Azərbaycan Ukrayna ilə hüquqi yardım haqqında müqaviləni təsdiqləyir.
Xəbər verilir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası ilə Ukrayna arasında mülki və ticarət işləri üzrə hüquqi yardım haqqında Müqavilənin təsdiq edilməsi barədə" qanun layihəsində əksini tapıb.
Belə ki, qanun layihəsinə əsasən, 2026-cı il aprelin 25-də Qəbələ şəhərində imzalanmış "Azərbaycan Respublikası ilə Ukrayna arasında mülki və ticarət işləri üzrə hüquqi yardım haqqında Müqavilə" təsdiq edilir.
Müqavilə iki ölkə arasında mülki və ticarət işləri üzrə hüquqi yardımın göstərilməsi, məhkəmə və digər səlahiyyətli orqanlar arasında əməkdaşlığın hüquqi əsaslarının müəyyənləşdirilməsini nəzərdə tutur.