Sərdar Cəlaloğlunun hansısa xarici bir YouTube kanalında kürd xalqı haqqında səsləndirdiyi təhqiramiz ifadələr mənə Türkiyə Cümhuriyyəti prezidenti hörmətli R.T. Ərdoğanın yenicə hakimiyyətə gəldiyi dövrü,türk və kürd xalqı arasında məqsədli şəkildə yaradılmış nifaqın aradan qaldırılması üçün başladılmış kürd açılımı dövrün xatirlatdı. O vaxtda bu nifaqa son qoyulmasını istəməyən qüvvələr Türkiyədə olduğu kimi Azərbaycanda da böyük bir kompaniya başlatmış,heç bir tarixi fakta əsaslanmayan uydurma türk-kürd düşmənçiliyinə aid "tarixi hadisələr" tirajlayırdılar. Hətta Azərbaycanda Türkiyədən də irəli gedərək belə desək papadan artıq katoliklik edirdilər. Məqsəd bu ədavətin aradan qaldırılmasına mane olmaq idi.
Son vaxtlar,xüsusilə işgal altındakı torpaqlarimız azad edilib ərazi bütövlüyümüz bərpa edildikdən sonra Azərbaycan, Türkiyə və Şimali İraq Kürd Regional hökuməti arasında, xüsusilə onların liderləri arasında inkişaf edən mehriban dostluq münasibətləri Türk dünyasına düsmən kəsilmiş qüvvələri yenidən hərəkətə keçirib. Sirr deyil ki,bu qüvvələrin bəzi əlaltıları sosial şəbəkələrdə türk yanlısı kimi özlərin göstərərək cəlbedici amma real tarixi faktlara dəxli olmayan paylaşımlar edərək kütlələri öz məkrli məqsədlərinə alət etməyə çalışırlar. Sərdar Cəlaloğlunun kürdlər haqqında səsləndirdiyi fikirlərdə bu məqsədə xidmət edir. Çunki tarixdən elementar savadı olan hər kəs bunun tamamilə uydurma olduğunu,onun təxəyyülünün məhsulu olduğunu bilir
Azərbaycan tarixçilərinin əsərlərini oxumaq kifayət edər ki,kürdlərin Yaxın və Orta Şərqin ən qədim xalqlarından biri olduğunu biləsən.
Əminəm ki,RONAHİ Kürd Mədəniyyət Mərkəzi Sərdar Cəlaloğlunun kürd xalqı haqqında səsləndirdiyi təhqiramiz ifadələrə görə qanun qarşısında cavab verməsi üçün lazımi hüquqi addımlar atacaq.