• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

İlham Əliyev Trampı təbrik etdi

Gündəm

4-07-2026, 11:15

İlham Əliyev Trampı təbrik etdi
Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampı təbrik edib.

Məlumata görə, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Əlamətdar tarix – Amerika Birləşmiş Ştatlarının müstəqilliyinin 250-ci ildönümü münasibətilə Sizi və Sizin simanızda dost Amerika xalqını öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Azadlıq uğrunda mübarizənin, yenilməz iradənin və demokratiyanın rəmzinə çevrilmiş İstiqlaliyyət Bəyannaməsinin iki yüz əlli il əvvəl 4 iyul tarixində imzalanması ilə müstəqilliyini elan etmiş Amerika Birləşmiş Ştatları təkcə yerləşdiyi qitədə deyil, bütövlükdə dünyada yeni nizamın qurulmasına təkan verdi. Ötən dövr ərzində şanlı inkişaf yolu keçmiş Birləşmiş Ştatlar bu gün qlobal arenada hər bir cəhətdən güclü və qüdrətli dövlətdir. Hazırda Sizin əzmlə və qətiyyətlə həyata keçirdiyiniz siyasət sayəsində ölkənizin əldə etdiyi möhtəşəm nailiyyətlərin sayı artır, beynəlxalq aləmdə liderliyi, etibarı və yüksək nüfuzu daha da möhkəmlənir.

Son dövrdə Azərbaycan-Birləşmiş Ştatları münasibətlərinin yüksələn xətlə və uğurla inkişaf etməsi məmnunluq doğurur. Biz iki ölkə arasında təşəkkül tapmış strateji tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirir, dövlətlərarası əlaqələrimizin güclənməsinə daim verdiyiniz böyük önəmə və dəstəyə görə Sizə minnətdarlığımızı bildiririk. Fevral ayında imzalanan və münasibətlərimizi keyfiyyətcə yeni mərhələyə qaldıran Strateji Tərəfdaşlıq Xartiyasının iqtisadiyyat, enerji, bağlantılar, təhlükəsizlik kimi ənənəvi sahələrlə yanaşı, rəqəmsal transformasiya, süni intellekt və digər mühüm istiqamətlər üzrə tərəfdaşlığın inkişaf etdirilməsinə təkan verəcəyinə əminliyimi ifadə edirəm.

Biz Sizin Cənubi Qafqazda sülh gündəliyinin təşviqi və dayanıqlı inkişafın təmin edilməsi istiqamətində qətiyyətli səylərinizi də son dərəcə yüksək qiymətləndiririk. Keçən ilin avqustun 8-də Ağ Evdə Sizin təşəbbüsünüzlə baş tutmuş tarixi üçtərəfli görüşün nəticələri regionumuzda tamamilə yeni müsbət ab-hava və vəziyyət yaratdı. Artıq Azərbaycan ilə Ermənistan sülh şəraitində yaşayır və ticarət münasibətləri qururlar. Eyni zamanda regionda sabitliyə və rifaha xidmət edən infrastruktur layihələrinin, xüsusilə də Asiya ilə Avropa arasında alternativ, etibarlı və təhlükəsiz bağlantını təmin edəcək "Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu"nun reallaşmasına ölkənizin göstərdiyi davamlı dəstəyini xüsusi qeyd etmək istərdim.

Hörmətli cənab Prezident,

Biz Azərbaycan ilə Birləşmiş Ştatlar arasında böyük potensiala malik qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi əhəmiyyət veririk. Əminəm ki, bu potensialdan və mövcud imkanlardan tam bəhrələnərək birgə səylərimizlə dövlətlərarası münasibətlərimizin möhkəmlənməsinə, strateji tərəfdaşlığımızın daha da dərinləşməsinə nail olacağıq.

Bu şanlı yubiley günündə bir daha Sizə ən səmimi təbriklərimi çatdırır, möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər və yeni-yeni nailiyyətlər, Amerika Birləşmiş Ştatlarının dost xalqına daim əmin-amanlıq, firavanlıq və rifah arzulayıram".

Oxunub: 116
Paylaş:
Digər xəbərlər

Gündəm

13-08-2025, 14:13

Albaniya Prezidenti İlham Əliyevə məktub yazdı

Gündəm

6-11-2024, 14:26

İlham Əliyev Trampı təbrik etdi

Gündəm

30-08-2022, 10:06

İlham Əliyev Ərdoğanı təbrik etdi

Siyasət

3-07-2021, 15:18

İlham Əliyev Cozef Baydeni təbrik etdi

---

3-07-2020, 19:14

Prezident İlham Əliyev Donald Trampa təbrik məktubu göndərib

Şou Biznes
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Ülviyyə Namazovadan efir qadağası qoyulmasına REAKSİYA
"Mən efirlərə QADAĞA QOYMUŞAM"
Mədəniyyət
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
18-12-2025, 19:26
Mədəniyyət Nazirliyi kimlərdən kitab alıb? - TAM SİYAHI
Hadisə
Bugün, 11:05
İsmayıllıda qeyri-adi qəza baş verdi
7-07-2026, 10:19
İkinci kurs tələbəsi vəfat etdi
5-07-2026, 12:35
Həkəri çayında batan şəxs axtarılır
Son xəbərlər
  • Bugün, 16:18
    Kamran Əliyev Balakəndə qəbul keçirdi - Foto
  • Bugün, 15:13
    Ukrayna müharibəsində daha 10 soydaşımız həlak oldu - ÖZƏL
  • Bugün, 13:50
    Milli Məclisin növbəti iclasının vaxtı məlum olub
  • Bugün, 13:47
    Dövlət rüsumu 70 manat olacaq
  • Bugün, 13:45
    Azərbaycana dəhşətli istilər gəlir
  • Bugün, 11:29
    Hesablama Palatasının səlahiyyətləri genişləndirildi
  • Bugün, 11:24
    Türk dövlətlərinin kəşfiyyatçıları Bakıya toplaşdılar
  • Bugün, 11:19
    Azərbaycan Ukrayna ilə hüquqi yardım müqaviləsini təsdiqləyir
  • Bugün, 11:05
    İsmayıllıda qeyri-adi qəza baş verdi
  • Bugün, 11:03
    ABŞ bombaladı - İran generalı öldü
  • Bugün, 10:50
    Deputatlardan Parisə çağırış: Reallıqları qəbul edin!
  • Bugün, 10:35
    Moskva ilə Bakı razılaşdı - mühüm qərar imzalandı
  • Bugün, 10:32
    Zakir Həsənov Selçuk Bayraktarla görüşdü - Foto
  • Bugün, 10:23
    Amerkalılar Zəngəzur dəhlizinin keçəcəyi ərazidə oldular
  • Bugün, 10:18
    IV Şuşa Qlobal Media Forumunun tarixi açıqlandı
  • Bugün, 09:54
    Bu ərazilərdə işıq kəsiləcək
  • Bugün, 09:51
    Qafqazda yanacaq satışı məhdudlaşdırıldı
  • Bugün, 09:28
    Azərbaycanın səsi bu dəfə də eşidildi - İsrail qərarını dəyişdi
  • Bugün, 09:17
    Tədqiqatçılar okeanın dibində 73 vulkan tapıblar
  • Bugün, 09:15
    Almaniyada minlərlə insan istidən öldü
  • Bugün, 09:12
    Xameneinin dəfninə 27 ölkədən nümayəndələr gedib
  • Bugün, 09:10
    Azərbaycanda ən çətin imtahanlar: Hər 10 nəfərdən 7-si kəsilir
  • Bugün, 09:09
    Azərbaycanın baş konsulu səlahiyyət müddətini başa vurdu - Geri çağırılacaq
  • Dün, 14:11
    Xankəndidə Xalq Bankın yeni filialı fəaliyyətə başlayıb
  • Dün, 11:49
    Zəngəzur dəhlizi ilə bağlı sənədlər hazırlanır - Nazir
  • Dün, 11:43
    Peşə Liseyinə yeni direktor təyin olundu
  • Dün, 11:33
    Azərbaycan Respublikası "Ronahi" Kürd Mədəniyyət Mərkəzinin sədri Zabit Məmmədov öz Facebook hesabında Sərdar Cəlaloğlunun son çıxışları ilə bağlı paylaşım edib.
  • Dün, 09:25
    İrana zərbələr başa çatıb - Yenilənib
  • Dün, 09:22
    DÇ-2026-da 1/4 final başlayır - Bu gecə hansı oyun var?
  • Dün, 09:20
    Çempionlar Liqasında I təsnifat mərhələsi bitdi - NƏTİCƏLƏR
  • 8-07-2026, 16:28
    Xəstəxanalarda ixtisarlar olacaq? - RƏSMİ
  • 8-07-2026, 16:26
    Şuşa Dövlət Qoruğunun səlahiyyətləri artırıldı
  • 8-07-2026, 16:24
    "Qarabağ"ın oyununa görə Bakı metrosunun iş rejimi dəyişəcək
  • 8-07-2026, 16:17
    Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi. 08.07.2026
  • 8-07-2026, 12:18
    Azərbaycanda əhalinin ilk və son siyahıyaalınması - NƏTİCƏLƏR
Daha çox
6-07-2026, 14:31
Azərbaycan dövləti bu gün dünyada sözünü deyən, beynəlxalq münasibətlər sistemində önəmli yer tutan oturuşmuş dövlətdir.
Dün, 11:33
Azərbaycan Respublikası "Ronahi" Kürd Mədəniyyət Mərkəzinin sədri Zabit Məmmədov öz Facebook hesabında Sərdar Cəlaloğlunun son çıxışları ilə bağlı paylaşım edib.
5-07-2026, 11:18
Xaçmazda zəlzələ olub
4-07-2026, 11:15
İlham Əliyev Trampı təbrik etdi
4-07-2026, 11:10
Şeyx bu ölkəyə gedir
8-07-2026, 16:17
Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi. 08.07.2026
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə