ABŞ İrana qarşı bir sıra güclü zərbələr endirməyə başlayıb.
Xəbər verilir ki, bu barədə ABŞ-nin Mərkəzi Komandanlığı “X” sosial şəbəkəsində paylaşım edib.
“ABŞ Mərkəzi Komandanlığının qüvvələri İrana qarşı bir sıra güclü zərbələr endirməyə başlayıb. ABŞ-nin zərbələri İranın Hörmüz boğazından keçən üç ticarət gəmisinə qarşı həyata keçirdiyi hücumlara cavab xarakteri daşıyır”, - məlumatda deyilir.