• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Azərbaycanın yeni inkişaf mərhələsi

Siyasət

14-01-2026, 20:26

Azərbaycanın yeni inkişaf mərhələsi
2026-cı ilin ilk günləri Azərbaycan üçün yalnız yeni bir təqvim ilinin başlanğıcı deyil, eyni zamanda ölkənin strateji inkişaf yolunun, dövlət siyasətinin prioritetlərinin və uzunmüddətli hədəflərinin aydın şəkildə ortaya qoyulduğu mühüm mərhələ kimi dəyərləndirilir. Prezident cənab İlham Əliyevin ilin ilk 14 günü ərzində səsləndirdiyi proqram xarakterli çıxışlar və verdiyi geniş müsahibələr Azərbaycanın yeni inkişaf mərhələsinə keçidinin siyasi-fəlsəfi və praktiki əsaslarını formalaşdırır.

Cənab Prezidentin yeni il münasibətilə müraciəti, 5 yanvar tarixində yerli televiziya kanallarına verdiyi müsahibə, 8 yanvarda Gülüstan sarayında Xızı–Abşeron Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimindəki çıxışı, eləcə də Ağdərə və Tərtər rayonlarına səfərləri zamanı səsləndirdiyi fikirlər bir-birini tamamlayan vahid siyasi-strateji xətti nümayiş etdirir. Bu xətt postmünaqişə mərhələsini arxada qoymuş Azərbaycanın güclü dövlət quruculuğu, iqtisadi şaxələndirmə və regional liderlik mərhələsinə keçdiyini təsdiqləyir.Dövlət başçısının bu çıxışları ümumiləşdirildikdə, qarşıdakı dövr üçün üç əsas strateji prioritetin ön plana çıxdığı aydın görünür: təhlükəsizlik və hərbi güc balansının qorunması, iqtisadi güc və yaşıl enerji strategiyası, eləcə də azad edilmiş ərazilərin strateji inkişaf modeli. Müasir beynəlxalq münasibətlər sistemində sülh anlayışı artıq yalnız diplomatik bəyanatlar və hüquqi sənədlərlə məhdudlaşmır.

Prezident İlham Əliyevin çıxışlarında dəfələrlə vurğulandığı kimi, sülh yalnız güclü dövlətlərin seçimidir. Zəif dövlətlər üçün sülh çağırışları çox zaman təhlükəsizlik risklərinə çevrilir. Bu kontekstdə 8 avqust tarixində Vaşinqtonda keçirilmiş görüşdən sonra formalaşan sülh gündəliyi Azərbaycanın güc mövqeyinə əsaslanan siyasətinin məntiqi davamı kimi təqdim olunur.

Prezident açıq şəkildə bəyan edir ki, Azərbaycanın təhlükəsizliyi, suverenliyi və milli maraqları heç bir halda kompromis predmeti ola bilməz. Güc balansının qorunması, müasir ordu quruculuğu və müdafiə sənayesinin inkişafı milli təhlükəsizlik strategiyasının əsas dayaqlarıdır. Ağdərə rayonunda Xüsusi Əməliyyat Mərkəzinin təməlqoyma mərasimində Prezidentin iştirakı bu siyasətin praktik təzahürüdür. Xüsusi təyinatlı qüvvələrin hazırlanması, birgə hərbi təlimlər üçün müasir infrastrukturun yaradılması, Türk Dövlətləri Təşkilatı çərçivəsində hərbi əməkdaşlığın gücləndirilməsi Azərbaycanın regional təhlükəsizlik arxitekturasında rolunu əhəmiyyətli dərəcədə artırır. Eyni zamanda, hərbi qulluqçuların sosial rifahının yüksəldilməsi də diqqət mərkəzində saxlanılır. Yeni yaşayış binalarının tikilməsi, hərbçilərin mənzillə təmin olunması ordunun dayanıqlılığının sosial əsaslarını möhkəmləndirir.

Bu yanaşma göstərir ki, güclü ordu yalnız texnika və silah deyil, insan kapitalı üzərində qurulur. Bu siyasətin davamı kimi Tərtər Elektromexanika Zavodunun açılışı Azərbaycanın hərbi-sənaye kompleksinin inkişaf səviyyəsini aydın şəkildə nümayiş etdirir. 1970-ci illərdə inşa edilmiş müəssisənin bu gün modernləşdirilərək yüksək istehsal gücünə malik olması, təkcə ötən il 1,4 milyard manatlıq hərbi təyinatlı məhsul istehsal etməsi və bu məhsulların 20-yə yaxın ölkəyə ixracı Azərbaycanın artıq bu sahədə idxalçı deyil, ixracatçı dövlətə çevrildiyini göstərir. Prezident cənab İlham Əliyevin çıxışlarında xüsusi yer tutan ikinci əsas prioritet iqtisadi güc balansının formalaşdırılmasıdır. Enerji siyasəti, nəqliyyat-logistika imkanları və qeyri-neft sektorunun inkişafı Azərbaycanın beynəlxalq müstəvidə etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirir. Xüsusilə yaşıl enerji strategiyası Azərbaycanın yeni inkişaf modelinin əsas sütunlarından biri kimi təqdim olunur.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının “yaşıl enerji zonası” elan edilməsi artıq real nəticələrlə müşayiət olunur. Bu ərazilərdə 307 meqavat gücündə 38 su elektrik stansiyasının inşa edilməsi enerji təhlükəsizliyi ilə yanaşı, ekoloji dayanıqlılığa da xidmət edir. Ağdərə rayonunda Tərtərçay üzərində tikilmiş “Qozlukörpü” Su Elektrik Stansiyasının açılışı bu siyasətin praktik nəticəsidir. 14,7 meqavat gücündə olan stansiyanın illik orta hesabla 43 milyon kilovat-saat elektrik enerjisi istehsal etməsi, milyonlarla kubmetr təbii qaza qənaət və minlərlə ton karbon emissiyasının azaldılması deməkdir. 2025-ci ildə ölkə üzrə 750 milyon kilovat-saat yaşıl enerji istehsal olunması nəticəsində 160 milyon kubmetr təbii qaza qənaət edilməsi və 280 min ton karbon qazının atmosferə atılmasının qarşısının alınması Azərbaycanın qlobal iqlim gündəliyinə verdiyi real töhfəni əks etdirir. Xızı–Abşeron Külək Elektrik Stansiyasının 240 meqavatlıq gücü, Cəbrayılda Günəş Elektrik Stansiyasının inşası, Xəzər dənizinin külək potensialından istifadə planları Azərbaycanın bu sahədə regional liderliyə doğru irəlilədiyini göstərir. Cənab Prezidentin Ağdərəyə səfərləri və rayonun Baş Planının təqdimatı azad edilmiş ərazilərin inkişafına yanaşmanın konseptual xarakter daşıdığını nümayiş etdirir. Bu plan yalnız bərpa prosesini deyil, yeni şəhərsalma və regional inkişaf fəlsəfəsini ehtiva edir.Aşağı Otatağ, Çıldıran və Çapar kəndlərini əhatə edən layihələr infrastruktur, sosial xidmətlər və istehsal sahələrinin balanslı inkişafını nəzərdə tutur. Canyataq kəndində yerləşən “Dəmirli” Filiz Emalı Kompleksi ilə tanışlıq isə qeyri-neft sektorunun inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Bu layihə işğaldan azad edilmiş ərazilərdə dağ-mədən sənayesi üzrə ilk iri istehsal layihəsidir. Mis flotasiya zavodunun illik 5,6 milyon ton filiz emalı gücü iqtisadi şaxələndirmənin real göstəricisidir. Bu prosesləri stimullaşdırmaq məqsədilə tətbiq olunan vergi və gömrük güzəştləri dövlətin strateji baxışını açıq şəkildə ortaya qoyur.

2023-cü ildən etibarən bu ərazilərdə fəaliyyət göstərən sahibkarların 10 il müddətinə əsas vergi növlərindən azad edilməsi, idxal olunan avadanlıqlara ƏDV və gömrük rüsumlarının tətbiq edilməməsi Qarabağ və Şərqi Zəngəzurun investisiya və istehsal mərkəzinə çevrilməsinə xidmət edir. Beləliklə, 2026-cı ilin ilk günlərində Prezident cənab İlham Əliyevin səsləndirdiyi mesajlar göstərir ki, Azərbaycan artıq hadisələrin arxasınca gedən deyil, regional və qlobal prosesləri formalaşdıran dövlətə çevrilir. Təhlükəsizlik, iqtisadi güc və regional inkişaf arasında qorunan balans ölkənin dayanıqlı inkişaf modelinin əsasını təşkil edir. Bu model güc üzərində qurulan sülhü, iqtisadi müstəqilliyi, yaşıl enerji strategiyasını və azad edilmiş ərazilərin planlı inkişafını vahid dövlət siyasətində birləşdirir. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi bu siyasi xətt Azərbaycanın gələcək onilliklərdə də güclü, təhlükəsiz və nüfuzlu dövlət kimi mövqeyini möhkəmləndirəcəyini göstərir.

Mehriban Vəliyeva

Milli Məclisin deputatı

Oxunub: 101
Paylaş:
Digər xəbərlər

Siyasət

14-01-2026, 12:22

Qlobal təşəbbüslər və güclü dövlət strategiyası

Gündəm

9-01-2026, 09:19

İlham Əliyevin Qəzza ilə bağlı çıxışı Türkiyə gündəmində

Cəmiyyət

19-09-2025, 14:19

20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə Günü

Siyasət

12-05-2025, 10:57

“Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ: Cənab Lamın səfəri strateji əməkdaşlığa yol açır”

Siyasət

16-03-2025, 21:42

İsrail-Azərbaycan Münasibətləri: Strateji Müttəfiqliyin Yeni Mərhələsi

Şou Biznes
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Ülviyyə Namazovadan efir qadağası qoyulmasına REAKSİYA
"Mən efirlərə QADAĞA QOYMUŞAM"
Mədəniyyət
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
18-12-2025, 19:26
Mədəniyyət Nazirliyi kimlərdən kitab alıb? - TAM SİYAHI
Hadisə
Bugün, 10:19
Şəmkirdə 2 nəfərin üstünə divar uçdu - Biri öldü-
14-05-2026, 11:02
Aeroport yolunda avtomobil yandı
12-05-2026, 10:43
Lökbatandakı yanğın nəzarətə götürüldü, 2 helikopter cəlb olundu - VİDEO
Son xəbərlər
  • Bugün, 10:21
    Deputat ən yüksək maaş verilən sahələri açıqladı
  • Bugün, 10:19
    Şəmkirdə 2 nəfərin üstünə divar uçdu - Biri öldü-
  • Bugün, 10:13
    Atalıq məzuniyyəti ilə bağlı maraqlı statistika açıqlandı
  • Bugün, 10:04
    WUF13 çərçivəsində Azərbaycanla Keniya anlaşma memorandumu imzaladı
  • Bugün, 09:42
    Araqçı ABŞ-a meydan oxudu: müharibə başlasa...
  • Bugün, 09:35
    "Brent" nefti ucuzlaşdı
  • Bugün, 09:26
    WUF13-ün dördüncü günü start götürüb: nələr olacaq?
  • Bugün, 09:09
    Sürücülərin işi çətinləşdi: bu yollarda tıxac var
  • Dün, 17:13
    Şuşada tıxac yaranır – Polad Bülbüloğlu buna sevinir
  • Dün, 16:52
    Hava yenidən sərtləşir: 5 günlük xəbərdarlıq
  • Dün, 14:49
    Bakıda 10 yeni metyro stansiyası tikiləcək
  • Dün, 14:21
    Mikayıl Cabbarov Bakının yeni inkişaf modelindən danışdı
  • Dün, 13:59
    Sabah bütün pensiyalar tam ödəniləcək
  • Dün, 11:52
    Xankəndiyə qatarla nə vaxtdan gedə biləcəyik? - Rəsmi cavab
  • Dün, 09:32
    Xarici valyutaların manata qarşı kursu dəyişdi
  • Dün, 09:03
    Prezident “Euronews” televiziyasına müsahibə verib
  • Dün, 08:58
    Bakının bu ərazilərində qaz kəsiləcək
  • Dün, 08:55
    Xameneinin vəziyyəti açıqlandı
  • 18-05-2026, 14:20
    Avtomobil Yollarının Mühafizə Xidməti rəisi işdən çıxarıldı
  • 18-05-2026, 11:53
    Gürcüstanın Baş naziri Azərbaycana gəldi
  • 18-05-2026, 11:50
    Laçının işğal günü - Bir güllə atılmadan qazanılan ZƏFƏR
  • 18-05-2026, 10:21
    “Maşın” şou yenidən başlayır - Foto
  • 18-05-2026, 10:13
    Azərbaycanda 12 şəhər və yüzlərlə kənd kompleks planlaşdırılıb
  • 18-05-2026, 09:49
    Bakıda keçirilən WUF13 tarixə düşdü - Hikmət Hacıyevdən paylaşım
  • 18-05-2026, 09:44
    Bakıda WUF13-ün ikinci günü başladı - PROQRAM
  • 18-05-2026, 09:20
    Bakıda WUF13-ün ikinci günü başladı - PROQRAM
  • 18-05-2026, 00:56
    Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Azərbaycana səfərə gəlib
  • 18-05-2026, 00:54
    "Təcili yardım" maşınının açarı itdi, xəstə öldü "Təcili yardım" maşınının açarı itdi, xəstə öldü
  • 15-05-2026, 16:29
    İmtahanların nəticələri elan edildi
  • 15-05-2026, 15:48
    Prezidentin Protokol Xidməti ilə bağlı QƏRAR
  • 15-05-2026, 15:43
    Mayın 18-i muzeylərə pulsuz gedə bilərsiniz
  • 15-05-2026, 15:30
    Təhsildə yenilik - ali məktəblərə qeydiyyat mygov-la aparılacaq
  • 15-05-2026, 14:41
    İlham Əliyev TDT dövlət başçıları ilə Türküstanda
  • 15-05-2026, 14:40
    Şəhid Rafiq Cəfərov Füzulidə dəfn olundu
  • 15-05-2026, 14:36
    İcra başçısı müavinini işdən çıxardı - Foto
Daha çox
15-05-2026, 16:29
İmtahanların nəticələri elan edildi
15-05-2026, 15:30
Təhsildə yenilik - ali məktəblərə qeydiyyat mygov-la aparılacaq
13-05-2026, 14:41
Xankəndi şəhərinin baş planı yaxın vaxtlarda təqdim ediləcək
18-05-2026, 11:50
Laçının işğal günü - Bir güllə atılmadan qazanılan ZƏFƏR
18-05-2026, 00:56
Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Azərbaycana səfərə gəlib
13-05-2026, 16:47
Sədrin yeni müşaviri
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə