• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Minsk Qrupu ilin sonunadək LƏĞV OLUNACAQ?

Siyasət

15-08-2025, 14:03

Minsk Qrupu ilin sonunadək LƏĞV OLUNACAQ?
8 avqust Vaşinqton görüşü zamanı Azərbaycan və Ermənistan liderləri ABŞ Prezidentinin şahidliyi ilə ATƏT Minsk Qrupunun və əlaqədar strukturların buraxılması ilə bağlı qərar qəbul edib. Azərbaycan Xarici İşlər Nazirliyi artıq iki ölkənin ATƏT katibliyinə birgə müraciət etdiyi barədə ictimaiyyətə məlumat verib.

ATƏT-dən isə bildirilib ki, qurumun fəaliyyətdə olan sədri kimi Finlandiya Minsk prosesi və əlaqəli strukturların bağlanması ilə bağlı birgə müraciətinə cavab olaraq iştirakçı dövlətlərlə müzakirələrə rəhbərlik edəcək.

Minsk Qrupunun tarixi 1992-ci ilə gedib çıxır. Həmin ilin martın 24-də Helsinki şəhərində ATƏM-in Xarici İşlər Nazirləri Şurasının iclası keçirilirdi. Görüşdə Qarabağda vəziyyət müzakirə olunub, ATƏM-in Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair Minsk konfransının çağırılması haqqında qərar qəbul edilib. 1994-cü ildə ATƏT-in Budapeşt şəhərində keçirilən Zirvə Görüşündə həmsədrlik institutu yaradıldı.

Ancaq yaradılmasından keçən 30 ilə yaxın müddət ərzində Minsk Qrupu münaqişənin həllinə nail ola bilməyib. 2020-ci ildə Qarabağın işğaldan azad edilməsi ilə Minsk Qrupunun fəaliyyətinə de-fakto son qoyulub. Buna baxmayaraq qrup de-yure qalmaqdadır.

Qrupun bu il ərzində ləğv edilib-edilməyəcəyi müzakirə edilir.

Modern.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, siyasi elmlər doktoru Rizvan Nəbiyev bildirib ki, Ermənistan tərəfi uzun müddət süni formada ATƏT-in Minsk qrupunu saxlamaq və ya mandatını uzatmaq yolunu tutmağa cəhdlər göstərirdi:

“Bu isə potensial müdaxilə imkanının bu niyyətin arxasında gizləndiyindən xəbər verirdi. Amma Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasi qətiyyəti qarşısında Ermənistan bu məsələdə də təslim oldu:
8 avqust Vaşinqtonda imzalanan üçtərəfli Birgə Bəyanat və Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin ATƏT katibliyinə birgə müraciət ünvanlaması bunun əyani təsdiqidir.

Birgə Bəyanatın 2-ci bəndində deyilir: Biz, yəni Azərbaycan, Ermənistan və ABŞ liderləri həmçinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Prosesi və onunla əlaqəli strukturlarının bağlanmasına dair Azərbaycan və Ermənistan xarici işlər nazirləri tərəfindən ATƏT-ə birgə müraciətin imzalanmasına şahidlik etdik.

Bununla yanaşı Azərbaycan, Ermənistan və ABŞ ATƏT-in bütün iştirakçı dövlətlərini bu qərarı qəbul etməyə çağırış etdi. Bu çağırışın digər bir vacib cəhəti ondadır ki, ATƏT-in 1996-cı ildən bəri həmsədr ölkələrindən olan ABŞ artıq bu ilin sonunda Finlandiyada baş tutacaq ATƏT xarici işlər nazirlərinin illik görüşündə planlaşdırılan səsvermədə qərarın lehinə səs verəcək. Fransa XİN də Vaşinqton Sülh Sammiti ilə bağlı verdiyi mətbuat açıqlamasında ATƏT-in Minsk Qrupunun ləğvini dəstəklədiklərini bildirib. Azərbaycan Prezidentinin uğurlu diplomatik səyləri nəticəsində Azərbaycan öz təklifinin reallaşdırılması yolunda Vaşinqton administrasiyasının Prezident Tramp səviyyəsində dəstəyini əldə etdi. Bu, təbii ki, digər üzv dövlətlərin səsvermə ilə bağlı qərarına əhəmiyyətli dərəcədə təsir göstərəcək. Əgər üçüncü həmsədr ölkə, Rusiya fərqli mövqe tutarsa, bu açıq-aşkar qeyri-dost əməl və beynəlxalq birliyin sülh səylərinə qarşı çıxmaq kimi qiymətləndiriləcək”.



Parlamentari vurğulayıb ki, 1992-ci ildə ATƏM-in Minsk qrupu kimi yaradılmış bu strukturun ləğvi ATƏT-ə üzv olan bütün dövlətlərin konsensus əsasında verilmiş qərarına uyğun baş tuta bilər:

“Bu, ATƏT daxili qərar qəbuletmə prosedurundan irəli gəlir. Sülh sazişinin imzalanması yolunda əsas manelərdən biri olan ATƏT-in Minsk qrupunun sözügedən müqavilə imzalanana qədər ləğv edilməsi Azərbaycan tərəfindən reallıq kimi gündəmə gətirilib və qəbul edilib.

Beləliklə, ATƏT çərçivəsindəki keçmiş münaqişə ilə əlaqəli bütün digər mexanizmlər də, Yüksəksəviyyəli planlaşdırma komitəsi, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi funksiyasız strukturlar da de-yure ləğv ediləcək. 2025-ci ilin dekabrında hazırki sədr ölkə Finlandiyada keçiriləcək ATƏT üzvü dövlətlərin xarici işlər nazirlərinin görüşü həm tarixi şansdır, həm də sözügedən qərarın qəbulu üçün hüquqi- siyasi əsası olan yeganə səlahiyyətli platformadır. 30 illik işğal faktorunu nəzərə alaraq məsələnin siyasi tərəfinə də diqqət yetirmək lazımdır. Belə ki, gələcəkdə hər hansı potensial risklərin qarşısını almaq üçün də Minsk qrupunun de-yure ləğv edilməsi olduqca əhəmiyyətlidir. ATƏT-in Minsk qrupundan Ermənistandakı revanşist qüvvələr təzyiq vasitəsi kimi istifadə edilə bilərdi. Digər tərəfdən, bu məsələni regionda öz maraqlarını güdən qüvvələr bu və ya digər formada gündəmə gətirə bilərdi. Bütün bu potensial riskləri birdəfəlik aradan qaldırmaq üçün ATƏT-in Minsk qrupu sülh müqaviləsi imzalananadək ləğv edilməlidir.

Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa edərək münaqişəni beynəlxalq hüququn prinsipləri əsasında həll etdiyindən artıq ATƏT-in Minsk qrupunun fəaliyyətinə lüzum qalmamış, mandat üçün əsas və yaxud predmet aradan birdəfəlik qalxıb.

Finlandiyada 1992-ci martında təsis edilmiş Minsk Qrupunun 33 il sonra Finlandiyada da ləğvi həmçinin qarşılıqlı etimad mühitinin formalaşmasına da töhfə verə bilər. Paraflanmış Sülh müqaviləsi həmçinin dövlətlərarası münasibətlərin yaradılmasını özündə ehtiva edir”.

Oxunub: 200
Paylaş:
Digər xəbərlər

Siyasət

12-08-2025, 09:08

Minsk Qrupunun ləğvi ilə bağlı MÜRACİƏT EDİLDİ

Siyasət

15-01-2025, 10:10

Minsk Qrupunu ləğv ediləcək? - ATƏT sədrliyindən rəsmi CAVAB (ÖZƏL)

Gündəm

21-06-2024, 09:20

ATƏT-in Minsk qrupunun fəaliyyətinə rəsmən xitam verilməlidir - PREZİDENT

Siyasət / Dünya

14-03-2025, 11:59

Sülh razılaşmasından sonra Minsk qrupunun fəaliyyətinə ehtiyac yoxdur - Mirzoyan

Gündəm

25-04-2025, 15:06

Minsk qrupunun ləğvinin vaxtı çoxdan çatıb - PREZİDENT

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
18-08-2026, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
Hadisə
Bugün, 09:00
Gürzəni öldürən Neftçala sakini özü də öldü
19-08-2026, 16:44
Kamilə Babayevanın anasının meyiti evində aşkarlanıb
19-08-2026, 10:01
Qusarda qəza - ölən var
Son xəbərlər
  • Bugün, 15:58
    Şəxsiyyəti müəyyənləşdirilən şəhid Cümşüd Məmmədovun nəşinin qalıqları Laçında dəfn olunub.
  • Bugün, 11:09
    Bu il onların pensiyası artacaq
  • Bugün, 10:43
    Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Azərbaycanın beynəlxalq mövqeyini keyfiyyətcə yeni mərhələyə yüksəltmişdir.
  • Bugün, 10:26
    78 nömrəli avtobusun marşrutu dəyişdi
  • Bugün, 10:23
    Yeni Klinikanın direktor müavini ABŞ-yə köçür - “Green Card” udubmuş
  • Bugün, 09:18
    Dünya bazarında neft ucuzlaşdı
  • Bugün, 09:03
    Qənirə Paşayevaya həsr olunan beynəlxalq tədbir keçiriləcək
  • Bugün, 09:00
    Gürzəni öldürən Neftçala sakini özü də öldü
  • Bugün, 08:56
    Xankəndi, Xocalı və Ağdərəyə yeni köç: 87 ailə sevindi
  • Bugün, 08:54
    Xəzərdə seysmik aktivlik niyə azalıb? - AÇIQLAMA
  • Bugün, 08:51
    Azərbaycanda turizmdən ən çox qazanan şəhərlər - SİYAHI
  • Bugün, 04:02
    “Nar” inklüziv məşğulluğun təşviqinə töhfə verir – VİDEO
  • Dün, 11:13
    Rusiyanın PUA-sı Rumıniya və Moldova hava məkanına girdi
  • Dün, 09:59
    Ermənistan qadın hərbçiləri Azərbaycanla sərhədə GÖNDƏRİR
  • Dün, 09:57
    Dünya bazarında qızıl ucuzlaşdı
  • Dün, 08:59
    Azərbaycanda həbsxanadan çıxan şəxslərə bu qədər pul verilir - RƏSMİ
  • Dün, 08:55
    "Qarabağ" bu gün pley-off oyununa çıxır
  • 19-08-2026, 16:44
    Kamilə Babayevanın anasının meyiti evində aşkarlanıb
  • 19-08-2026, 11:23
    Azərbaycanın CNN-ə qarşı iddiası - Məhkəmə hansı qərarı verəcək?
  • 19-08-2026, 11:11
    5 itkin-şəhidimiz dəfn olunacaq- FOTOLAR
  • 19-08-2026, 10:44
    Azərbaycanlı vəkil ABŞ-də hüquq doktoru oldu
  • 19-08-2026, 10:39
    Eks-müdafiə naziri Ukraynada seçki keçirməyə çağırdı
  • 19-08-2026, 10:32
    Abituriyentlərin diqqətinə! İxtisas seçimi bu gün başa çatır
  • 19-08-2026, 10:28
    İran parlamentinin sədri İraqa getdi
  • 19-08-2026, 10:24
    Rusiya Ermənistanla bağlı qərarını açıqladı
  • 19-08-2026, 10:18
    Dünya bazarlarından Azərbaycan büdcəsi üçün şad xəbər
  • 19-08-2026, 10:01
    Qusarda qəza - ölən var
  • 19-08-2026, 09:59
    Daha bir bloger saxlanıldı
  • 19-08-2026, 09:20
    Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
  • 18-08-2026, 16:47
    Prezident təqaüdçüləri ailə qururlar
  • 18-08-2026, 16:33
    Yeni səfir azərbaycanca ilk paylaşımını etdi
  • 18-08-2026, 15:35
    Prezident Britaniya səfirinin etimadnaməsini qəbul edib
  • 18-08-2026, 15:11
    Qalibaf Hörmüz boğazı ilə bağlı İranın şərtlərini açıqladı
  • 18-08-2026, 14:56
    İtkin düşən hərbçinin taleyi 44 il sonra bəlli oldu
  • 18-08-2026, 14:36
    Azərbaycanda neçə çoxuşaqlı ana var? - AÇIQLANDI
Daha çox
14-08-2026, 22:45
Orxan Cəbrayıl TƏBİB-dən yeni qanun gəlib deyərək işçisini işdən azad etdi
14-08-2026, 20:40
Rusiya ən böyük neft terminalını dayandırdı
19-08-2026, 11:11
5 itkin-şəhidimiz dəfn olunacaq- FOTOLAR
18-08-2026, 12:28
Azərbaycanın dünya birliyinə inteqrasiyası və beynəlxalq əməkdaşlığın inkişafı
Bugün, 15:58
Şəxsiyyəti müəyyənləşdirilən şəhid Cümşüd Məmmədovun nəşinin qalıqları Laçında dəfn olunub.
Bugün, 10:43
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Azərbaycanın beynəlxalq mövqeyini keyfiyyətcə yeni mərhələyə yüksəltmişdir.
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə