19 oktyabr 2025 ci il tarixində Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərində “Milli quruculuqda Qafqaz kürdlərinin rolu” mövzusunda Qafqaz Kürdlərinin II Elmi-Praktiki Beynəlxalq Konfransı keçirilib.
Tədbirdə İraq Kürdüstan Regionu Prezidenti Nəçirvan Barzaninin müşavirləri Xeyri Bozani və Hüseyin Qeydi, Baş nazir Məsrur Barzaninin müşaviri Renas Cano, Kurdistan “Revend” Diaspor Konfederasiyası (“The Kurdistan "Rewend" Diaspora Confederation”) idarə heyətinin üzvü və sədr müavini, Şifa Barzaninin ofisinin direktoru Qəhrəman Osman, Kurdistan “Revend” Diaspor Konfederasiyasının (“The Kurdistan "Rewend" Diaspora Confederation”) rəhbəri İsmayıl Kamil, eləcə də Gürcüstan Respublikasının parlament üzvü, Gürcü arzusu partiyasının təmsilçisi İsko Dasini və Azərbaycan Respublikasından Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktorunun müavini Ramin Qəmbərov və Azərbaycan Respublikası “Ronahî” Kürd Mədəniyyət Mərkəzinin sədri Zabit Məmmədov iştirak etmişdir. Elm adamlarının, ictimai və mədəniyyət xadimlərinin, media nümayəndələrinin və eyni zamanda Qafqaz və dünyanın müxtəlif ölkələrində yaşayan kürd icmalarının təmsilçilərinin iştirak etdiyi elmi praktiki konfransda Qafqazda yaşayan Kürd vətəndaşların yaşadıqları dövlətlərin ictimai siyasi, iqtisadi, mədəni həyatında aktiv iştirakının zəruriliyi bildirildi və bu istiqamətdə görüləcək işlərin daha da intensiv xarakter almasının vacibliyi vurğulandı. Konfrans "Ronahi" Gürcüstan Kürdləri Assosiasiyası, Qafqaz Kürd İnstitutunun təşkilatçılığı, Kurdistan “Revend” Diaspor Konfederasiyası (“The Kurdistan "Rewend" Diaspora Confederation”) Barzani Qərargahı (The Office of Barzani)
və Knyaz Mirzoyev Fondunun dəstəyi ilə baş tutub.