"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatları zamanı "Brent" markalı neftin qiyməti ucuzlaşıb.
Xəbər verilir ki, 2026-cı ilin avqust ayı üzrə "Brent" neftinin fyuçers müqaviləsinin dəyəri 0,47 faiz azalaraq bir barel üçün 84,55 ABŞ dolları təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında isə 2026-cı ilin avqust ayı üzrə "WTI" markalı neftin fyuçers qiyməti 0,29 faiz enərək 79,37 ABŞ dollarına düşüb.