• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Naxçıvanın xilası və dirçəlişi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır – Aqil Məmmədov

Gündəm

3-09-2024, 10:53

Naxçıvanın xilası və dirçəlişi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır – Aqil Məmmədov
Ulu Öndər Heydər Əliyevin 1991-ci il 3 sentyabr tarixində Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri seçilməsi tarixi hadisə idi. Sözsüz ki, Azərbaycanın dövlətçilik tarixində misilsiz xidmətlər göstərmiş, ideyaları, zəkası, biliyi, idarəçilik təcrübəsi ilə bu günümüzə, sabahımıza bələdçilik edən ümummilli liderimiz Heydər Əliyevin siyasi fəaliyyətində 1990-1993-cü illər mühüm yer tutur. Məhz bu kontekstdə həmin dövru Ulu Öndər Heydər Əliyevin siyasi irsinin Naxçıvan dövrü kimi adlandırıla bilər.

Bunu Dovletxeberlerinə Milli Məclisin VI çağırış deputatı olmuş, Yeni Azərbaycan Partiyasının təmsilçisi Aqil Məmmədov deyib.

O qeyd edib ki, həmin illər Dahi Lider Heydər Əliyevin böyük siyasətə, hakimiyyətə qayıdış dövrü oldu: “Naxçıvan parlamentinin yeni tərkibdə 1990-cı il noyabrın 17-də keçirilən ilk sessiyası deputatların istəyi və böyük təkidi nəticəsində Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə işinə başlayıb. Milli dövlətçiliyə yeni nəfəs vermiş Naxçıvan parlamentinin ilk sessiyasında gündəliyə çıxarılan məsələlər və qəbul edilən tarixi qərarlar, ümumilikdə, Azərbaycanın müstəqilliyinə və suverenliyinə hesablanmışdı. Fenomen şəxsiyyət Naxçıvanda milli qurtuluşun, milli dövlətçilik quruculuğunun təməllərini özünün zəngin təcrübəsinə və Naxçıvanda daim yaşadılan qədim Azərbaycan dövlətçilik ənənələrinə əsaslanaraq atıb. Məhz görkəmli dövlət xadiminin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə Ulu Öndərin Ali Məclisin sədri seçilməsi Azərbaycanın müstəqillik yollunun əsasını qoymuş oldu. Sözsüz ki, müharibənin davam etdiyi, sənaye məhsullarının çatışmadığı, elektrik enerjisinin olmadığı, sosial-iqtisadi durumun kəskin olduğu şəraitdə Naxçıvan Ali Məclisin sədri seçilən Ulu Öndər Heydər Əliyev həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər və işlər sayəsində Naxçıvanda sabitlik, tərəqqi və həmrəylik təmin edildi. Bu mənada Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti, onun iradəsi ilə qəbul olunmuş qərarlar müstəqillik tariximizin parlaq səhifələrini təşkil edir. Görkəmli dövlət xadiminin qədim diyardan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə və Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilməsi böyük təcrübəyə malik olan qüdrətli siyasətçinin ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etməsində başlıca amil idi”.
Naxçıvanın xilası və dirçəlişi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır – Aqil Məmmədov
YAP təmsilçisi hesab edir ki, Naxçıvan Muxtar Respublikasının xilası və dirçəlişi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır: “Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir. Ulu Öndər Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülüb. Yeni ictimai-siyasi münasibətlərin formalaşdırılması dövründə dövlətçilik ənənələrinin qorunması məsələsi də bilavasitə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır. O dövrlər blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikası bir çox çətinliklər ilə üz-üzə qalmışdı. Naxçıvanın sosial-iqtisadi durumunun bərbadlığı, hakimiyyətin muxtar qurum üzərində oynamağa çalışdığı oyunlar Muxtar Respublikanın vəziyyətini olduqca mürəkkəbləşdirmişdi. Yalnız 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilən Ümummilli Lider Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində Muxtar Respublikada sabitlik təmin edildi və Naxçıvanda sosial-iqtisadi vəziyyət yaxşılaşdırıldı. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il noyabrın 17-də keçirilən sessiyasında Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı olaraq təsdiq edilməsi isə böyük tarixi hadisə idi. Daha sonra Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdı. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət bayrağı elan edib. Eyni zamanda həmin dövrdə Naxçıvan MSSR adından “Sovet” və “Sosialist” sözləri çıxarıldı. SSRİ-nin mövcud olduğu bir dövrdə belə bir qərarın qəbul və icra edilməsi olduqca yüksək siyasi səriştə və cəsarət tələb edirdi ki, Ulu Öndər Heydər Əliyev bunu nümayiş etdirdi. Bununla yanaşı Naxçıvanda Kommunist Partiyasının fəaliyyəti dayandırıldı və Sovet ordusu birlikləri Naxçıvan MR ərazisindən çıxarıldı. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan MR-də sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması və tərəqqinin əldə olunması üçün əhəmiyyətli tədbirlər görüldü. Aqrar islahatlar reallaşdırıldı, infrastrukturun inkişafı yönündə xüsusi işlər həyata keçirildi. Blokada şəraitində olan Muxtar Respublikanın inkişafı və sabitliyinin davamlılığını təmin etmək üçün regional və beynəlxalq əlaqələrin formalaşdırılması, eləcə də inkişafı yönündə mühüm addımlar atıldı. Türkiyə və İranla qarşılıqlı əməkdaşlığa və tərəfdaşlığa əsaslanan ilk rəsmi təmaslar təşkil olundu. Blokada şəraitində olan Muxtar Respublikanın inkişafı və sabitliyinin davamlılığını təmin etmək üçün regional və beynəlxalq əlaqələrin formalaşdırılması, eləcə də inkişafı yönündə mühüm addımlar atıldı. Bu xüsusda 24 mart 1992-ci il tarixində Ankarada Naxçıvan MR-lə Türkiyə Cümhuriyyəti arasında işbirliyi protokolunun imzalanması bu baxımdan müstəsna əhəmiyyətə malikdir”.

Aqil Məmmədov bildirib ki, Ulu Öndər Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilməsi müasir müstəqil Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən birini təşkil edir: “Siyasi fəaliyyətinin Naxçıvan dövründə Ulu Öndər Heydər Əliyev gördüyü işlər, atdığı tarixi əhəmiyyətli addımlarla Muxtar Respublikanın qurtuluşunu, dirçəlişini və həmrəyliyini təmin etmiş oldu. Ulu Öndərin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində Muxtar Respublikanın dövlət quruculuğu, müdafiə və hərbi quruculuq məsələləri həll edildi. Hakimiyyət və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, iqtisadi və siyasi böhranın aradan qaldırılması, iqtisadi islahatların keçirilməsi, xarici iqtisadi əlaqələrin yaradıldı. Həmsərhəd xarici dövlətlərlə – Türkiyə və İranla mehriban qonşuluq münasibətlərinin qurulması və kütləvi tədbirlərə aid məsələlər müzakirə edildi, müvafiq qərarlar qəbul olundu. Bütün bunların fonunda Ulu Öndər Heydər Əliyevin “Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü”nün təsis olunması kimi təşəbbüsünün tarixi əhəmiyyəti var. Ulu Öndərin Ali Məclisin sədri vəzifəsində işləyərkən dünya azərbaycanlılarını bir ideya ətrafında – Vətənə və xalqa xidmət uğrunda birləşməyə səsləyib. Bu tarixi reallığın bariz nümunəsi kimi 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul edilməsi xüsusi əhəmiyyət kəsb edir”.

Oxunub: 268
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

28-12-2023, 11:09

Tələbələr ulu öndər Heydər Əliyevin portretini yaratdı

Gündəm

28-11-2022, 15:31

Azərbaycan böyük nüfuz və söz sahibi olan ölkələrdən birinə çevrilib

Gündəm

2-09-2022, 10:02

Ümummilli lider Heydər Əliyevin fəaliyyəti, onun iradəsi ilə qəbul olunmuş qərarlar müstəqillik tariximizin ən parlaq səhifələridir.

Gündəm

1-09-2022, 12:09

Milli ideyalara sədaqət Ulu Öndər Heydər Əliyevin fəaliyyətinin əsasını təşkil edib

Cəmiyyət

12-06-2022, 05:34

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə inkişafın sarsılmaz təməli qoyuldu.

