
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin laçınlı məcburi köçkünlərlə növbəti görüşü-səyyar qəbulu 2026-cı ilin 18 iyun tarixində Kürdəmir rayonu ərazisindəki 563 ailəlik məcburi köçkün qəsəbəsində yerləşən Mənzil İstismar Sahəsinin binasında həmin ərazidə müvəqqəti məskunlaşmış rayon sakinləri ilə keçirilmişdir.30 nəfər laçınlı məcburi köçkünün iştirak etdiyi görüş-səyyar qəbulda çıxış edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində qazanılan qələbədən, qısa müddət ərzində işğaldan azad olunmuş ərazilərdə aparılan geniş tikinti və quruculuq işlərindən, ölkə rəhbərinin işğaldan azad olunmuş ərazilərə mütəmadi səfərlərindən, 14.02.2021-ci il tarixdə ilk səfəri zamanı Güləbird kəndində Dövlət bayrağının ucaldılmasından, Laçın rayonunun ərazisində iki mühüm dövlət əhəmiyyətli obyektin - Güləbird Su Elektrik Stansiyasının açılışında və Laçın rayonunun Qorçu kəndi ərazisində beynəlxalq hava limanının təməlqoyma mərasimində iştirakından, eyni zamanda 2022-ci il 26 iyun tarixində Laçın rayonu ərazisinə səfər etməsi zamanı Laçın Beynəlxalq Hava Limanında aparılan tikinti işlərindən, “Qorçu” elektrik yarımstansiyasında görülən işlərdən, “Həkəriçay” su anbarı layihəsi ilə tanış olmağından danışmış, 26 avqust tarixində Laçın şəhəri, Zabux və Sus kəndlərinin ordumuzun tam nəzarətinə götürülməsini ölkə rəhbərliyinin torpaqlarımızın bütünlüklə azad olunması istiqamətindəki qətiyyətinin bariz nümunəsi olduğunu bildirmiş, 2022-ci il 21 sentyabr tarixində işğaldan azad olunmuş Laçın rayonu ərazisinə sayca dördüncü səfəri zamanı Laçın şəhərində Azərbaycanın üçrəngli Bayrağını ucaltmağı və “Laçın” Qovşaq Yarımstansiyasının təməlqoyma mərasimində iştirak etməyini, 2023-cü il 4 may tarixində işğaldan azad olunmuş Laçın rayonu ərazisinə sayca beşinci səfəri zamanı Güləbird kəndinin təməlqoyma mərasimində iştirak etməyini Azərbaycan tarixinin ən əlamətdar hadisəsi olduğunu bildirmişdir. Həmçinin rayon rəhbəri Prezident İlham Əliyevin 2023-cü ilin 27 və 28 may tarixlərində işğaldan azad olunmuş Laçın rayonuna səfərindən danışaraq, Laçın şəhərinə qayıdan əhali ilə görüşünün və onlara mənzillərinin açarlarının təqdim olunmasının bütün Laçın rayon sakinlərinin yaddaşında həmişə ən xoş xatirələrlə xatırlanacağını bildirmişdir.Laçın şəhərinin mənzərəsini seyr etmələrindən danışan rayon rəhbəri artıq Laçın rayonunun beynəlxalq tədbirlərə ev sahibliyi etməsini tədbir iştirakçılarının nəzərinə çatdırmışdır.
Rayon rəhbəri əhalinin qayıdış prosesindən danışaraq, otuz üç köçürmə mərhələsində ümumilikdə 614 ailə 2 264 nəfər sakinin Laçın şəhərinə, on iki köçürmə mərhələsində ümumilikdə 217 ailə 823 nəfər sakinin Zabux kəndinə, iki köçürmə mərhələsində ümumilikdə 59 ailə 215 nəfər sakinin Sus kəndinə, üç köçürmə mərhələsində 89 ailə 363 nəfər sakinin Bəylik kəndinə, ümumilikdə 241 ailə 953 nəfər sakinin Qarabağın işğaldan azad olunmuş yaşayış məntəqələrinə köçürüldüyünü vurğulayaraq köçürmə prosesinin mərhələlərlə davam etdiriləcəyini də bildirmişdir.
Rayon rəhbəri daha sonra çıxışında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkənin sosial-iqtisadi həyatındakı xidmətlərindən söz açaraq, respublikada məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətindəki çoxşaxəli fəaliyyətindən də danışmışdır.
Səyyar qəbulda məcburi köçkünlərin müraciətləri dinlənilmiş, həmin müraciətlərə baxılması üçün aidiyyəti üzrə konkret tapşırıqlar verilərək, icrası nəzarətə götürülmüşdür.
Qəbulda Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, həmçinin müvafiq inzibati ərazi dairəsi üzrə nümayəndəliyin işçiləri iştirak etmişlər.
Səyyar qəbulda iştirak edən rayon sakinləri doğma torpaqlarımızın işğaldan azad olunmasına, onlara dövlət tərəfindən göstərilən davamlı diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə tükənm