• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

İlham Əliyevdən Ərdoğana: "Qardaş Türkiyə ilə həmrəyik"

Gündəm

Dün, 10:52

İlham Əliyevdən Ərdoğana: "Qardaş Türkiyə ilə həmrəyik"
Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb.

Xəbər verilir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

2016-cı ilin 15 iyul tarixində Türkiyə Respublikasında dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı Vətənlərini qorumaq üçün həyatlarını qurban vermiş bütün şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edir, onların ailələrinə və qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verirəm.

On il əvvəl qardaş Türkiyə müasir tarixinin ən faciəli, eyni zamanda ən şərəfli səhifələrindən birini yazdı. Dövlətçiliyə, konstitusiya quruluşuna, milli iradəyə və demokratik əsaslara qarşı yönəlmiş xain çevriliş cəhdi Türkiyə xalqının sarsılmaz əzmi, mətinliyi və Vətənə sonsuz sədaqəti sayəsində qətiyyətlə dəf edildi. Minlərlə insanın meydanlara axışaraq sinəsini sipər etməsi, dövlətinə, bayrağına və milli dəyərlərinə sahib çıxması əsl qəhrəmanlıq dastanı kimi əbədi olaraq milli yaddaşa həkk olundu.

Sizin qətiyyətli və uzaqgörən liderliyiniz, xalqınızın Sizin ətrafınızda sıx birləşməsi, çağırışlarınıza dərhal və tərəddüdsüz cavab verməsi həmin taleyüklü gecədə ölkənizi böyük faciələrdən xilas edən əsas amillərdən oldu. Sizin rəhbərliyinizlə Türkiyə bu sınaqdan daha da güclənərək çıxdı, öz milli iradəsini və dövlətçilik ənənələrini bütün dünyaya bir daha nümayiş etdirdi.

O tarixi gündə baş verənlər sübut etdi ki, xalq ilə dövlətin birliyi qarşısında heç bir məkrli niyyət, heç bir dağıdıcı qüvvə davam gətirə bilməz. Məhz buna görə də hər il 15 iyulda qeyd edilən “Demokratiya və Milli Birlik Günü” xalqınızın milli həmrəyliyinin, mübarizlik ruhunun, dövlətçilik ənənələrinin və azadlıq iradəsinin simvoludur.

Azərbaycan xalqı və dövləti əziz mirasımız olan “Bir millət iki dövlət” prinsipini rəhbər tutaraq həmişə olduğu kimi o həlledici anlarda da qardaş Türkiyə ilə həmrəylik nümayiş etdirdi və onun yanında oldu. Bütün bunlar xalqlarımızın qardaşlığının və birliyinin nə qədər güclü və sarsılmaz olduğunu bir daha təsdiqlədi.

Əminəm ki, nəsillərdən-nəsillərə ərməğan qalan güclü Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı daha da möhkəmlənəcək, strateji müttəfiqliyimiz bundan sonra da birgə səylərimizlə yüksələn xətt üzrə inkişaf etməyə və yeni məzmunla zənginləşməyə davam edəcəkdir.

Əziz Qardaşım, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Türkiyə Respublikasına əmin-amanlıq, firavanlıq və rifah arzulayıram”.

Oxunub: 135
Paylaş:
Digər xəbərlər

Gündəm

5-02-2025, 14:49

İlham Əliyev Ərdoğana məktub YAZDI

Gündəm

15-07-2024, 11:09

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Gündəm

14-11-2022, 07:04

İlham Əliyev Ərdoğana BAŞSAĞLIĞI VERDİ

Gündəm

15-07-2021, 15:26

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana ZƏNG ETDİ

Siyasət

6-07-2020, 17:37

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təşəkkür edib

Şou Biznes
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Ülviyyə Namazovadan efir qadağası qoyulmasına REAKSİYA
Mədəniyyət
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
18-12-2025, 19:26
Mədəniyyət Nazirliyi kimlərdən kitab alıb? - TAM SİYAHI
Hadisə
10-07-2026, 11:05
İsmayıllıda qeyri-adi qəza baş verdi
7-07-2026, 10:19
İkinci kurs tələbəsi vəfat etdi
5-07-2026, 12:35
Həkəri çayında batan şəxs axtarılır
Son xəbərlər
  • Dün, 16:56
    Şuşada olmaq həmişə şərəfdir - Hikmət Hacıyev
  • Dün, 16:40
    Bu vəzifəli şəxslər xüsusi dövlət rabitəsi ilə təmin olundu
  • Dün, 15:55
    Hava yenidən pisləşir: Leysan yağış və dolu yağacaq
  • Dün, 15:21
    Balı az olan I qrupların diqqətinə: Ən aşağı keçid ballı İXTİSASLAR
  • Dün, 15:10
    Slovakiya Prezidenti Əli Əsədovla enerji təhlükəsizliyini müzakirə etdi
  • Dün, 15:02
    Baş Prokurorluq mediaya müraciət etdi: Rəsmi mənbələrə istinad edin
  • Dün, 14:34
    Zəngəzur dəhlizinə o rəhbərlik edəcək - TƏYİNAT
  • Dün, 12:07
    Peter Pelleqrin Şəhidlər Xiyabanını ziyarıət etdi - FOTO
  • Dün, 11:59
    Slovakiya Prezidenti Heydər Əliyevin məzarını ziyarət etdi
  • Dün, 11:54
    Deputatlar Şimali Kiprin Müstəqillik Gününə qatılacaq
  • Dün, 11:47
    Sahibə Qafarova Qətərdə Prezidentin başsağlığını çatdırıb - YENİLƏNİB
  • Dün, 11:45
    Bu gündən yeni 100 manatlıq dövriyyəyə buraxılır
  • Dün, 10:58
    “Kapital Bank” 2026-cı ilin II rübü üzrə maliyyə nəticələrini elan edib
  • Dün, 10:52
    İlham Əliyevdən Ərdoğana: "Qardaş Türkiyə ilə həmrəyik"
  • Dün, 10:48
    Baş prokuror Kəlbəcərə gedir
  • Dün, 10:32
    Su polisi vətəndaşın şikayətini araşdırır
  • Dün, 10:22
    "Brent" bahalaşdı
  • Dün, 10:08
    Şəhid Xudayar Yusifzadənin doğum günüdür
  • Dün, 09:15
    Rusiyada ard-arda iki güclü zəlzələ
  • Dün, 09:13
    İranda mineral su zavodu vuruldu
  • Dün, 09:11
    Azərbaycan XİN Türkiyəni təbrik etdi
  • Dün, 08:59
    Türkiyə Husilərin Səudiyyə Ərəbistanına raket hücumunu pisləyib
  • Dün, 08:57
    "Telegram"a böyük yeniləmə gəlib
  • Dün, 08:55
    ABŞ-nin İrana növbəti hücumu başa çatdı - Yenilənib
  • Dün, 08:53
    Estetiksiz qadın, yoxsa təbii dondurma?
  • Dün, 08:49
    "Sabah"ın Çempionlar Liqasındakı növbəti rəqibi
  • Dün, 08:47
    Bu yollarda TIXAC var
  • 14-07-2026, 15:52
    Qarabağ universitetinə şöbə müdiri təyin olunub
  • 14-07-2026, 10:36
    Hikmət Hacıyev media sahəsindəki islahatlardan DANIŞDI
  • 14-07-2026, 10:21
    İlham Əliyev Slovakiya Prezidentini Şuşada qarşıladı
  • 14-07-2026, 10:05
    RONAHİ Kürd Mədəniyyət Mərkəzi Sərdar Cəlaloğlunun kürd xalqı haqqında səsləndirdiyi təhqiramiz ifadələrə görə qanun qarşısında cavab verməsi üçün lazımi hüquqi addımlar atacaq.
  • 14-07-2026, 09:26
    "Sabah" bu gün TNS ilə üz-üzə gələcək
  • 14-07-2026, 09:08
    "İstisu diplomatiyası" - Qlobal tədbirlərin diqqət çəkən simvolu
  • 14-07-2026, 09:06
    Bakının bəzi ərazilərinə işığın verilməsi DAYANDIRLIACAQ
  • 13-07-2026, 22:00
    Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Daha çox
14-07-2026, 10:05
RONAHİ Kürd Mədəniyyət Mərkəzi Sərdar Cəlaloğlunun kürd xalqı haqqında səsləndirdiyi təhqiramiz ifadələrə görə qanun qarşısında cavab verməsi üçün lazımi hüquqi addımlar atacaq.
9-07-2026, 11:33
Azərbaycan Respublikası "Ronahi" Kürd Mədəniyyət Mərkəzinin sədri Zabit Məmmədov öz Facebook hesabında Sərdar Cəlaloğlunun son çıxışları ilə bağlı paylaşım edib.
13-07-2026, 09:03
Prezident Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşəcək
Dün, 10:52
İlham Əliyevdən Ərdoğana: "Qardaş Türkiyə ilə həmrəyik"
11-07-2026, 00:47
Gürcüstanda azərbaycanlı gəncin bıçaqlandığı iddia edilir – Anası hadisənin təfərrüatlarını danışdı
10-07-2026, 11:05
İsmayıllıda qeyri-adi qəza baş verdi
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə