Ermənistanın Xarici İşlər Nazirliyi (XİN) ilə mütəmadi əlaqə var. Xarici işlər naziri Ararat Mirzoyanla yaxın zamanlarda daha bir görüşün olması istisna deyil.
Xəbər verilir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin (CW4) yüksəksəviyyəli açılış mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
"Son görüşümüz Bişkekdə olub. Məhz orada da razılıq əldə etdik ki, ikitərəfli görüşlər davam etməlidir. Delimitisiya prosesi də mütəmadi şəkildə müzakirə mövzusudur. Həm Azərbaycan, həm də Ermənistan bu məsələni komisiya səviyyəsində aparır. Buna qədər ümumi delimitasiyanın şimaldan cənuba doğru aparılması razılaşdırılıb, dəqiqləşdirilib. Spesifik detallar vaxtı gəldikcə müzakirə edilir", - nazir qeyd edib.