• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Torpaq ona səcdə edən varsa - Vətəndir!

Cəmiyyət

Bugün, 10:15

Torpaq ona səcdə edən varsa - Vətəndir!
Və ya Vətən adam-sənə səcdə edirəm!..

Sosial şəbəkədə qarşıma çıxan bir videonun təsirindən günlərdir çıxa bilmirəm. Sevimli müəllimim, Bakı Dövlət Universitetinin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Cahangir Məmmədlinin erməni işğalından azad olunmuş doğma kəndi Novruzluya ilk gedişini əks etdirən videosüjetdən danışıram. Bu kiçik videomaterial vətənpərvərlik mövzusunda yazılan qalın-qalın kitablardan, çəkilən filmlərdən daha təsirli gəldi mənə. “Hardan başlanır Vətən? sualının cəcdəli cavabı kimi...

Cahangir Məmmədli 30 il erməni tapdağında qalan doğma kəndi Novruzlunun ziyarətində nə alim idi, nə müəllim, nə də ictimai xadim. Doğma yurd yeri üçün burnunun ucu göynəyən 84 yaşlı bir uşaq idi, üzünü vətən torpağına sürtüb hönkür-hönkür ağlayırdı, heç paltarlarının batması da eyninə deyildi, ötənlərini, doğmalarının ruhlarını haraylayaraq burda olduğunu bildirirdi. Cahangir müəllimin ilahi səcdədə möhürü də, təyəmmümü də Novruzlu torpağı idi, alnını ona dayamışdı, dəstəmazını bu torpaqla almışdı. Novruzlu torpağı müqəddəs qiblə idi, Kəbə idi, iki dünyanın iç-içə qovuşduğu, zaman-məkan vəhdətinin tarazlaşdığı ziyaratgah idi, ahıl çağında uca həqqin lütf edərək yaşatdığı xoşbəxtlik payı idi. Sevinirdi ki, bu gəlimli-gedimli, son ucu ölümlü dünyada, ömrünün ahıl çağında uca yaradan ona fürsət verib ata-baba yurdunu görməyə, havasını sinəsinə çəkməyə, torpağına səcdə etməyə, suyundan içməyə, xatirələrini təzələməyə.

...Sözlə nəzmə çəkə bilməyəcəyim ilahi bir mənzərə izlədim, ilahi duyğu yaşadım, səssiz, ürəkdən ağladım-özümdən ixtiyarsız. Vətənə qovuşmaq necə ilahi sehr, güc, həm də böyük xoşbəxtlik imiş! Cahangir müəllim uşaq olmuşdu, özünü, çəkiliş getdiyini, ətrafdakıları belə unutmuşdu, təkrar-təkrar kəndin ətrafına dövrə vururdu, daşları, ağacları sığallayırdı, məzar daşlarına toxunurdu, kəndliləri yanındaymış kimi onlarla danışırdı, haylayırdı, üzərində olan zəhmətə görə halallıq istəyirdi. Novruzlunu, doğma kəndi bundan artıq sevmək mümkünmü? Çətin! Hardasa oxumuşam ki, insan üçün ən əziz yer doğmalarını torpağa tapşırdığı məkandır. O məkandakı ruhlar insanı bütün ömrü boyu özünə çəkir, unutmağa qoymur. İnsan unutmaq istəsə də, ruhu axtarıb tapır, daşına, torpağına bağlanır, ora sığınır.

...Cahangir müəllimin Novruzluya qovuşmaq səadətini onunla bir bölüşən, yanında olan jurnalist həmkarım Mirşahin Ağayevə, bu görüntüləri lentə alan çəkiliş qrupuna həsəd apardım-bu ilahi görüşə şahid olduqlarına, sevinc paylarını aldıqlarına, ruhən, içən təmizləndiklərinə görə. O anlarda Mirşahin nə televizia rəhbəri idi, nə də bu xeyirxah görüşün təşkilatçısı, təşəbbüsçüsü. Cahangir müəllimin yüzlərlə tələbəsindən biri olduğunu da unutmuşdu Mirşahin. Bəlkə Cahangir müəllimin özünü də. Həmkarım öz ruh aləmində idi, gözlərini torpağa zilləmişdi, illərin həsrətlisi olan, yurdu üçün körpə kimi ağlayan insanın torpağı ilə görüşü onu da kövrətmişdi. Amma, həm də xoşbəxt etmişdi, çöhrəsindən bəlli idi. Amma bir şey mənə təəccüblü qaldı- nə üçün Mirşahin həmin anlarda Cahangir müəllimlə birgə cəcdəyə getmədi, torpağa əyilmədi? Həyəcandanmı unutdu? Axı o torpaq təkcə Novruzlu deyildi, Ağdam deyildi, bütöv Azərbaycan idi, Vətən idi, doğma yurd idi və ona cəcdəyə getmək ilahi bir BORC idi!

“Dünyada mənim üçün ən əziz torpaq olan Novruzlu kəndindəyəm. Novruzlu kəndi mənim üçün ideal bir məkandır, makro vətənimin makro bir nöqtəsidir. Burda mən özümü bu gün dünyanın ən xoşbəxt adamı hesab edirəm. Elə özümü dünyanın ən xoşbəxt insanı kimi də hiss edirəm”. Novruzluda, doğma kəndində ona olan sevgisini belə dilə gətirir Cahangir müəllim. “Bu kənd mənə çox şey verib” deyir. Dünyadan vaxtsız köçən anasının, cəhbədən qayıtmayan, üzünü heç vaxt görmədiyi atasının, əzizlərinin ruhu bu yurdun torpağına, havasına, suyuna qarışıb, hopub, daşına, qayasına həkk olunub. Cahangir müəllim üçün yurd yerinin yetimliyi valideyn yoxluğundan da ağır dərd imiş. Doğulduğu torpağın 30 ildən çox erməni tapdağında qalması yetimlik ağrısını da üstələyibmiş. “Dağ olsaydım əriyərdim, torpaq idim dayandım” deyimi sanki Novruzlu üçün deyilibmiş.

... Daşı daş üstə qalmayan, evləri viran edilən, məzarıstanı belə dağıdılan Novruzlu səcdəsinə qapanan övladına nə danışdı, uzun illərin ağrısını necə anlatdı, o da göz yaşı töküb ürəyini boşaltdımı?-bu sualların cavabını Cahangir müəllimdən elə soruşmaq istəyirəm ki. “Mən kənd adamıyam, 50 ildən çoxdur Bakıda yaşasam da, heç vaxt şəhər adamı ola bilmədim”in səbəbini də...

Bu, bir yubiley yazısı deyil. Cahangir müəllimin elmi, bədii, pedaqoji fəaliyyəti haqqında o qədər yazılıb ki... Bu esse 30 ildən sonra torpağına səcdəyə gedən müəllimi haqqında keçmiş tələbəsinin duyğularının sözlə izharıdır-bu görüşün özü kimi kövrək, duyğulu.

Cahangir müəllim, “Novruzluda evlər tikilsə, ilk köçənlərdən biri mən olacağam” demisiniz. İnşallah! Qoy Novruzluda yeni evlər inşa olunsun, köç başlasın, sizə də təzə ev verilsin. Və təzə evinizdə sizi ziyarətə mən də gələcəyəm, əziz müəllimim.

Allah arzularımızı çin etsin! Amin!

Oxunub: 11
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

17-04-2025, 15:52

Cahangir Atakişiyev agentliyin şöbə müdiri təyin olundu

Cəmiyyət

16-10-2024, 10:35

Bu universitetə yeni prorektor TƏYİN EDİLDİ

Gündəm

1-09-2023, 19:48

Cahangir Əsgərov işdən ÇIXARILDI

Gündəm

26-11-2021, 10:43

Cahangir Əsgərov Ərdoğanın iradından nəticə ÇIXARDI - FOTO

Cəmiyyət

13-08-2021, 16:08

Cahangir Əsgərov baş məşqçiləri Federasiyadan qovdu

Şou Biznes
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Ülviyyə Namazovadan efir qadağası qoyulmasına REAKSİYA
"Mən efirlərə QADAĞA QOYMUŞAM"
Mədəniyyət
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
18-12-2025, 19:26
Mədəniyyət Nazirliyi kimlərdən kitab alıb? - TAM SİYAHI
Hadisə
Bugün, 09:52
Sumqayıtda 32 yaşlı kişi qətlə yetirildi
Dün, 09:24
Gəncədə 36 yaşlı qadın bıçaqlandı - Şübhəli əridir
2-06-2026, 16:00
Bakıda şəhid xanımı müavinət kartına görə öldürüldü - ŞOK DETALLAR
Son xəbərlər
  • Bugün, 15:20
    “Qarabağ” yeni qapıçı aldı
  • Bugün, 10:40
    Ən aşağı keçid ballı ixtisaslar - SİYAHI
  • Bugün, 10:32
    Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək
  • Bugün, 10:24
    Bu imtahanların tarixləri açıqlandı
  • Bugün, 10:22
    “Azeri Light”ın bugünkü qiyməti açıqlandı
  • Bugün, 10:18
    Azərbaycandan Ermənistana buğda, arpa və gübrə göndəriləcək
  • Bugün, 10:16
    Prezident seçkiləri etiraza səbəb oldu
  • Bugün, 10:15
    Torpaq ona səcdə edən varsa - Vətəndir!
  • Bugün, 10:11
    Baş həkim vəfat etdi
  • Bugün, 10:07
    Bakıya giriş-çıxışda dəyişiklik - Qəzalı körpü sökülür
  • Bugün, 09:52
    Sumqayıtda 32 yaşlı kişi qətlə yetirildi
  • Bugün, 09:49
    Qızıl yenidən bahalaşdı
  • Bugün, 09:47
    Türkiyədə azərbaycanəsilli şəxs qəfildən milyarderə çevrildi
  • Bugün, 09:12
    Bakının üç rayonunda işıqlar sönəcək
  • Dün, 16:27
    Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Ağcabədi rayonunda keçirildi. 03.06.2026
  • Dün, 15:11
    Prezident Mərkəzi Bankın yeni binasının açılışında
  • Dün, 13:36
    20 universitet vahid rəqəmsal sistemə qoşulur
  • Dün, 09:24
    Gəncədə 36 yaşlı qadın bıçaqlandı - Şübhəli əridir
  • Dün, 09:23
    Bu gün İsrail-Livan danışıqlarının 5-ci raundu keçirləcək
  • Dün, 09:21
    ABŞ-İran gərginliyi nefti yenidən bahalaşdırdı
  • 2-06-2026, 16:00
    Bakıda şəhid xanımı müavinət kartına görə öldürüldü - ŞOK DETALLAR
  • 2-06-2026, 15:22
    Güclü külək əsir, yağış yağır - faktiki hava
  • 2-06-2026, 15:19
    Müəllim olmaq istəyənlərin nəzərinə: sənəd qəbulu başlayır
  • 1-06-2026, 20:55
    Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Ağsu rayonunda keçirildi. 01.06.2026
  • 1-06-2026, 09:59
    “İmtahan balınızı artırarıq” deyənlərə inanmayın - DİM-dən xəbərdarlıq
  • 1-06-2026, 08:06
    Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
  • 1-06-2026, 08:01
    Qubada məktəbli qızın meyiti tapıldı
  • 1-06-2026, 07:55
    Prezident iclasda tapşırıq verdi:Bu sahədə mühüm DƏYİŞİKLİK EDİLİR Prezident iclasda tapşırıq verdi:Bu sahədə mühüm DƏYİŞİKLİK EDİLİR
  • 1-06-2026, 07:52
    Azərbaycanda məktəblər gözləniləndən TEZ BAĞLANACAQ - TARİX AÇIQLANDI
  • 30-05-2026, 07:13
    Güclü külək ağacı "Mercedes"in üzərinə aşırdı
  • 26-05-2026, 11:42
    Məmurların iyun ayı üzrə vətəndaş qəbulu günləri açıqlandı
  • 26-05-2026, 09:33
    Azərbaycanda bu gün qısa iş günüdür
  • 26-05-2026, 09:31
    Rəisi işdən çıxarılan qurumda - Korrupsiya araşdırması başladı
  • 26-05-2026, 09:26
    ABŞ İranla razılığa gəldi
  • 25-05-2026, 17:20
    Putin İlham Əliyevi təbrik etdi
Daha çox
Dün, 16:27
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Ağcabədi rayonunda keçirildi. 03.06.2026
1-06-2026, 20:55
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Ağsu rayonunda keçirildi. 01.06.2026
1-06-2026, 07:55
Prezident iclasda tapşırıq verdi:Bu sahədə mühüm DƏYİŞİKLİK EDİLİR Prezident iclasda tapşırıq verdi:Bu sahədə mühüm DƏYİŞİKLİK EDİLİR
1-06-2026, 08:01
Qubada məktəbli qızın meyiti tapıldı
1-06-2026, 08:06
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
30-05-2026, 07:13
Güclü külək ağacı "Mercedes"in üzərinə aşırdı
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə