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası ilə bağlı döyüş əməliyyatlarında hər hansı ölkənin
hərbçilərinin iştirakı ilə bağlı bəyanatların heç bir əsası yoxdur".
Səmimiyyət və dürüstlük sınağı
Azərbaycan 44 günlük müharibədə 3 mindən artıq, birgünlük antiterror tədbirlərində isə 200-dən çox
şəhid verdi. Amma hər hansı digər ölkənin nümayəndəsinin bu prosesdə həlak olması, yaralanması barədə
bir məlumat belə yoxdur.
Ölkəmizdə hazırda 93125 nəfər müharibə veteranı var. Onlardan 4685 nəfəri vətən müharibəsi
əlilidir. Şəhidlərimizlə bərabər döyüşlərdə iştirak edən hərbçilərimizin sayı 97 minə yaxındır.
Qarabağa girən, Qarabağı azad edən bu 97 min Azərbaycan vətəndaşı, igidi, qəhrəmanıdır!
30 illik işğala son qoyan xalqın öz liderinə, ordusuna və elə özünə olan inamıdır!
Şuşada, Xankəndidə Zəfər bayrağını dalğalandıran Müzəffər Komandan İlham Əliyevin qüdrətli
liderliyi, məharətli sərkərdəliyi, yüksək diplomatiyasıdır!
Qarabağa azadlıq bəxş edən Komandan-Ordu-xalq vəhdətinin təcəssümü olan "dəmir yumruq"dur!
Azərbaycan dövləti və Prezidenti heç bir zaman bu mövzunu istismar etmir. Qarabağın azadlığı
məsələsi İlham Əliyev üçün indi daha böyük inkişafın, daha strateji hədəflərin reallaşması üçün etibarlı,
möhkəm təməldir, sabaha aydın baxış vizyonudur.
Elə II Şuşa Qlobal Forumunda dövlət başçısının dediyi kimi: "Sözsüz ki, biz heç bir zaman nə işğalı,
nə fəsadları, nə verdiyimiz qurbanları, nə böyük Qələbəmizi unutmayacağıq. Biz və bizim gələcək
nəsillərimiz bu Qələbə ilə fəxr edəcək. Lakin biz buna fokuslanmamalıyıq, biz bu mövzunu daimi istismar
etməməliyik və onu daimi bir rəmzə çevirməməliyik, biz irəli getməliyik".
Prezidentin "irəli getməliyik" - tezisi əlbəttə ki, Azərbaycanla yanaşı onun "bir ailəyik" - deyə
səciyyələndirdiyi türk dünyasını da ehtiva edir. İlham Əliyevin xarici siyasətində prioritet türk dünyasıdır,
öncəlik isə Türkiyədir.
Bu baxımdan, Azərbaycan Liderinin timsalında dövlətimizin və xalqımızın bu səmimi təəssübkeşliyi
adekvat olmalı, şəxsi maraqları deyil, qarşılıqlı mənafeləri ifadə etməlidir.
İlham Əliyevin beynəlxalq miqyasda birmənalı etiraf olunan qlobal liderliyinin gücü onun qətiyyəti
ilə yanaşı, həm də səmimiyyətindən qaynaqlanır. Sözü ilə imzası bir olan Liderin dostluqda da, gərgin
münasibətdə də bir siması, bir sözü, bir mövqeyi var!
Dünən dediyini bu gün danmır, dünən tənqid etdiyini bu gün tərifləmir, dünən haqq saydığını bu gün
təkzib etmir!
Biz buyuq, dövlətmiz də, xalqımız da, liderimiz də budur!..
Türkiyə-Azərbaycan qardaşlığı və dostluğu hər iki xalqın sərvətidir. Həm də bu birlik modeli
regional təhlükəsizlik faktorudur. Şuşa Bəyannaməsinin ardınca Qarabağ Bəyannaməsinin imzalanması
Prezident İlham Əliyevin inaqurasiya mərasimində elan etdiyi türk dövlətlərinin həmrəyliyi ilə bağlı
hədəflərinin uğurla reallaşdığını göstərir.
Qazaxıstan, Özbəkistan, Qırğızıstan prezidentlərinin, Türkiyə vitse-prezidentinin, Macarıstan baş
nazirinin, Şimali Kipr Türk Cümhuriyyəti Prezidentinin iştirakı ilə baş tutan Şuşa sammitinin nəticələri
İlham Əliyevin türk dünyasını qlobal geosiyasi, geoiqtisadi aktora çevirmək təşəbbüslərinin tezliklə
gerçəyə çevriləcəyinə əminlik yaradır.
İlham Əliyevin Müzəffər Komandanlığı ilə erməni separatizminə son qoyulması ümumilikdə bütün
türk dünyasını hədəfə götürən dünya erməniliyinin iflası oldu. Yəni qələbə qazanan yalnız Azərbaycan
deyil, həm də dost, qardaş, müttəfiq türk dövlətləridir!
Ən başlıca isə Türkiyədir!
Xankəndidə, Şuşada dalğalanan Zəfər bayrağı bütün türk dünyasının qürur mənbəyi olmalıdır və
hesab edirik ki, məhz belədir.
Zəfər də hamımızındır, Qarabağ da hamımızın!
Sadəcə, səmimi və dürüst olaq...
Əli Məlikov 121 saylı Lçın Seçki Dairəsindən Millət Vəkilliyinə Namizəd

Oxunub: 193
Paylaş:
Digər xəbərlər

Gündəm

1-01-2024, 03:52

“2023 Zəfər salnaməmizə yazılacaq daha bir il kimi tarixə düşdü” – Aqil Məmmədov

Siyasət

8-12-2023, 16:02

Böyük Qələbənin təntənəsi - ZƏFƏR PARADI

Gündəm

10-12-2022, 08:38

“Şanlı Zəfər tariximiz.”

Gündəm

12-10-2022, 16:16

İlham Əliyev – Müzəffər Ali Baş Komandan!

Gündəm

19-07-2022, 10:27

“Altı ay ərzində hərbi sahədə də islahatlar aparılıb.”

Şou Biznes
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Ülviyyə Namazovadan efir qadağası qoyulmasına REAKSİYA
"Mən efirlərə QADAĞA QOYMUŞAM"
Talıb Taledən efir qadağası iddiası ilə bağlı AÇIQLAMA -ÖZƏL/VİDEO
Mədəniyyət
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
18-12-2025, 19:26
Mədəniyyət Nazirliyi kimlərdən kitab alıb? - TAM SİYAHI
Hadisə
Dün, 11:35
Bakıda şagird məktəbdə özünə xəsarət yetirdi - VİDEO
23-04-2026, 10:28
Daha bir şagird məktəbdə BIÇAQLANDI
22-04-2026, 09:24
Xüsusi internat məktəbinin yataqxanasında yanğın - Video
Son xəbərlər
  • Dün, 15:51
    Kamran Əliyev İran səfirini qəbul etdi
  • Dün, 15:47
    Əli Əsədov səfirlə müzakirə apardı
  • Dün, 15:45
    Müəllimlərin işə qəbulu ilə bağlı ödənişin məbləği TƏSDİQLƏNDİ
  • Dün, 12:26
    Dünən həbs edilənlər arasında rəislər də var - Ümumi 8 vəzifəli şəxs...
  • Dün, 12:24
    Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək - 2750 manat
  • Dün, 11:35
    Bakıda şagird məktəbdə özünə xəsarət yetirdi - VİDEO
  • Dün, 11:33
    Milli Məclis yenidən toplaşır - Gündəlikdə vacib məsələr var
  • Dün, 11:32
    DİN əməliyyta keçirdi - Həbs edilənlər var
  • Dün, 11:29
    Parlament bu tarixdə MSK-nın yeni üzvlərini seçəcək
  • 23-04-2026, 20:11
    Qarabağ qazisi Xəzər TV qarşısında etiraz etdi, məsələ operativ həll olundu
  • 23-04-2026, 15:50
    Metro tam gücü ilə fəaliyyətə başladı - Rəsmi
  • 23-04-2026, 15:44
    Dövlət qurumunda korrupsiya əməliyyat: saxlanılanlar var
  • 23-04-2026, 14:36
    7-ci mikrorayonda illərlə həll olunmayan problem: Sakinlər çirkab içində yaşamağa məcburdur
  • 23-04-2026, 14:19
    Sabah bütün sosial ödənişlər yekunlaşacaq
  • 23-04-2026, 14:17
    Sabah 25 dərəcə isti olacaq
  • 23-04-2026, 11:32
    Laçın kanat yolunun inşası bu tarixdə başa çatacaq - VİDEO
  • 23-04-2026, 11:30
    "Yeni Klinika"nın rəhbərliyi bu şəxsə verildi
  • 23-04-2026, 11:12
    V qrupun keçid balları enəcək
  • 23-04-2026, 10:50
    Nazirlikdən yağış və sel XƏBƏRDARLIĞI
  • 23-04-2026, 10:38
    Nazir məktəb direktorları ilə görüşdü - FOTO
  • 23-04-2026, 10:28
    Daha bir şagird məktəbdə BIÇAQLANDI
  • 23-04-2026, 10:24
    Məktəblərdə kütləvi yoxlamalar BAŞLADI
  • 23-04-2026, 10:13
    "Smart kart tipli" qaz sayğacları dəyişdiriləcək
  • 23-04-2026, 09:47
    Jurnalistin meyiti tapıldı
  • 23-04-2026, 09:36
    Fəxrəddin Manafov Macarıstan Azərbaycan Evində qonaq olub
  • 23-04-2026, 09:29
    Mənzənnə: avro, rubl ucuzlaşdı, dollar, lirə isə....
  • 22-04-2026, 11:07
    İki güləşçimiz final görüşünə çıxır
  • 22-04-2026, 11:05
    Bazar günü 55 mindən çox şagird imtahan verəcək
  • 22-04-2026, 11:02
    Kapital Bank-ın ümumi aktivləri açıqlandı
  • 22-04-2026, 10:59
    Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətində araşdırma aparır
  • 22-04-2026, 10:51
    BŞTİ-də yeni təyinat - Foto
  • 22-04-2026, 10:31
    Vəkil olmaq istəyənlərin NƏZƏRİNƏ!
  • 22-04-2026, 10:14
    Latviya Prezidenti Fəxri xiyabana getdi
  • 22-04-2026, 09:39
    Latviya Prezidenti Azərbaycana rəsmi səfərə gəldi
  • 22-04-2026, 09:31
    Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ
Daha çox
20-04-2026, 18:58
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi, politoloq Ramilə Sultan (Eminli)
20-04-2026, 19:04
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Sumqayıt şəhərində keçirildi. 20.04.2026
22-04-2026, 01:41
70-C ilə işdən çıxarılan həkim yenidən necə fəaliyyətə qayıdıb? – Vuqar Səfərovla bağlı araşdırma
21-04-2026, 12:57
Qobuda 16 saylı bağça ilə bağlı ciddi iddialar: qida təminatı sual altındadır
21-04-2026, 15:10
Həsrət bitdi: 332 nəfər Ağdama köçürüldü
23-04-2026, 14:36
7-ci mikrorayonda illərlə həll olunmayan problem: Sakinlər çirkab içində yaşamağa məcburdur
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə