• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Naxçıvana hücum Zəngəzur dəhlizinin açılmasını sürətləndirəcək - DEPUTATLAR

Siyasət

7-03-2026, 09:42

Naxçıvana hücum Zəngəzur dəhlizinin açılmasını sürətləndirəcək - DEPUTATLAR
28 fevral tarixində ABŞ və İsrailin İranda hərbi əməliyyatlar həyata keçirməsi regionda gərginliyi daha da artırıb. Baş verən hadisələr fonunda İranın bəzi ərəb ölkələri ilə yanaşı, qonşu Türkiyəyə, həmçinin Naxçıvana da hava hücumları təşkil edib Belə ki, martın 5-də İran tərəfindən Naxçıvana 4 dronla hücum edilib. Hücum nəticəsində Naxçıvan Beynəlxalq Aeroportunun yaxınlığında və Şəkərabad kəndində yerləşən məktəbin ətrafında partlayış baş verib.
Hadisə nəticəsində 4 nəfərin yaralanıb. Bu hadisə Azərbaycanın əsas hissəsindən coğrafi baxımdan ayrı düşən Naxçıvanın təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Digər tərəfdən, Ermənistan və Azərbaycan arasında problemlərin həlli istiqamətində Zəngəzur dəhlizinin açılması məsələsinin sürətləndirilməsi də yenidən müzakirə mövzusuna çevrilir.

Məsələ ilə bağlı Modern.az deputatlarla əlaqə saxlayıb.



Deputat Azay Quliyev bildirib ki, İran belə bir təxribata əl atmaqla özünü regional əməkdaşlıqdan tam məhrum edə bilər:

“İranın Naxçıvanda törətdiyi terror aktının Ermənistanla sülh gündəliyimizə heç bir təsiri olmayacaq. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng edərək hadisədən narahatlığını bildirməsi buna açıq sübutdur”. “Azərbaycan Cənubi Qafqazda sülhü geri dönüşü olmayan bir prosesə çevirməyə nail olub və bu prosesi nə İran, nə də Rusiya dayandıra bilməz. Əksinə, İran bu təxribata yol verməklə özünü regional əməkdaşlıq imkanlarından tam məhrum edə bilər. Hadisədən sonra sərhədlərin daha da gücləndirilməsi və tranzit məsələləri ilə bağlı müvafiq göstərişlər verilib, o cümlədən Azərbaycanın İrandakı səfirliyinin və Baş konsulluğunun əməkdaşlarının təxliyə ediməsinə başlanılıb. Bunlar hələlik, ilk addımlardır. İranın sonrakı davranışından və hadisələrin inkişafından asılı olaraq əlavə tədbirlər də görülə bilər” – deyə A.Quliyev qeyd edib.



Deputat Cavanşir Feyziyev bildirib ki, istənilən müharibə region ölkələrinə təsirsiz ötüşmür:

“Qonşuluqda geniş miqyaslı müharibənin getdiyi bir vaxtda sərhəd təhlükəsizliyi xüsusi əhəmiyyət daşıyır. Faktiki olaraq İran hakimiyyətinin region dövlətlərini hədəfə alması onun müdafiə qabiliyyətini kəskin surətdə azaldır. Naxçıvana endirilmiş hava zərbələri İran hakimiyyətində təmsil olunan antiAzərbaycan ünsürlərin əməlidir və buna görə cavab verməli olacaqlar”.

C. Feyziyevin sözlərinə görə, Prezident İlham Əliyevin Silahlı Qüvvələri döyüşə hazırlıq vəziyyətinə gətirməsi cavab tədbirlərinin görülməsinə hazırlıq əlamətidir. Təcavüzkarı cəzalandırmaq üçün Azərbaycan bütün zəruri vasitələrə və hərbi- texniki imkanlara malikdir və belə bir zərurət yaranacağı halda müvafiq addımlar atılacaq.
Bölgəmizdə baş verən hadisələri sülhün nə qədər zəruri olduğunu göstərir:

“Regionda baş verən hadisələrin, xüsusilə Naxçıvana dron hücumlarının Zəngəzur dəhlizinin açılmasına və ya Azərbaycanla Ermənistan arasında sülh prosesinin gedişatına hər hansı mənfi təsiri olmayacaq. Belə bir şəraitdə Ermənistan özünün strateji tərəfdaşı hesab etdiyi İran rejiminin təcavüzkar və namərd hərəkətlərindən nəticə çıxararaq sülh prosesini sürətləndirməlidir. Bunun üçünsə Azərbaycan tərəfindən irəli sürülmüş şərtlər ən qısa vaxtda yerinə yetirilməlidir”.



