Bu gün UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Azərbaycanın "Sabah" klubu növbəti matçına çıxacaq.
Xəbər verilir ki, Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda səfərdə Uels təmsilçisi TNS ilə qarşılaşacaq.
Görüş Uelsdə yerləşən "Park Hall" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. Qarşılaşmanı İspaniyadan olan FIFA referisi Mateo Buskets Ferrer idarə edəcək.
Qeyd edək ki, bu cütün qalibi UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Vardar" (Şimali Makedoniya) – "Kups" (Finlandiya) cütünün qalibi ilə qarşılaşacaq.