Sumqayıtda yanğın hadisəsi olub.
Fövqəladə Hallar Nazirliyindən xebernur.com "Qafqazinfo"ya verilən məlumata görə, şəhərin Hacı Zeynalabdin qəsəbəsində ümumi sahəsi 100 m² olan 1 mərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 80 m² sahədə yanıb.
Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.