Elman Nəsirov saytımıza açıqlamasında bildirib ki, hadisənin baş verdiyi Naxçıvan Azərbaycanın əsas ərazisindən coğrafi baxımdan ayrı düşür və Zəngəzur dəhlizinin işə salınması ilə ölkənin əsas hissəsi ilə muxtar respublika arasında birbaşa əlaqə yaradılması nəzərdə tutulur. Bu baxımdan, Naxçıvan dəhlizinin açılması İranın son terror xarakterli hərəkətləri fonunda xüsusi əhəmiyyət kəsb edir.

“Hesab edirəm ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Azərbaycan xarici işlər naziri Ceyhun Bayramova zəng etməsi bir daha göstərdi ki, Azərbaycan və Ermənistan sülh prosesində maraqlıdır. 2026-cı ildə sülh müqaviləsinin imzalanması ehtimalı kifayət qədər yüksəkdir” – deyə o bildirib.

E. Nəsirov qeyd edib ki, İranın Azərbaycan ərazisinə hücumu bir daha göstərdi ki, Zəngəzur dəhlizinin işə salınması ilə bağlı proses daha da sürətləndirilməlidir.

“İran bu məsələyə həmişə fərqli mövqedən yanaşıb və onu özünə “qırmızı xətt” kimi təqdim edib. Son hadisələr də göstərir ki, hazırda İran hakimiyyət dairələrində bu məsələyə münasibət kifayət qədər sərt və düşməncəsinədir.

ABŞ bu istiqamətdə müxtəlif ölkələrlə fəal əməkdaşlıq aparır. Lakin İran özü üçün də faydalı ola biləcək bu layihənin həyata keçirilməsini hələ də qəbul etməkdə çətinlik çəkir”.



Milli Məclisin üzvü, siyasi elmlər doktoru Rizvan Nəbiyev isə vurğulayıb ki, baş verən son hadisələr Zəngəzur dəhlizi layihəsinin icrasına maneə yarada bilməz:

“Zəngəzur dəhlizi beynəlxalq miqyasda strateji əhəmiyyətli layihədir. Ötən il avqustun 8-də Vaşinqtonda keçirilən Sülh sammiti zamanı imzalanmış Birgə Bəyannamədə də Tramp marşrutunun həmçinin ölkələrarası və beynəlxalq əhəmiyyəti vurğulanıb. Bu layihə təkcə Azərbaycanın qərb rayonlarını Naxçıvan bölgəsi ilə əlaqələndirmir, eyni zamanda qitələrarası əhəmiyyət daşıyır. Orta Asiyanı və Çini Türkiyə və Avropa ölkələri ilə birləşdirir. ABŞ da prezident səviyyəsində bu layihənin icrasında iştirak edir və ona investisiya yatırır. Heç bir qüvvə bu layihənin həyata keçirilməsinin qarşısını ala bilməz. Çünki bu layihə regionda sülhə, təhlükəsizliyə, sabitliyə və etimad quruculuğuna xidmət edir. Hətta hazırda müharibə şəraitində olan dövlətlərin də maraqlarına uyğundur. Bununla belə, hazırkı şəraitdə müəyyən potensial risklərin mövcudluğu da inkar edilmir. Çünki cənub qonşumuzda müharibə gedir. Bununla belə Zəngəzur dəhlizinin reallaşmasını heç bir maneə, hər hansı müdaxilə əngəlləyə bilməz”.

Deputat vurğulayıb ki, Zəngəzur dəhlizinin mümkün qədər qısa müddətdə reallaşdırılması indi əvvəlkindən də daha aktual və vacibdir. “Azərbaycan İrandan keçən quru yolla yanaşı Qarabağ və Şərqi Zəngəzurdan Tramp marşrutu vasitəsi ilə də Naxçıvanla quru yolla bağlantını təmin etməkdə maraqlıdır. Həmçinin Azərbaycanın Naxçıvan bölgəsi və Türkiyə vasitəsilə Avropa ilə quru bağlantısının yaradılmasına böyük ehtiyac var. Hazırda Naxçıvana quru yol İran ərazisindən keçir, lakin İran hazırda müharibə vəziyyətində olduğundan ciddi sabitlik və təhlükəsizlik problemləri var”.

“Azərbaycan Ermənistanla sülh sazişini paraflayıb və faktiki olaraq sülh şəraiti mövcuddur. Hər iki tərəf bu sülhün qorunub saxlanılmasında və onun müxtəlif layihələrlə möhkımləndirilməsində olduqca maraqlıdır. Ermənistanla müxtəlif səviyyələrdə dialoq aparılır. Bu baxımdan Ermənistan üzərindən Naxçıvana uzanan Zəngəzur dəhlizi başqa sözlə onun Tramp marşrutu seqmentinin reallaşdırılması olduqca vacibdir. Həm regional miqyasda sabitləşdirici funksiyaya malik bu layihə hər iki dövlətin marağındadır.” – deputat sonda bildirib.

Qeyd edək ki, Zəngəzur dəhlizi Azərbaycanın qərb rayonlarını Naxçıvan Muxtar Respublikası ilə birləşdirməyi nəzərdə tutan nəqliyyat və kommunikasiya xəttidir. Bu dəhliz Ermənistan ərazisindən keçərək Azərbaycanla Naxçıvan arasında birbaşa quru əlaqəsinin yaradılmasını hədəfləyir.
Dəhlizin açılması Azərbaycanın daxili nəqliyyat əlaqələrinin bərpası ilə yanaşı, həm də region üçün mühüm geosiyasi və iqtisadi əhəmiyyət daşıyır. Bu marşrut vasitəsilə Azərbaycan Naxçıvanla birbaşa əlaqə əldə edəcək, eyni zamanda Türkiyə ilə quru nəqliyyat bağlantısı daha da güclənəcək. Bundan əlavə, Zəngəzur dəhlizi Cənubi Qafqazda yeni ticarət və tranzit imkanları yaradaraq regionun logistik xəritəsini dəyişə bilər.

Oxunub: 89
Paylaş:
Digər xəbərlər

Siyasət

5-03-2026, 15:36

Naxçıvana hücum regionun təhlükəsizliyi və sabitliyi baxımından qəbuledilməzdir

Dünya

6-03-2026, 10:37

İranın Naxçıvana dron hücumu: 20-dən çox ölkə Azərbaycana dəstək verdi

Siyasət

6-03-2026, 09:20

Ceyhun Bayramovla Mirzoyan İranın Naxçıvana hücumunu müzakirə etdilər

Siyasət / Dünya

15-05-2025, 09:31

Keçmiş nazir müavini: “Zəngəzur dəhlizinin açılmasına Rusiya mane olur”

Gündəm

5-03-2026, 12:33

İran Naxçıvan hava limanını vurdu

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
18-08-2026, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
Hadisə
Bugün, 09:00
Gürzəni öldürən Neftçala sakini özü də öldü
19-08-2026, 16:44
Kamilə Babayevanın anasının meyiti evində aşkarlanıb
19-08-2026, 10:01
Qusarda qəza - ölən var
Son xəbərlər
  • Bugün, 15:58
    Şəxsiyyəti müəyyənləşdirilən şəhid Cümşüd Məmmədovun nəşinin qalıqları Laçında dəfn olunub.
  • Bugün, 11:09
    Bu il onların pensiyası artacaq
  • Bugün, 10:43
    Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Azərbaycanın beynəlxalq mövqeyini keyfiyyətcə yeni mərhələyə yüksəltmişdir.
  • Bugün, 10:26
    78 nömrəli avtobusun marşrutu dəyişdi
  • Bugün, 10:23
    Yeni Klinikanın direktor müavini ABŞ-yə köçür - “Green Card” udubmuş
  • Bugün, 09:18
    Dünya bazarında neft ucuzlaşdı
  • Bugün, 09:03
    Qənirə Paşayevaya həsr olunan beynəlxalq tədbir keçiriləcək
  • Bugün, 09:00
    Gürzəni öldürən Neftçala sakini özü də öldü
  • Bugün, 08:56
    Xankəndi, Xocalı və Ağdərəyə yeni köç: 87 ailə sevindi
  • Bugün, 08:54
    Xəzərdə seysmik aktivlik niyə azalıb? - AÇIQLAMA
  • Bugün, 08:51
    Azərbaycanda turizmdən ən çox qazanan şəhərlər - SİYAHI
  • Bugün, 04:02
    “Nar” inklüziv məşğulluğun təşviqinə töhfə verir – VİDEO
  • Dün, 11:13
    Rusiyanın PUA-sı Rumıniya və Moldova hava məkanına girdi
  • Dün, 09:59
    Ermənistan qadın hərbçiləri Azərbaycanla sərhədə GÖNDƏRİR
  • Dün, 09:57
    Dünya bazarında qızıl ucuzlaşdı
  • Dün, 08:59
    Azərbaycanda həbsxanadan çıxan şəxslərə bu qədər pul verilir - RƏSMİ
  • Dün, 08:55
    "Qarabağ" bu gün pley-off oyununa çıxır
  • 19-08-2026, 16:44
    Kamilə Babayevanın anasının meyiti evində aşkarlanıb
  • 19-08-2026, 11:23
    Azərbaycanın CNN-ə qarşı iddiası - Məhkəmə hansı qərarı verəcək?
  • 19-08-2026, 11:11
    5 itkin-şəhidimiz dəfn olunacaq- FOTOLAR
  • 19-08-2026, 10:44
    Azərbaycanlı vəkil ABŞ-də hüquq doktoru oldu
  • 19-08-2026, 10:39
    Eks-müdafiə naziri Ukraynada seçki keçirməyə çağırdı
  • 19-08-2026, 10:32
    Abituriyentlərin diqqətinə! İxtisas seçimi bu gün başa çatır
  • 19-08-2026, 10:28
    İran parlamentinin sədri İraqa getdi
  • 19-08-2026, 10:24
    Rusiya Ermənistanla bağlı qərarını açıqladı
  • 19-08-2026, 10:18
    Dünya bazarlarından Azərbaycan büdcəsi üçün şad xəbər
  • 19-08-2026, 10:01
    Qusarda qəza - ölən var
  • 19-08-2026, 09:59
    Daha bir bloger saxlanıldı
  • 19-08-2026, 09:20
    Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
  • 18-08-2026, 16:47
    Prezident təqaüdçüləri ailə qururlar
  • 18-08-2026, 16:33
    Yeni səfir azərbaycanca ilk paylaşımını etdi
  • 18-08-2026, 15:35
    Prezident Britaniya səfirinin etimadnaməsini qəbul edib
  • 18-08-2026, 15:11
    Qalibaf Hörmüz boğazı ilə bağlı İranın şərtlərini açıqladı
  • 18-08-2026, 14:56
    İtkin düşən hərbçinin taleyi 44 il sonra bəlli oldu
  • 18-08-2026, 14:36
    Azərbaycanda neçə çoxuşaqlı ana var? - AÇIQLANDI
Daha çox
Bugün, 15:58
Şəxsiyyəti müəyyənləşdirilən şəhid Cümşüd Məmmədovun nəşinin qalıqları Laçında dəfn olunub.
19-08-2026, 11:11
5 itkin-şəhidimiz dəfn olunacaq- FOTOLAR
18-08-2026, 12:28
Azərbaycanın dünya birliyinə inteqrasiyası və beynəlxalq əməkdaşlığın inkişafı
Bugün, 10:43
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Azərbaycanın beynəlxalq mövqeyini keyfiyyətcə yeni mərhələyə yüksəltmişdir.
19-08-2026, 09:59
Daha bir bloger saxlanıldı
18-08-2026, 14:36
Azərbaycanda neçə çoxuşaqlı ana var? - AÇIQLANDI
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə