Bu gün məktəbimizdə 8 Noyabr – Zəfər Günü böyük qürur və sevinc hissi ilə qeyd olundu. Tədbirimiz Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı.Daha sonra vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Şagirdlərimizin ifasında şeirlər və səhnəciklər təqdim olundu, canlı musiqi çıxışları tədbirə xüsusi rəng qatdı.
Bu mənalı gündə qəhrəman şəhidlərimizin ana , atası və vətən müharibəsi iştirakçısı tədbirimizdə iştirak edərək bizi daha da qürurlandırdı. Onların varlığı qarşısında hörmət və ehtiramla baş əydik.
Bizə bu Zəfəri yaşadan bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik