• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Zəfərin təqvimi – 8 noyabr!

Siyasət

5-11-2024, 11:22

Zəfərin təqvimi – 8 noyabr!
Zəfərin təqvimi – 8 noyabr!

Noyabrın səkkizi... Bu gözəl tarixi gün, bütün Azərbaycan üçün təqvimin ən şanlı günü və otuz ilə yaxın həsrətində olduğumuz Zəfərin nişanəsidir. Bu, bizim üçün çətin, amma şərəfli bir yolun sonunda əldə olunmuş tarixi nailiyyətdir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyində qalib Azərbaycan Ordusu düşməndən fərqli olaraq beynəlxalq ictimaiyyətə ədalət dərsi verərək BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin təkbaşına icra edilməsinin mümkünlüyünü bütün dünyaya sübut etdi. Ərazilərimiz işğaldan azad olunduqca o şanlı günlər də Zəfər tariximizə bir-bir yazıldı. Bu, uzun və mürəkkəb bir yolun gözlənilən təbii nəticəsi idi.
2020-ci il noyabrın 8-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Türk və İslam dünyası üçün böyük əhəmiyyətə malik Şuşa şəhərini erməni işğalçılarından azad etdi. Dünyanın hərb tarixinə düşən və xarici ölkələrin hərbi akademiyalarında tədris edilə biləcək səviyyədə olan Şuşa əməliyyatı 44 günlük Vətən müharibəsində dönüş nöqtəsi oldu. Şuşanın azad edilməsindən iki gün sonra - noyabrın 10-da Ermənistan kapitulyasiya aktı imzaladı. Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycana döyüşsüz qaytarıldı. 44 gün davam edən Vətən müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Otuz ilə yaxın bir dövr ərzində işğal altında saxlanılan ölkənin 20 faiz ərazisi Prezident-xalq-ordu birliyi nəticəsində azad olunması Azərbaycan tarixi üçün misilsiz nailiyyət oldu. Məhz Şuşa əməliyyatının uğurlu nəticəsidir ki, bu gün Azərbaycanın Dövlət Bayrağı təkcə Şuşada, Ağdamda, Laçında deyil, Xankəndidə, Xocalıda – bütün ərazilərimizdə dalğalanır.
İşğal altında olmuş torpaqlarımızın azad edilməsi bütün dövrlərdə dövlət siyasətinin mütləq prioriteti və strateji hədəfi olub. Azərbaycan zaman-zaman torpaqlarının itirilməsinə, xalqımız soyqırımları, deportasiyalara məruz qalıb. Bütün bunlara baxmayaraq, beynəlxalq təşkilatlar, xüsusilə BMT ölkəmizə qarşı bu cür ədalətsizliklərə heç vaxt adekvat reaksiya verməyib. BMT Təhlükəsizlik Şurasının ölkəmizin işğal olunmuş əraziləri ilə bağlı qəbul etdiyi qətnamələr isə kağız üzərində qalmış, işğalçıya qarşı heç bir ciddi tədbir görülməmişdir. Belə olan halda, təbii ki, Azərbaycan öz məsələsini özü həll etmək məcburiyyətində qaldı.
Aprel döyüşləri, Günnüt əməliyyatı, Tovuz döyüşləri və digər tədbirlər artıq Azərbaycanın böyük Qələbəyə doğru irəlilədiyini göstərirdi. Beləliklə, 2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən hərbi əməliyyatlar Azərbaycanın böyük Qələbəsi ilə nəticələndi. Bu, təkcə hərbi zəfər deyil, eyni zamanda, ədalətsizlik üzərində qələbədir, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsidir.
Daha bir önəmli məqama diqqət yetirək. Azərbaycanla hərbi ritorika ilə danışan erməni cinayətkarlar 44 gündə məğlubiyyətə uğradıldı. Məhz Paşinyanın yalvarışlarına görə, noyabrın 10-da üçtərəfli Bəyanat imzalanaraq münaqişənin həll olunması üçün atəşkəs elan edildi, digər məsələlərin siyasi yollarla həllinə qərar verildi. Beləliklə, kapitulyasiya nəticəsində Ağdam, Kəlbəcər və Laçın rayonları Ermənistan tərəfindən boşaldılsa da, öz xislətini növbəti dəfə nümayiş etdirən rəsmi İrəvan bir müddət sonra üçtərəfli Bəyanata əməl etmədi. Buna görə də biz öz gücümüzlə bu bəyanatın müddəalarını Ermənistana icra etdirməyə məcbur olduq. Belə ki, 2023-cü il sentyabrın 20-də keçirilən lokal xarakterli antiterror tədbirləri ilə Qarabağda erməni separatizminin kökü kəsildi. Bakıda çay içmək arzusunda olan separatçıların rəhbərləri “arzularına” çatdı və bu gün DTX-nin təcridxanasında çay içirlər. Bakıda tankların hərəkət edəcəyini arzulayan Ermənistan rəhbərliyinin də arzusunu yerinə yetirdik və döyüş meydanında qənimət olaraq götürülmüş erməni tankları və döyüş texnikaları Zəfər paradımızda nümayiş olundu. Beləliklə, rəşadətli Ordumuz və xalqımız “dəmir yumruğ”a çevrilərək 200 illik arzunu reallaşdırdı.
Digər baxımdan, döyüş meydanında qazanılan Qələbənin diplomatiya müstəvisində davam etdirilməsi uzun illərdir həyata keçirilmiş uğurlu xarici siyasətin məntiqi nəticəsidir. Azərbaycan Respublikası balanslı xarici siyasət prioritetlərinə uyğun olaraq heç bir hərbi-siyasi bloklaşmada təmsil olunmur. Qoşulmama Hərəkatına üzvlüyümüz bu mövqeyi daha aydın şəkildə ifadə etməklə yanaşı, beynəlxalq əlaqələrin çoxtərəflilik prinsipi əsasında formalaşdırılması üçün mühüm platforma yaratmış oldu.
Xüsusilə də 44 günlük Vətən müharibəsi dövründə bu Hərəkata üzv olan ölkələrin Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə münasibətdə verdikləri dəstək istisnasız olaraq qeyd edilməlidir. Azərbaycan Türk və İslam dünyasının aparıcı dövlətlərindən biri olmaqla yanaşı, Qərb üçün də önəmli enerji tərəfdaşıdır. Eləcə də Azərbaycan müasirliyin və ənənəviliyin vəhdətini təcəssüm etdirən bir dövlət olaraq sivilizasiyalar arasında mühüm körpü rolunu oynayır. Belə bir şəraitdə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi istiqamətində atdığı addımlar təbii ki, dost və strateji tərəfdaş olan dövlətlər tərəfindən də birmənalı şəkildə dəstəklənir.
Bəli, artıq Azərbaycan xalqı dördüncü ildir ki, Zəfər Gününü qeyd edir. Zəfər Günü Azərbaycan tarixinin ən şərəfli səhifəsidir. Bu gün Azərbaycan xalqı Ali Baş Komandan və qəhrəman ordumuzun sayəsində dördüncü ildir ki, Zəfər bayramını qeyd edir. Bu gün Azərbaycan 21-ci əsrin tək qalib ölkəsidir. Ermənistan isə iki dəfə kapitulyasiya aktını imzalamış fərari orduya malik ölkədir. Bu gün bütün dünya Azərbaycan xalqının nəyə qadir olduğunu, Azərbaycan ordusunun qəhrəmanlıq salnaməsinin şahididir. Azərbaycan işğalçı ölkə üzərində tarixi zəfər qazanmaqla adını qalib ölkələr sırasına yazdırdı. Zəfər Günü bundan sonra da Azərbaycan tarixində misilsiz bir qələbənin simvolu olaraq daim qeyd ediləcək. Zəfər günün mübarək Azərbaycan! Həbib Misirov YAP Kəlbəcər rayon təşkilatının sədri

Oxunub: 164
Paylaş:
Digər xəbərlər

Gündəm

8-11-2022, 09:20

Zəfər Günü türk xalqlarının qürur mənbəyidir - BƏYANAT

Gündəm

8-11-2023, 07:16

Ölkəmizdə Zəfər Günü qeyd olunur

Cəmiyyət

31-10-2024, 16:00

Hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.

Gündəm

6-11-2023, 09:59

Azərbaycan öz gücünü bütün dünyaya göstərdi

Siyasət

9-11-2023, 15:38

“8 Noyabr - Zəfər Günü” kimi şanlı Tariximizin ən parlaq səhifələrindən biridir

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
18-08-2026, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
Hadisə
Dün, 09:00
Gürzəni öldürən Neftçala sakini özü də öldü
19-08-2026, 16:44
Kamilə Babayevanın anasının meyiti evində aşkarlanıb
19-08-2026, 10:01
Qusarda qəza - ölən var
Son xəbərlər
  • Dün, 15:58
    Şəxsiyyəti müəyyənləşdirilən şəhid Cümşüd Məmmədovun nəşinin qalıqları Laçında dəfn olunub.
  • Dün, 11:09
    Bu il onların pensiyası artacaq
  • Dün, 10:43
    Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Azərbaycanın beynəlxalq mövqeyini keyfiyyətcə yeni mərhələyə yüksəltmişdir.
  • Dün, 10:26
    78 nömrəli avtobusun marşrutu dəyişdi
  • Dün, 10:23
    Yeni Klinikanın direktor müavini ABŞ-yə köçür - “Green Card” udubmuş
  • Dün, 09:18
    Dünya bazarında neft ucuzlaşdı
  • Dün, 09:03
    Qənirə Paşayevaya həsr olunan beynəlxalq tədbir keçiriləcək
  • Dün, 09:00
    Gürzəni öldürən Neftçala sakini özü də öldü
  • Dün, 08:56
    Xankəndi, Xocalı və Ağdərəyə yeni köç: 87 ailə sevindi
  • Dün, 08:54
    Xəzərdə seysmik aktivlik niyə azalıb? - AÇIQLAMA
  • Dün, 08:51
    Azərbaycanda turizmdən ən çox qazanan şəhərlər - SİYAHI
  • Dün, 04:02
    “Nar” inklüziv məşğulluğun təşviqinə töhfə verir – VİDEO
  • 20-08-2026, 11:13
    Rusiyanın PUA-sı Rumıniya və Moldova hava məkanına girdi
  • 20-08-2026, 09:59
    Ermənistan qadın hərbçiləri Azərbaycanla sərhədə GÖNDƏRİR
  • 20-08-2026, 09:57
    Dünya bazarında qızıl ucuzlaşdı
  • 20-08-2026, 08:59
    Azərbaycanda həbsxanadan çıxan şəxslərə bu qədər pul verilir - RƏSMİ
  • 20-08-2026, 08:55
    "Qarabağ" bu gün pley-off oyununa çıxır
  • 19-08-2026, 16:44
    Kamilə Babayevanın anasının meyiti evində aşkarlanıb
  • 19-08-2026, 11:23
    Azərbaycanın CNN-ə qarşı iddiası - Məhkəmə hansı qərarı verəcək?
  • 19-08-2026, 11:11
    5 itkin-şəhidimiz dəfn olunacaq- FOTOLAR
  • 19-08-2026, 10:44
    Azərbaycanlı vəkil ABŞ-də hüquq doktoru oldu
  • 19-08-2026, 10:39
    Eks-müdafiə naziri Ukraynada seçki keçirməyə çağırdı
  • 19-08-2026, 10:32
    Abituriyentlərin diqqətinə! İxtisas seçimi bu gün başa çatır
  • 19-08-2026, 10:28
    İran parlamentinin sədri İraqa getdi
  • 19-08-2026, 10:24
    Rusiya Ermənistanla bağlı qərarını açıqladı
  • 19-08-2026, 10:18
    Dünya bazarlarından Azərbaycan büdcəsi üçün şad xəbər
  • 19-08-2026, 10:01
    Qusarda qəza - ölən var
  • 19-08-2026, 09:59
    Daha bir bloger saxlanıldı
  • 19-08-2026, 09:20
    Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
  • 18-08-2026, 16:47
    Prezident təqaüdçüləri ailə qururlar
  • 18-08-2026, 16:33
    Yeni səfir azərbaycanca ilk paylaşımını etdi
  • 18-08-2026, 15:35
    Prezident Britaniya səfirinin etimadnaməsini qəbul edib
  • 18-08-2026, 15:11
    Qalibaf Hörmüz boğazı ilə bağlı İranın şərtlərini açıqladı
  • 18-08-2026, 14:56
    İtkin düşən hərbçinin taleyi 44 il sonra bəlli oldu
  • 18-08-2026, 14:36
    Azərbaycanda neçə çoxuşaqlı ana var? - AÇIQLANDI
Daha çox
Dün, 15:58
Şəxsiyyəti müəyyənləşdirilən şəhid Cümşüd Məmmədovun nəşinin qalıqları Laçında dəfn olunub.
19-08-2026, 11:11
5 itkin-şəhidimiz dəfn olunacaq- FOTOLAR
18-08-2026, 12:28
Azərbaycanın dünya birliyinə inteqrasiyası və beynəlxalq əməkdaşlığın inkişafı
Dün, 10:43
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Azərbaycanın beynəlxalq mövqeyini keyfiyyətcə yeni mərhələyə yüksəltmişdir.
19-08-2026, 09:59
Daha bir bloger saxlanıldı
18-08-2026, 14:36
Azərbaycanda neçə çoxuşaqlı ana var? - AÇIQLANDI
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə