Cənubi Avstraliyada çox su içdikləri üçün dəvələrin öldürülməsi ilə bağlı qərara vəhşi atlar də daxil olunub.
xebernur.com xəbər verir ki, bu barədə BBC açıqlama yayıb.
Xəbərdə qeyd olunub ki, dəvələrin öldürülməsinə sosial media istifadəçilərindən sərt reaksiya olub. Koala və kenqurulara göstərilən həssaslıq qarşısında dəvələrin ölüdürülməsi tənqid olunub. Ümumillikdə ölkədə 1,2 milyon olduğu ehtimal edilən dəvələrin sayını nəzarət altına almaq üçün aparılacaq əməliyyatın 5 gün davam etməsi planlaşdırılıb.