Abşeron rayonunda yerləşən özəl reabilitasiya mərkəzində ölüm hadisəsi baş verib.
Kanal15tv.com-un “Qafqazinfo”ya istinadən məlumatına görə, hadisə iyunun 12-si səhər saat 09:00 radələrində Goradil qəsəbəsində fəaliyyət göstərən “Reself Lite” reabilitasiya mərkəzində qeydə alınıb.
Belə ki, mərkəzdə müalicə alan Zaqatala rayon sakini, 1985-ci il təvəllüdlü Ə.Ramazanov naməlum səbəbdən həyatını itirib. Onun bir müddətdir həmin reabilitasiya müəssisəsində müalicə aldığı bildirilir.
Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.