Bakıda Elm və Təhsil Nazirliyi və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) birgə təşkilatçılığı ilə keçirilən “Yaşıl təhsil” mövzusunda ilk regional seminar öz işini yekunlaşdırıb.
Xəbər verilir ki, seminarın ikinci günündə beynəlxalq ekspertlərin iştirakı ilə “Təhsil siyasətinin formalaşdırılması” mövzusunda interaktiv panel müzakirəsi təşkil edilib.
Panel müzakirəsində qlobal təhsil siyasətinin formalaşdırılmasında atılan əsas addımlar, milli kontekstə uyğun və dayanıqlı təhsil sisteminin qurulması, həmçinin iqlim dəyişikliyi və “yaşıl təhsil” barədə aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.