Şou Biznes
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Ülviyyə Namazovadan efir qadağası qoyulmasına REAKSİYA
"Mən efirlərə QADAĞA QOYMUŞAM"
Mədəniyyət
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
18-12-2025, 19:26
Mədəniyyət Nazirliyi kimlərdən kitab alıb? - TAM SİYAHI
Hadisə
24-06-2026, 09:21
Türkanda avtomobil piyadanı vuraraq öldürdü
23-06-2026, 16:58
Azərbaycanlı tələbə faciəvi şəkildə vəfat etdi
23-06-2026, 14:11
İmişlidə bir neçə ticarət obyekti yanır
Son xəbərlər
  • Dün, 17:06
    Akademik şəhadətnamələr üçün müraciət tarixi uzadıldı
  • Dün, 17:05
    İmtahan nəticələri açıqlandı
  • Dün, 17:02
    DTX-ə daha bir səlahiyyət verildi
  • Dün, 12:19
    18 yaşadək uşaqlara sosial şəbəkələrlə bağlı yeni qaydalar müəyyənləşdi
  • Dün, 12:17
    Məcburi köçkünlərə sosial dəstək yeni modelə keçir
  • Dün, 11:25
    Azərbaycan 151 illik Metrik Konvensiyaya qoşulur
  • Dün, 11:20
    Bu müəllimlər bir daha sertifikasiya imtahanına girməyəcək
  • Dün, 11:19
    Deputatlar 14 məsələni müzakirə etməyə başladı
  • Dün, 10:37
    Nazirdən müəllimlərin əməkhaqqı ilə bağlı AÇIQLAMA
  • 29-06-2026, 17:02
    Leysan yağış, dolu yağacaq - XƏBƏRDARLIQ
  • 25-06-2026, 16:56
    26 iyun - Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü çərçivəsində Laçın rayonu üzrə silsilə tədbirlər keçirilmişdir.
  • 25-06-2026, 10:58
    Dənizdə batan Vüqarın da meyiti tapıldı
  • 25-06-2026, 10:53
    Milli Ordu Quruculuğunda Dönüş: Tarixin Şanlı Səhifələrindən Zəfərə Doğru
  • 25-06-2026, 09:17
    Yaponiyada 7.2 bal gücündə zəlzələ oldu: Xəsarət alanlar var
  • 25-06-2026, 09:15
    Aşura günü münasibətilə ölkədə qanvermə aksiyaları keçirilir - ÜNVANLAR
  • 25-06-2026, 09:11
    Təhsil xəritəsi - ən çox, ən az şagird və məktəbi olan regionlar
  • 25-06-2026, 09:10
    "Brent" ucuzlaşdı
  • 25-06-2026, 09:02
    Bəzi yollarda tıxac yarandı - SİYAHI
  • 25-06-2026, 09:00
    TƏBİB rəhbəri daha 3 direktoru işdən çıxardı
  • 25-06-2026, 08:58
    Bu ölkədə pensiya yaşı 70-ə qaldırılır
  • 25-06-2026, 08:55
    Süni intellektlə ətir hazırlandı
  • 25-06-2026, 08:54
    Dünya çempionatı: Mərakeş Haitiyə qalib gəldi
  • 25-06-2026, 08:52
    Şəhid övladları qəbul imtahanında yüksək nəticə göstəriblər
  • 24-06-2026, 17:00
    Ceyhun Bayramov Polşaya getdi
  • 24-06-2026, 16:52
    Nigar Fərhad vətəndaşın 3200 manatını mənimsəyib? - ŞİKAYƏT
  • 24-06-2026, 15:50
    Pulsuz təhsil dünyanın heç yerində yoxdur - Emin Əmrullayev
  • 24-06-2026, 15:19
    Direktor olmaq istəyənlərin nəzərinə! - qeydiyyat başlayır
  • 24-06-2026, 15:03
    Sahibə Qafarova İƏTPİ-nin 20-ci sessiyasında çıxış etdi
  • 24-06-2026, 14:52
    Prezident Numan Kurtulmuşu qəbul etdi
  • 24-06-2026, 13:31
    Fərid Ədilov səsvermənin ilk mərhələsində iştirakçı dövlətlərin əksəriyyətinin etimadını qazanaraq, 130 səslə Komitəyə üzv seçilib.
  • 24-06-2026, 12:07
    Qarabağ Universitetində yeni təyinat
  • 24-06-2026, 11:25
    İllik inflyasiya hədəfi - Açıqlandı
  • 24-06-2026, 11:21
    Maşın və ev sahibləri üçün yeni qaydalar - ANONS
  • 24-06-2026, 11:18
    Sahibə Qafarova İslam ölkələrinə çağırış etdi
  • 24-06-2026, 09:37
    Valyuta bazarında son vəziyyət: avro gerilədi...
Daha çox
25-06-2026, 08:58
Bu ölkədə pensiya yaşı 70-ə qaldırılır
25-06-2026, 10:53
Milli Ordu Quruculuğunda Dönüş: Tarixin Şanlı Səhifələrindən Zəfərə Doğru
25-06-2026, 09:15
Aşura günü münasibətilə ölkədə qanvermə aksiyaları keçirilir - ÜNVANLAR
24-06-2026, 13:31
Fərid Ədilov səsvermənin ilk mərhələsində iştirakçı dövlətlərin əksəriyyətinin etimadını qazanaraq, 130 səslə Komitəyə üzv seçilib.
25-06-2026, 10:58
Dənizdə batan Vüqarın da meyiti tapıldı
25-06-2026, 16:56
26 iyun - Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü çərçivəsində Laçın rayonu üzrə silsilə tədbirlər keçirilmişdir.
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə