Elxan Qaraxanoğlu efir qadağası iddialarına aydınlıq gətirdi
Müğənni Elxan Qaraxanoğlu son günlər bəzi media orqanlarında onun televiziya efirlərinə çıxışına qadağa qoyulması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Sənətçi açıqlamasında qeyd edib ki, bu iddialar reallığı əks etdirmir və ona hər hansı rəsmi qurum tərəfindən efir məhdudiyyəti ilə bağlı bildiriş təqdim olunmayıb.
Onun sözlərinə görə, məsələni dəqiqləşdirmək üçün bir neçə televiziya kanalı ilə əlaqə saxlayıb və fəaliyyətinə dair heç bir qadağanın olmadığı təsdiqlənib. Müğənni yaxın günlərdə efirə çıxacaq layihələrdə iştirakının da planlaşdırıldığını bildirib.