• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Prezident İlham Əliyev parlamentin ilk iclasında çıxışında ölkəmizin strateji hədəflərindən bəhs edib – Aqil Məmmədov

Siyasət

24-09-2024, 20:54

Prezident İlham Əliyev parlamentin ilk iclasında çıxışında ölkəmizin strateji hədəflərindən bəhs edib – Aqil Məmmədov
Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasında çıxışında olduqca mühüm məsələlərə toxunub. Yeni formalaşmış parlamentin işinə uğurlar arzulayan cənab Prezident Milli Məclisin və deputatların öz işi ilə ölkəmizin hərtərəfli inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib. Vurğulanıb ki, bu ilki prezident və parlament seçkiləri müstəqil ölkəmizin tarixində ilk dəfə idi ki, bütün ərazilərimizdə keçirilib. Bunun tarixi hadisə olduğunu bildirən ölkəmizin başçısı II Qarabağ müharibəsini və suverenliyimizin tam bərpa edilməsinin dünya miqyasında tarixi hadisə kimi səciyyələndirib. Azərbaycan xalqının güclü iradə, birlik göstərərək 30 il davam edən işğala son qoyduğu və bu reallığın artıq dünya birliyi tərəfindən qəbul edildiyi parlamentarilərin diqqətinə çatdırıldı. Bu baxımdan 2024-cü il Azərbaycan tarixində müstəsna əhəmiyyət kəsb edən hadisələrlə zəngin bir təqvimdir.Bunu Siyasətinfoya VI çağırış Milli Məclisin deputatı, YAP təmsilçisi Aqil Məmmədov deyib.

O qeyd edib ki, dövlətimizin başçısının da bildirdiyi kimi II Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində suverenliyimizin tam bərpa edilməsi ölkə qarşısında yeni imkanlar, yeni üfüqlər açır: “Artıq 30 ilin işğalı arxada qaldı. İndi ölkəmiz genişmiqyaslı quruculuq, inkişaf işinə qədəm qoyub. Cənab Prezident İlham Əliyevin proqram xarakterli nitqində hazırkı dövrə kimi əldə edilmiş nəticələr təhlil edilib və qiymətləndirilib. Eyni zamanda ölkəmizin və xalqımızın qarşısında duran əsas vəzifələr göstərilib. Vətən müharibəsində tarixi qələbə və suverenliyimizin tam bərpa olunması və ondan sonra formalaşmış yeni bir reallıq var. Başlıca amil sözsüz ki, milli təhlükəsizliyin təmin edilməsi ilə bağlıdır. Dövlətimizin hərbi gücünün artırılması bu mənada xüsusi önəm kəsb edir. Birinci nömrəli vəzifə hərbi gücümüzün artırılmasıdır. Dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması və ətrafda gərginliyin artması, eyni zamanda, Ermənistanda revanşizm meyilləri bu sahəyə daim diqqət göstərməyə vadar edir. Ölkəmizin hərbi gücü olmasa, heç bir müstəvidə uğuru təmin emtək mümkün olmaz. Müstəqil Azərbaycan tarixi, o cümlədən 30 illik işğal bunu əyani şəkildə göstərir. Əgər hərbi imkan və gücümüz olmasaydı torpaqlarımızı işğaldan azad edə bilməzdik. Müzəffər Ali Baş komandanın bu sahəyə diqqət çəkməsi sözsüz ki, qarşıya yeni vəzifələr qoymaqla yanaşı hər kəs üçün də verilmiş bir mesaj kimi səciyyələnir.İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində Azərbaycanın öz hərbi gücünü artırması, yeni silahlı birləşmələrin yaradılması, xüsusi təyinatlı qüvvələrin say tərkibinin bir neçə dəfə artırılması, yeni xüsusi təyinatlı qüvvələrin, komanda qüvvələrinin, digər xüsusi təyinatlı silahlı birləşmələrin yaradılması mühüm amil hesab olunur. Həmçinin ölkəmizdə hərbi sənaye kompleksinin gücləndirilməsi vacib önəm kəsb edir. Ermənistanın Fransa və digər Qərb ölkələrinin hərbi yardımı fonunda silahlandırılması kimi faktlar mövcuddur”.
Prezident İlham Əliyev parlamentin ilk iclasında çıxışında ölkəmizin strateji hədəflərindən bəhs edib – Aqil Məmmədov
YAP təmsilçisi həmçinin ideoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində atılan addımların diqqətə mərkəzində olduğunu söyləyib: “Azərbaycana qarşı ideoloji təxribatlar davam etdiyi qeyd olunub. Sözsüz ki, bu kimi təxribatlara qarşı xalqımızın güclü iradəsi və milli ruhu sayəsində lazımı cavab verildiyi də məlumdur. Bu xüsuda gənc nəslin milli ruhda böyüməsi olduqca önəmli faktordur. Çünki bu günki gənclik Azərbaycanın gələcək inkişafının əsas təminatçısıdır. Azərbaycanın qarşısında duran əsas məsələlərdən biri sözsüz ki, Qarabağ və Şərqi Zəngəzurun bərpasıdır. Müharibədən sonra bu ərazilərin bərpası üçün Azərbaycan dövləti bütün zəruri addımları atıb. Hazırda bu istiqamətdə işlər yüksək sürətlə davam edir. Məhz bunun nəticəsidir ki, 8 mindən çox keçmiş köçkün artıq Qarabağ və Şərqi Zəngəzura yerləşib. İşğaldan azad edilmiş ərazilərdə məktəblər,xəstəxanalar, sosial obyektlər, kəndlər salınır. Mədəni, tarixi irsimizin qorunması üçün əməli praktiki işlər görülür, tarixi abidələr bərpa edilir. Ermənilər tərəfindən dağıdılmış 7 məscid yenidən qurulub, 8-ci məscidin inşası hazırda davam edir. Azərbaycana bu məsələdə bir neçə dost-qardaş ölkə töhfə versə də ölkəmiz bütün işləri öz hesabına edir. Ölkəmizin başçısı çıxışında həmçinin 8 ayda iqtisadiyyatımızda 4 faizdən çox artımın olduğunu, qeyri-neft sektorunda isə 7 faiz yüksəlişin qeydə alındığını vurğulayıb. Son beş ildə minimum əməkhaqqı 2,7 dəfə, minimum pensiyanın 2,5 dəfə artdığını söyləyən dövlətimizin başçısı gələn ildən minimum əməkhaqqı və minimum pensiyanın yenə də artırılacağını bildirib. Bütün bunlar ölkəmizdə həyata keçirilən sosial siyasətin davamlılığını təmin etmək üçün iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, yerli istehsalın genişlənməsi amilləri hesabına təmin edilib. Hazırda Ermənistanla münasibətlərin normallaşması, sülh danışıqları və digər məsələlər istiqamətində müzakirlərin davam etdiyi də deputatların nəzərinə çatdırıldı. Sülh təşəbbüsünün Azərbaycan tərəfindən irəli sürülməsinə baxmayaraq hazırda Ermənistanı süni şəkildə məsələni uzatmağa çalışır. Görünən odur ki, daim havadarlarının diktəsi ilə oturub-duran Ermənistan mümkün qədər sülh prosesini uzatmaqla özünün çirkin niyyətlərini reallaşdıracağına ümid edir. Bu xüsusda Avropa İttifaqının missiya adı altında Ermənistana göndərmiş olduğu qruplar və digər faktlar bu ölkəni sülh prosesini pozmağa həvəsləndirir. Qərbdən gələnlərin binokl diplomatiyası həyata keçirməsi bunun bariz nümunəsidir. Ona görə də, bu müstəvidə Ermənistanla yanaşı Qərbin ikiüzlülüyü, riyakarlığı daha qabarıq görünür. Azərbaycanın sülhlə bağalı tələbləri konkretdir. Ermənistan Azərbaycana qarşı rəsmi ərazi iddialarına son qoymalı, konstitusiyasına dəyişiklik edilməli və ATƏT-in Minsk qrupu da ləğv olunmalıdır”.

Aqil Məmmədov ölkəmizin xarici siyasətlə bağlı vacib prioritetlərinin olduğunu söyləyib: “Tarixi Zəfərdən sonra ölkəmizin xarici siyasətində fərqli istiqamətlər mövcuddur. Bu müstəqil, prinsipial, xarici siyasətin əsas istiqamətləri hesab edilir. Sözsüz ki, Azərbaycan ikitərəfli formatda qarşılıqlı hörmət əsasında istənilən ölkə ilə əməkdaşlığa hazırdır. Bu mənada ölkəmiz diktə yolunu, ittiham, qaralama metodlarını heç vaxt qəbul etməyəcək və buna qarşı özünün bütün imkanları ilə layiqli formada mübarizə aparacaq. Azərbaycan ləyaqətli, qürurlu dövlət kimi tarixi Zəfərdən sonra beynəlxalq nüfuzu daha da güclənib. Ölkəmiz bir çox məsələlərə görə artıq beynəlxalq ictimaiyyətin dəstəyini qazanmış ən etibarlı tərəfdaşdır. Bunun bariz nümunəsi COP29-un Azərbaycanda keçirilməsidir. Məhz 200-ə yaxın ölkə tərəfindən qəbul edilmiş bu tarixi qərar Azərbaycanın beynəlxalq nüfuzunun, hörmətinin göstəricisidir. Bu gün ölkəmizin bütün qitələrdə dostlarının sayı artır. Azərbaycanın vaxtilə mövcud olmadığı bölgələrlə ciddi təmaslar qurulur. Həmçinin ölkəmiz ənənəvi tərəfdaşlarla, dostlarla münasibətlərini uğurla davam etdirir”.

Oxunub: 153
Paylaş:
Digər xəbərlər

Siyasət

21-09-2024, 21:16

Prezidentin Qarabağ Universitetində verdiyi mesajlar tarixi əhəmiyyət kəsb edir – Aqil Məmmədov

Gündəm

11-09-2024, 07:44

Azərbaycan-İtaliya əlaqələri yüksələn xəttlə inkişaf edir – Aqil Məmmədov

Siyasət

19-07-2024, 21:43

Azərbaycan Avropa üçün vacib və etibarlı tərəfdaşdır – Aqil Məmmədov

Siyasət

6-07-2024, 21:08

Astana sammitində verilən vacib mesaj: Azərbaycanın yaratdığı yeni reallığın fəlsəfəsi – Aqil Məmmədov açıqladı

Siyasət

10-02-2024, 10:58

Bütöv Azərbaycan ərazisində keçirilən seçkilər xalqımızın yaddaşında əbədi qalacaq – Millət vəkili

Şou Biznes
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Ülviyyə Namazovadan efir qadağası qoyulmasına REAKSİYA
"Mən efirlərə QADAĞA QOYMUŞAM"
Mədəniyyət
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
18-12-2025, 19:26
Mədəniyyət Nazirliyi kimlərdən kitab alıb? - TAM SİYAHI
Hadisə
Bugün, 10:19
Şəmkirdə 2 nəfərin üstünə divar uçdu - Biri öldü-
14-05-2026, 11:02
Aeroport yolunda avtomobil yandı
12-05-2026, 10:43
Lökbatandakı yanğın nəzarətə götürüldü, 2 helikopter cəlb olundu - VİDEO
Son xəbərlər
  • Bugün, 10:21
    Deputat ən yüksək maaş verilən sahələri açıqladı
  • Bugün, 10:19
    Şəmkirdə 2 nəfərin üstünə divar uçdu - Biri öldü-
  • Bugün, 10:13
    Atalıq məzuniyyəti ilə bağlı maraqlı statistika açıqlandı
  • Bugün, 10:04
    WUF13 çərçivəsində Azərbaycanla Keniya anlaşma memorandumu imzaladı
  • Bugün, 09:42
    Araqçı ABŞ-a meydan oxudu: müharibə başlasa...
  • Bugün, 09:35
    "Brent" nefti ucuzlaşdı
  • Bugün, 09:26
    WUF13-ün dördüncü günü start götürüb: nələr olacaq?
  • Bugün, 09:09
    Sürücülərin işi çətinləşdi: bu yollarda tıxac var
  • Dün, 17:13
    Şuşada tıxac yaranır – Polad Bülbüloğlu buna sevinir
  • Dün, 16:52
    Hava yenidən sərtləşir: 5 günlük xəbərdarlıq
  • Dün, 14:49
    Bakıda 10 yeni metyro stansiyası tikiləcək
  • Dün, 14:21
    Mikayıl Cabbarov Bakının yeni inkişaf modelindən danışdı
  • Dün, 13:59
    Sabah bütün pensiyalar tam ödəniləcək
  • Dün, 11:52
    Xankəndiyə qatarla nə vaxtdan gedə biləcəyik? - Rəsmi cavab
  • Dün, 09:32
    Xarici valyutaların manata qarşı kursu dəyişdi
  • Dün, 09:03
    Prezident “Euronews” televiziyasına müsahibə verib
  • Dün, 08:58
    Bakının bu ərazilərində qaz kəsiləcək
  • Dün, 08:55
    Xameneinin vəziyyəti açıqlandı
  • 18-05-2026, 14:20
    Avtomobil Yollarının Mühafizə Xidməti rəisi işdən çıxarıldı
  • 18-05-2026, 11:53
    Gürcüstanın Baş naziri Azərbaycana gəldi
  • 18-05-2026, 11:50
    Laçının işğal günü - Bir güllə atılmadan qazanılan ZƏFƏR
  • 18-05-2026, 10:21
    “Maşın” şou yenidən başlayır - Foto
  • 18-05-2026, 10:13
    Azərbaycanda 12 şəhər və yüzlərlə kənd kompleks planlaşdırılıb
  • 18-05-2026, 09:49
    Bakıda keçirilən WUF13 tarixə düşdü - Hikmət Hacıyevdən paylaşım
  • 18-05-2026, 09:44
    Bakıda WUF13-ün ikinci günü başladı - PROQRAM
  • 18-05-2026, 09:20
    Bakıda WUF13-ün ikinci günü başladı - PROQRAM
  • 18-05-2026, 00:56
    Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Azərbaycana səfərə gəlib
  • 18-05-2026, 00:54
    "Təcili yardım" maşınının açarı itdi, xəstə öldü "Təcili yardım" maşınının açarı itdi, xəstə öldü
  • 15-05-2026, 16:29
    İmtahanların nəticələri elan edildi
  • 15-05-2026, 15:48
    Prezidentin Protokol Xidməti ilə bağlı QƏRAR
  • 15-05-2026, 15:43
    Mayın 18-i muzeylərə pulsuz gedə bilərsiniz
  • 15-05-2026, 15:30
    Təhsildə yenilik - ali məktəblərə qeydiyyat mygov-la aparılacaq
  • 15-05-2026, 14:41
    İlham Əliyev TDT dövlət başçıları ilə Türküstanda
  • 15-05-2026, 14:40
    Şəhid Rafiq Cəfərov Füzulidə dəfn olundu
  • 15-05-2026, 14:36
    İcra başçısı müavinini işdən çıxardı - Foto
Daha çox
15-05-2026, 16:29
İmtahanların nəticələri elan edildi
15-05-2026, 15:30
Təhsildə yenilik - ali məktəblərə qeydiyyat mygov-la aparılacaq
18-05-2026, 11:50
Laçının işğal günü - Bir güllə atılmadan qazanılan ZƏFƏR
18-05-2026, 00:56
Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Azərbaycana səfərə gəlib
18-05-2026, 00:54
"Təcili yardım" maşınının açarı itdi, xəstə öldü "Təcili yardım" maşınının açarı itdi, xəstə öldü
15-05-2026, 11:47
İctimai nəqliyyatda ilk: üztanıma ilə ödəniş sistemi tətbiq edildi
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə